Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarasovun "qırmızı" məntiqi və ya tarixi təhrif etmək cəhdləri

Tarasovun "qırmızı" məntiqi və ya tarixi təhrif etmək cəhdləri

18.02.2012 [09:25]

Yeni “tarix” yazmaq niyyətinə düşən Stanislav Tarasov niyə Dağlıq Qarabağın azərbaycanlılara aid olmasını əks etdirən yüzlərlə faktı görməzlikdən gəlir?
Məlum olduğu kimi, erməni və ya erməni diasporunun maliyyələşdirdiyi qondarma tarixçilərin Azərbaycan tarixi haqqında absurd iddiaları, həmçinin, tarixi təhrif etmək cəhdləri mütəmadi olaraq rastlaşdığımız, hətta artıq vərdiş etdiyimiz bir hala çevrilib. Məqsədlərinin tarixi araşdırmaq olduğunu iddia edən belələri, əslində, ermənilər üçün yalançı tarix yaratmaq missiyasına, “Böyük Ermənistan” xülyasının reallaşdırılmasına öz masştablarında xidmət etdiklərini hər hərəkətlərində açıq şəkildə büruzə verirlər. “Washington Post” qəzetinin Moskva bürosunun müxbiri Stanislav Tarasovun da bu kimi uğursuz cəhdlərini uzun müddətdir ki, müşahidə edirik. Əzəli Azərbaycan torpaqlarına dair irəli sürülmüş erməni iddialarına müxtəlif dövrlərdə işıq üzü görən məqalələrində dəstək verən, özündə yeni tarix “kəşf edən” Tarasovun www.regnum.ru informasiya portalında yerləşdirilmiş “Stalin Qarabağı Azərbaycana necə “verdi” sərlövhəli məqaləsi də tarixin heç bir dövründə və heç bir arxiv sənədində əksini tapmamış, tamamilə xülyalardan ibarət “faktlar”a həsr olunub. Məqalənin adından da göründüyü kimi, müəllif guya yalnız Stalindən sonra Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu haqqında absurd iddia irəli sürür. Onun istinad etdiyi “faktlar” haqqında növbəti məqalələrimizdə daha geniş danışacağıq. Hələlik isə məqalənin ümumi məğzi haqqında bir neçə kəlmə qeyd etmək mütləqdir.
Bildiyimiz kimi, istənilən araşdırma, xüsusilə tarixi araşdırmalar daha əhatəli və bir neçə istiqamətdə aparılır. Nəzərə alsaq ki, Tarasovun bu məqaləsi konkret coğrafi bölgənin hansı xalqa aid olduğuna dairdir, onda gərəkdir ki, o bölgənin qədim tarixinə, bölgədə yaşayan xalqların adət-ənənələrinə, hətta bölgənin coğrafiyasına yaxşı bələd olasan. Amma cənab Tarasovun bu barədə zərrə qədər də məlumatının olmadığı aşkardır. Ona görə də, o, hadisələri yalnız məhdud mənbələr, daha dəqiq desək, müəyyən maraqlı dairələrin ona təqdim etdiyi “faktlar” əsasında şərh etməyə çalışır. Nədənsə, Tarasov Dağlıq Qarabağın tarixindən danışarkən bölgənin etnik tərkibi, burada yaşayan xalqların məskunlaşma tarixi haqqında bircə kəlmə də olsun yazmır. çünki bu barədə heç nə bilmir. Ya da bildikləri onun üzərinə düşən missiya ilə ziddiyyət təşkil etdiyindən bununla bağlı danışmaqdan yayınır. Amma biz yenə də Tarasovun diqqətinə bir neçə məqamı xüsusilə çatdırmaq istərdik.
Cənab Tarasov və onun fəaliyyətini maliyyələşdirən erməni dairələri də çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənilərin bir toplum kimi bu coğrafi ərazidə kütləvi şəkildə məskunlaşması isə XIX əsrə təsadüf edir. O vaxta qədər Qarabağda azərbaycanlılar yaşayıblar. O dövrə adi mənbələrdə bu məsələ öz əksini tapıb. Məsələn, 1805-ci ildə Rusiya ilə Şimali Azərbaycan xanlıqları arasında imzalanmış “Kürəkçay” müqaviləsinə əsasən Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olunub. Tarixi reallığı əks etdirən “Kürəkçay” müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən, bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənədlərdən biridir. 