ABŞ dövlət katibinin müavini olmağa hazırlaşan...
04.11.2023 [11:00]
Kempbelin Ermənistan “diplomu”
ABŞ-ın xarici siyasət kursunun müəyyənləşməsində bir sıra amillər rol oynayır ik, burada fərdlərin iştirakı da istisna oluna bilməz. Başqa sözlə, ermənipərəstliyi dillərə dastan olan bir sıra siyasətçilər, o cümlədən ermənilərlə qohumluq əlaqəsinə malik senator və rəsmi şəxslər xarici siyasət kursunun “hədəflərinin”, “istiqamətinin” və “nəticələrinin” əsas lokomotivinə də çevrilə bilir. Çox uzağa getməyək, Robert Menendezlə bağlı əhvalat yaddaşlardan silinməyib - ermənipərəst konqresmen erməni əsilli həyat yoldaşının təhriki və təsiri altında Azərbaycana və Türkiyəyə qarşı sanki “səlib yürüşü” başlatmışdı. Düzdür, nəticədə Menendez məhkəmə qarşısında dayandı və bir sıra ağır cinayətlərdə ittiham olunur, bununla belə ABŞ Senatında bir sıra qərarların qəbulunda bu şəxs müəyyən rola da malik oldu.
Yeni təyinat - Nulandın əvəzedicisi...
Yeri gəlmişkən, Bayden adminstrasiyasında ermənipərəst məmurların siyahısı daha da “genişlənə” bilər. Belə ki, ABŞ dövlət katibinin növbəti müavini Hind-Sakit okean regionu üzrə ekspert Kurt Kempbell ola bilər. ABŞ prezidenti Co Baydenin bu vəzifəyə Kurt Kempbelin namizədliyini irəli sürmək niyyətində olduğu bildirilir. Bu, ABŞ administrasiyasının yaydığı sənəddə öz əksini tapıb. Sənəddə qeyd olunur ki, 2021-ci ilin yanvar ayından etibarən Kempbell ABŞ Milli Təhlükəsizlik Şurasında Hind-Sakit okean məsələləri üzrə koordinator vəzifəsində çalışıb. Qeyd edək ki, bu vəzifə hələ ki, Viktoriya Nuland tərəfindən icra olunur; ondan öncə isə bu vəzifəni Vendi Şerman tutub.
İrəvan Universitetinin “yetirməsi”...
Qeyd edək ki, Kempbelin üzərində “fokuslanmamız” təsadüfi deyil - onun bioqrafiyasında Azərbaycan üçün maraq doğuran bəzi nüanslar yer almaqdadır. Belə ki, 1957-ci ildə anadan olan Kempbell ABŞ administrasiyasında əvvəllər bir neçə vəzifədə təmsil olunub. Onun xüsusən Asiya-Sakit okean regionu üzrə müdafiə nazirinin köməkçisinin müavini kimi fəaliyyəti daha geniş şəkildə diqqəti cəlb edib. Sonradan Kempbell Birləşmiş Qərargahda ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti və Dəniz Əməliyyatları Xüsusi Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Onun San Dieqodakı Kaliforniya Universitetində bakalavr dərəcəsi - sovet Ermənistanının İrəvan Universitetindən isə musiqi və siyasi fəlsəfə üzrə sertifikat və Marşal təqaüdü ilə Oksford Breyznoz Kollecində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2009-2013-cü illərdə Kempbell keçmiş prezident Barak Obamanın administrasiyasında ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi vəzifəsini tutub. O həmçinin 2013-cü ilin fevralında təsis etdiyi “Asia Group”un sədri və baş direktorudur.
Qeyd edildiyi kimi, Ermənistanda “təhsil sertifikatı” qazanan ABŞ diplomatının mövqeyi ilə bağlı bir sıra şübhəli məqamlar diqqəti cəlb edir. Kempbelin bu vacib vəzifəyə təyinatı isə ABŞ siyasətinin “ermənipərəst ayağı” üçün yeni sürpriz də sayıla bilər...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

