Türkiyə, Fransa və ATƏT-in Minsk qrupu
31.01.2012 [10:54]
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yaxın günlərdə CNN Türk kanalına müsahibəsində Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyində qalmasının qeyri-mümkünlüyünü bildirmiş, Türkiyənin isə yeni həmsədr qəbul olunmasını təkid etmişdir. Bu ideya bir neçə məqama xüsusi diqqət yetirməyi zəruri edir:
Əvvəla, Fransanın Minsk qrupunun həmsədrliyinə üzv olması nə Azərbaycanın, nə də Türkiyənin iradəsi ilə baş vermişdir. Hələ 1994-cü ildə Budapeşt sammitində Rusiyanın Minsk qrupunun həmsədrliyinə daxil edilməsi Moskvanın bütün təsir vasitələrindən istifadə edərək, münaqişənin tənzimlənməsi prosesində iştirak etmək iradəsini qəti şəkildə ifadə etməsinə və hər iki missiya arasında rəqabəti aradan qaldırmaq istəyinə bağlı olmuşdu. 1997-ci ildə isə Finlandiya öz nümayəndəsini Minsk qrupunun həmsədrliyindən geri çağıranda yeni həmsədrin seçilməsi məsələsi ATƏT-in gündəliyinə gəldi. Belə olan halda Azərbaycan Amerika Birləşmiş Ştatlarının namizədliyini irəli sürdü, Rusiya və Ermənistan isə buna qarşı çıxaraq, Fransanı dəstəklədilər. Tərəflər arasında əldə edilən kompromis hər iki dövlətin həmsədrliyə seçilməsi ilə nəticələndi.
Digər tərəfdən, Azərbaycan hər zaman Türkiyənin Minsk qrupuna həmsədr seçilməsini dəstəkləmiş, lakin Ermənistanın qəti etirazı ilə üzləşmiş, digər üzv dövlətlərin lazımi dəstəyini qazana bilməmişdir. Onlar Türkiyəni tərəf saxlamaqda günahlandırmış, vasitəçilik missiyasının isə neytrallıq tələb etdiyini vurğulamışlar. Türkiyədən fərqli olaraq, Rusiya diplomatik və hərbi imkanlarını səfərbər edərək güclər tarazlığında öz diktat mövqeyini Avropaya qəbul etdirmişdir. Əgər Türkiyə tərəfli olmaqda günahlandırıldısa, bəs onda Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı atdığı addımları necə qiymətləndirmək olar? Bu, əlbəttə, Fransanın tərəf saxladığını göstərir, onun vasitəçilik missiyasına xələl gətirir.
Lakin, Avropa Türkiyəni Minsk qrupunun həmsədrliyinə qəbul etməyə hazırdırmı? Bu suala birmənalı cavab vermək çətindir, sadəcə Avropanın Türkiyəyə olan münasibəti göstərir ki, belə bir ideyanın dəstəklənməsi ehtimalı çox azdır.
Göründüyü kimi, çox həssas geosiyasi məkanda yerləşməyimiz, bizi daha təmkinli olmağa, xarici siyasət strategiyasını emosional hisslərə qapılmadan əzmlə həyata keçirməyə çağırır.
Hər bir strategiyanın uğuru onun təyin etdiyi məqsədlər və vasitələr arasında uyğunluğun olmasına bağlıdır. Bu baxımdan aşağıdakı üç istiqamət xüsusi diqqət cəlb edir:
Birincisi, Minsk qrupunun həmsədrliyindən Fransanın çıxarılması qeyri-mümkün olduğu halda, onun mandatının avropalaşdırılması daha optimal seçim olardı. Nəzərə almaq lazımdır ki, Avropa Birliyinin “mühərriki” hesab olunan Fransa Avropanın gələcəkdə yeni siyasi bir qütb kimi formalaşmasına çalışır. Əksər Avropa və Afrika ölkələrinin dəstəyinə malik olan Fransa dünya siyasətində mühüm çəkiyə malikdir. Biz istəsək, istəməsək də bu bir reallıqdır. Mandatın avropalaşdırılması, həmsədrliyin Avropa Birliyinin ikinci sütunu, yəni, Xarici siyasət məsələləri çərçivəsində tənzimlənməsinə gətirib çıxaracaq. Bu, əlbəttə, dövlətlərarası xarakter daşıyan bir mexanizmdir və ayrı-ayrı dövlətlərin deyil Avropa Birliyinin ümumi mövqeyini əks etdirir. Belə bir qərarın qəbul edilməsi AB-nin özünün real güc mərkəzi kimi formalaşmasına müsbət təsir göstərməklə yanaşı, münaqişənin həlli məsələsinin daha geniş müstəviyə çıxmasına kömək etmiş olacaq. öz milli maraqlarını ümumi mövqe ilə uyğunlaşdırmaq məcburiyyətində qalan hər bir üzv dövlət, yeni reallığın xüsusiyyətlərini nəzərə almalı, əks təqdirdə kəskin etirazla qarşılaşacaq. Lakin ikinci sütun çərçivəsində qərarların qəbulu mexanizminin çətinliyi münaqişənin həllinin uzanmasına da səbəb ola bilər.