1828-ci ildə “Türkmənçay” müqaviləsinin imzalanmasından sonra Rusiyanın birbaşa iştirakı ilə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması halları daha geniş vüsət almağa başlayıb. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il “Ədirnə” müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi. Bu anlaşma ilə 84 000 erməni Qarabağ və ətraf rayonlara köçürülmüşdür. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən, Qarabağa İrandan 1825-1826-cı illər arasında 18 000, 1828-ci ildən sonra 50 000, Osmanlı imperiyasından isə 84 000 erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Bu köçlər nəticəsində çar I Nikolay İrəvan və Naxçıvan xanlığı torpaqlarında bir erməni bölgəsi qurdu.
Stanislav Tarasova bir neçə araşdırmaçı müəllifdən sitat gətirərək ona əsl tarixin nədən ibarət olduğunu göstərmək istərdik. Rus yazıçısı və tarixçisi S.N.Qlinka tərəfindən Moskvada çap olunmuş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” kitabında qeyd olunur: “1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində buraya İrandan 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülmüşdür”.
Tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski “Qafqaz böhranı” adlı məqaləsində yazırdı: “Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı”. Qarabağ xanlığının isə azərbaycanlılara məxsus olduğunu yəqin ki, inkar etmək ağılsızlıq olar.
1911-ci ildə Rus qafqazşünası N.Şavrov isə yazırdı: “Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir”. O, daha sonra qeyd edib ki, gəlmə ermənilər əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdılar. Bunlarla yanaşı, erməni tarixçilərinin özləri də buna bənzər məlumatları öz əsərlərində dəfələrlə ifadə ediblər. Vaxtilə erməni siyasətçiləri də Dağlıq Qarabağda məskunlaşmaları ilə bağlı tarixi böyük fəxrlə qeyd edərək, şərəfinə abidə də ucaltmışdılar. 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar qoyulan abidənin “bədbin taleyini” tarixdən silmək, yəqin ki, mümkün deyil.
1919-cu ildə Mikoyanın Leninə yazdığı məktuba yer alan bu ifadələr nə məna daşıyır? “Daşnaklar, erməni hökumətinin agentləri Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin bu, Qarabağ əhalisi üçün Bakıda həyat mənbəyini itirmək və heç vaxt, heç bir əlaqələri olmayan İrəvanla bağlanmaq demək olardı”.
Bu faktların siyahısını daha da genişləndirmək mümkündür. Amma zənnimizcə, buna ehtiyac yoxdur. Tarasovun digər anlaşılmayan bir məntiqi və məntiqsizliyi də guya Stalinin Qarabağı Azərbaycana verməsi iddiasında özünü göstərir. Görünür, Tarasov Stalinin siyasi fəaliyyətindən və onun Zaqafqaziyanın taleyi ilə bağlı qəbul etdiyi qərarlardan xəbəri yoxdur. Stalinin Zaqafqaziya planlarında Tarasovun iddialarının tam əksinə olaraq, Qarabağı ermənilərə vermək və bölgədə ermənilərdən ibarət bufer subyekt yaratmaq birinci məsələ kimi özünə yer tapırdı. Elə bu səbəbdəndir ki, tarixi Azərbaycan torpaqlarında süni məskunlaşdırmalar hesabına bölgənin etnik tərkibi ermənilərin xeyrinə dəyişdirilirdi.
Beləliklə, tarixi faktlar Dağlıq Qarabağın hansı xalqa məxsus olduğunu, bölgədə kimin yerli, kimin gəlmə olduğunu çox açıq şəkildə ortaya qoyur. Bu faktları inkar edərək yeni bir “tarix” yazmaq arzusu isə həmişəki kimi yenə də uğursuz bir cəhd olaraq fiaskoya məhkumdur. Tarasovun istinad etdiyi 3 iyun 1921-ci il protokolu barədə isə növbəti yazımızda ətraflı bəhs edəcəyik.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30