Sanksiyalar artırılır
04.11.2023 [10:33]
ABŞ Ermənistana niyə göz yumur?
N.BAYRAMLI
Rusiya-Ukrayna müharibəsi nəticəsində beynəlxalq münasibətlər sistemində mürəkkəb vəziyyət davam edir. Məlumdur ki, Avropa İttifaqı ilə yanaşı ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Məqsəd Rusiyanı zəiflətmək və müharibədə Ukraynanın üstünlüyünü təmin etməkdir. Lakin Rusiya bu sanksiyalardan yayınmağa çalışır. Belə ki, bu məsələdə müxtəlif ölkələr və onların müvafiq qurumları Moskvaya yardımçı olurlar. Həmin ölkələrin Rusiyanın sanksiyalardan yayınmasına dəstək verməsi Vaşinqtonun narahatlığına səbəb olur. Bu səbəbdən ABŞ həmin ölkələrə də sanksiyalar tətbiq edib.
Belə ki, bugünlərdə ABŞ Rusiyadan olan 30 fiziki və 200-ə qədər hüquqi şəxsə, həmçinin Özbəkistanın 1 qurumuna qarşı ixrac məhdudiyyətləri qoyub. Bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb. Bu strukturların Rusiya hərbi-sənaye kompleksinə, həmçinin pilotsuz uçuş aparatlarının alınmasına yardım etdiyi bildirilir. Nazirliyin məlumatına görə, bu strukturlar “ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə zidd olan hərəkətlərdə” iştirak edir. Sanksiyalara “Lanset” PUA-sının yaradılmasında iştirak edən Zaxarov, onun ailə üzvləri də daxil edilib.
ABŞ başqa ölkələrə də sanksiya xəbərdarlığı edib. Qeyd edək ki, Vaşinqtonun sözügedən sanksiya qərarı Daşkənddə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan və Rusiya-Xəzər dənizi-Türkmənistan-Özbəkistan-Qırğızıstan nəqliyyat dəhlizlərinə dair sənədlərin imzalanmasından sonra baş verib. Bu sənədlərin imzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Nəqliyyat Forumu çərçivəsində baş tutub. Görüşün əsas məqsədi ŞƏT ölkələrinin nəqliyyat və logistika sektorunun nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması olub. Çox güman ki, Daşkənddə imzalanan bu sənəd Özbəkistanın da ABŞ-ın sanksiyalar siyahısına düşməsinə səbəb olub.
Qeyd edək ki, sanksiyalardan yayınan ölkələrdən biri də Ermənistandır. ABŞ Ermənistana nə üçün sanksiyalar tətbiq etmir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi bir sıra mühüm məqamları, o cümlədən bəzi dövlətlərin bu müharibədən varlanmaq və gəlir əldə etmək istəklərini də ortaya çıxarır. O qeyd edib ki, Ermənistan öz dövlət büdcəsini bu müharibə sayəsində doldurmaqla məşğuldur: “Məhz bunun nəticəsidir ki, artıq Ermənistan tərəfi də faktları gizlədə bilmir. Digər dövlətlər də çox yaxşı anlayırlar ki, məhdud resursları olan, iqtisadi potensialı olmayan bir ölkənin birdən-birə yüksək iqtisadi nəticə əldə etməsi mümkünsüzdür. Bu baxımdan Ermənistanın Rusiyaya tətbiq olunan sanksiyalardan yayınaraq gəlir əldə etməsi hamı üçün bəllidir”.
Politoloq sanksiyalardan yayınan Ermənistana qarşı cəza tədbirlərinin görülmədiyini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) hələ may ayında Rusiyaya dəstək verdiyi üçün 71 şirkətin adını sanksiyalar siyahısına əlavə etmişdi. Siyahıda Ermənistanın bir şirkənin adı var idi. Sanksiyalar siyahısına əlavə edilən Ermənistanın “Medisar” şirkəti sənaye və laboratoriya kimyəvi məhsullarının idxalı ilə məşğuldur.
R.Alıyev hesab edir ki, Ermənistanın bir yox, daha çox şirkəti sanksiyalara məruz qalmalıdır: “Düşünürəm ki, sanksiyalardan yayınan dövlətlərin, onlara məxsus şirkətlərin tam siyahısı ortaya qoyulmalıdır. Əgər belə olarsa, şübhəsiz ki, Ermənistan ən ön sırada olacaq. Ötən il 2021-ci illə müqayisədə Ermənistana xaricdən transferlərin həcmi 2,5 dəfə artıb və 5,2 milyard dollara çatıb. Xarici köçürmələrin ən böyük payı, təxminən 3,6 milyard dolları Rusiya Federasiyasından həyata keçirilib. Burada Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınması şübhəsizdir. Amma nədənsə, ABŞ Ermənistana qarşı bu əməllərinə görə sanksiya tətbiq etməyə tələsmir. Görünür, Vaşinqtonun Ermənistana “özəl” münasibəti var və bu səbəbdən də sanksiya tətbiqində də ikili standartlar, ayrı-seçkilik tətbiq edir”.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