İkincisi, Türkiyə Minsk qrupu məsələsini qaldıranda buna daha geniş bir prizmadan yanaşmalı, onun real həyata keçirilmə ehtimalını düzgün dəyərləndirməlidir. Türkiyənin təsir imkanlarının məhdudluğu, onun ATƏT çərçivəsində daha çox təcrid olunması riskini artırır. Türkiyə ilə Avropa arasında münasibətlərin inkişaf etməsi, onlar arasında qarşılıqlı asılılığı gücləndirmişdir. Türkiyənin Avropaya inteqrasiya nazirinin bu yaxınlarda fransız şirkətlərinə rahat fəaliyyət göstərmələri barədə verdiyi bəyanat məhz, bu zərurətdən irəli gəlir. Hazırda Türkiyə ərazisində 960 fransız şirkəti fəaliyyət göstərir. Yeni fransız şirkətlərinin Türkiyəyə axını prosesi davam edir. Təkcə 2011-ci ildə 90 yeni fransız şirkəti sərmayə yatırmışdır. Bu, əlbəttə, rəsmi Ankaraya geniş təsir imkanları verir. Lakin yaranan təəssürat odur ki, hökumət bu imkanlardan yararlanmaq istəmir, sadəcə Fransanın bəzi siyasi təsir imkanlarına zərbə vurmağa çalışır. Bunun hansı sonluqla nəticələnməsini zaman göstərəcək. Lakin Ermənistana qarşı sərt mövqe daha konkret nəticələrə gətirib çıxara bilər.
Hələ 1997-ci ildə Levon Ter Petrosyan Fransanın “Le Monde” qəzetinə çox maraqlı açıqlama vermişdir. Onun sözlərinə görə, Ermənistan təcrid olunmuş vəziyyətdə inkişafa nail ola bilməyəcək və rəsmi Yerevan məsuliyyətini dərk edib, qonşulara qarşı qeyri-real iddialardan əl çəkməlidir. Onun mövqeyi diasporaya sərf etmədiyinə görə, o istefaya getməyə məcbur oldu. Bu, əslində, Ermənistanın acizliyinin bariz nümunəsidir. Lakin bu gün Türkiyənin qətiyyətsiz mövqeyi Ermənistan rəhbərliyini ruhlandırmış, onun çətin durumuna baxmayaraq, qeyri-real iddialarını davam etdirməyə sövq etmişdir.
üçüncüsü, Türkiyə nəhayət bilməlidir ki, erməni saxtakarlığına və riyakarlığına qarşı mübarizə, kommunikasiya işinin yenidən və səmərəli təşkil edilməsini zəruri etmişdir. Azərbaycanlıların ermənilər tərəfindən XX əsrdə iki dəfə soyqırımına məruz qalması dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Türkiyə və Azərbaycan çalışmalıdır ki, ermənilərin “məzlum” xalq imicinin yalan olduğunu sübut etsinlər. 2015-ci ildə Ermənistanın və diasporanın təbliğat maşını qondarma “erməni soyqırımının” yüz illiyini qeyd etmək üçün səfərbər edilmişdir. Bunun qarşısının alınmasının ən optimal yolu Xocalı soyqırımının tanıdılması, ermənilərin təcavüzkar və işğalçı olmalarını dünyaya bəyan etməkdir.
Qeyd etmək lazımdır ki, Senatda gedən müzakirələrdə ermənipərəst senatorlar Ankaranın etirazını “rəsmi neqasionizm” kimi dəyərləndirmiş, bu arqumentdən öz iddialarını əsaslandırmaq üçün istifadə etmişlər. Bu, əlbəttə, ibrət dərsi olmalı və əsas diqqəti kommunikasiya işinə yönəltməyə xidmət etməlidir. Ermənilər keçən əsrin əvvəlində heç bir şahid, sübut olmayan bir hadisəni dünyaya tanıtdırırlar, halbuki kifayət qədər dəlil-sübutu olan və 20 il öncə baş verən Xocalı soyqırımı türk cəmiyyətində biganəliklə qarşılanır. Cari ilin 26 fevral tarixində Xocalı soyqırımının 20 illiyi qeyd olunacaq. Bu münasibətlə türk cəmiyyətində “hər birimiz Xocalılıyıq” şüarlarının səslənməsi, erməni vandallarının qeyri-insani hərəkətlərinə verilən ilkin qiymət olar.
Azərbaycanın Türkiyəyə dəstəyi həm rəsmi bəyanatlarla, həm də real əməllərlə müşahidə olunur. Lakin bu günə qədər rəsmi Ankaradan heç bir təşəkkür sözləri eşidilməyib. Əksinə bəzi qəzetlər Azərbaycana qarşı tənqidi münasibət göstərməkdə davam edirlər. Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintona zəng edib, ifadə etdiyi mövqeyə görə, təşəkkürünü bildirir. Bu, əlbəttə, diplomatiyada normal qarşılanmalı, lakin xanım Klintonun nə dərəcədə səmimi olması yaddan çıxarılmamalıdır. Bu gün Türkiyəni qəti və səmimi olaraq dəstəkləyən yeganə ölkə Azərbaycandır. Bunu hər kəs bilməlidir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

