Alman “dəqiqliyinin” Bakı fiaskosu...
08.11.2023 [10:25]
Berbok “fransız (ç)ətiri”nin çirkin nümunəsi kimi
“Boz mirvari”, “Sakit güclü”, “Helmut Kolun qızı... Bu ləqəblər XXI əsrin ilk 20 ilində Almaniya tarixinin mühüm bir mərhələsi kimi yadda qalmış, bəlkə də “Deutschland”in müasir tarixinin ən parlaq siyasi siması sayılan Angela Merkelə məxsus idi. Nə özündən əvvəlki Gerhard Frits Kurt Şröderə, nə də sonrakı Olaf Şoltsa qətiyyən bənzəməyən klassik alman soyuqqanlığının tipik nümayəndəsi olan Merkel Almaniyanı mərkəzçi Avropa kontingentinin lideri statusuna daşıya bilmişdi. Son 20 illik dövr bəlkə də Qərbi Avropa üçün siyasi şans idi... “Qərb dəyərləri” toplusunun qlobal təbliğatının bu günün prizmasında ötən 20 ildə keçdiyi yol daha uğurlu idi. Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərinə barmaqarası yanaşması, haqq-ədalətin deyil, korporativ cılız maraqların köləsinə və izcisinə çevrilməsi, korrupsiya və rüşvət bataqlığında boğulması, hətta beynəlxalq təsisatlarının belə adının çirkli pulların yuyulmasında hallanması, silah və zoru danışıqlar və sülhdən daha önə daşımaq “arzusu” köhnə qitədə ümumavropa dəyərlərinin asfalt yol qədər qiymətləndirilmədiyini göstərir.
Avropanın “şlyageri” Makrondursa...
Görəsən cəmisi 3-5 il ərzində nə dəyişdi? Niyə Avropa özünün ənənəvi “hüquq pəncərəsinin” “jalüzünü” sona qədər bağladı? Avropanı cılız hisslərin və yanaşmaların əsirinə çevirən nə idi? Bəlkə, səbəblər çoxdur, amma bu günün rakursunda daha çox nəzərə çarpan amil məhz lidersizlik və ya bütövlükdə ümumavropa siyasətinin cılızlaşmasının sürətli hal alması sayıla bilər. Bu bir həqiqətdir ki, Avropada nüfuzlu siyasətçi, lider artıq yoxdur - bunun fonunda E.Makron kimiləri özünü Avropanın əsas siyasətçisi sayır. Avropanın adından çıxışlar edir, danışıqlar aparır və təəssüf ki, Avropa siyasətinin “hədəflərini” təyin etdiklərini bildirirlər. Avropanı öz yalanlarının vasitəsinə çevirmək istəyən Makron özünü qoca qitənin “şlyageri” sayır. Formal, əsassız, nəticə vəd etməyən “planlar” üzərindən Avropanı öz oyunlarının “iştirakçısına”, daha dəqiq desək, vasitəsinə çevirməyə çalışır. Bəlkə də hansısa məqamlarda hətta buna nail olur - məsələn, Almaniyanın xarici işlər nazirinin Cənubi Qafqaza son turnesi bunu təsdiqləyən “faktordur”. Gör Almaniya hansı günə qalıb ki, özünü bu qədim ənənəyə malik dövlətin xarici siyasət idarəsinin rəhbəri sanan şəxs siyasi etiket qaydasını pozur, həqiqətləri təhrif edir, beynəlxalq hüquqa arxa çevirir, dünya nizamının formalaşmasında iştirakçı ünsür sayılan Cenevrə Konvensiyasını ayaqlar altına atır...
Alman “faciəsi”...
Bəli, söhbət birmənalı şəkildə Annalena Berbokdan gedir. O Berbokdan ki, dünyanın 7 böyük dövlətindən birinin XİN rəhbəridir. Nəinki bu gün, son 30-40 illik tarixin ən aktual siyasi-hərbi məsələlərindən biri sayılan Cənubi Qafqaz konflikti, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasəti bütövlükdə Avropa məkanında dəfələrlə masalar arxasında, böyük salonlarda müzakirə predmeti olub. Hər şeyi “öz adı ilə çağırmaq” kimi üstünlüyü, “alman dəqiqliyi” kimi pafosu ilə öyünən Berbok Azərbaycan şəhərlərinin adlarını təhrif etdi. Bu təsadüf idimi - Berbokun bu şəhərlərin əsl adını bilmə ehtimalı ona qoyulan qondarma adları yadda saxlama ehtimalından daha böyük olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Bunu Cenevrə Konvensiyası tələb edir. Bunu BMT-nin təməl prinsipləri və Nizamnaməsi tələb edir. Görünür 100 il idi ki, Mərkəzi Avropada “dünyanın mərkəzi” olmaq üçün canfəşanlıq edən Almaniyanın XİN rəhbəri bütün bu reallıqları göz ardı edib - müasir Almaniyanın məqsədi Fransanın yedəyində Avropanın acınacaqlı durumundan birtəhər “sivişmək”dir. Bir dövlətin müstəqil xarici siyasət yürütmədiyini göstərən ən böyük misal, nümunə, fakt belə Berbokun durumundan daha “faciəvi” ola bilməzdi. Tarixində “dəmir Bismark” kimi misalı və nümunəsi olan bir xalqın Berbok kimilərinə möhtac qalması... Bu artıq Almaniyanın faciəsidir....
Milli xəyanətkarların “mənzərə”si...
Berbok Ermənistanda Qarabağdan könüllü gedən ermənilərlə görüşdü, danışdı, onlara “ürək-dirək verdi”, Paşinyana pul və ianə söz verdi, Aİ missiyasına nələr vəd verdi... Bunda bir işimiz yoxdur. Bu, Almaniyanın, daha doğrusu Berbokun “şəxsi” işidir. Amma Almaniya adından Azərbaycana səfər edərək ictimaiyyəti aldatmaq... Bu nə Almaniyaya yaraşmır, nə də bu dövlətin klassik ənənələrinə. Bakıdakı bəyanatında “Qarabağdan qaçqın düşmüş şəxslərlə” görüşdüm deyib, restoranda milli xəyanətə köklənmişlərin “MƏNZƏRƏ”sinin seyrinə dalan Berbok özünü tez ələ verdi. Belə də olmalı idi - almaniyalı XİN başçısı nə düşünürdü? Bakının mərkəzində qrant naminə hər şeyə hazır olan, Qarabağın azad olunmasına qarşı çıxanları başına toplayacaq - amma hər kəs bunu görməzdən gələcək və ya heç kimin xəbəri olmayacaq - Berbok bu qədər sadəlövhdürmü? Xeyr. Berbok bununla Fransaya nə qədər müti və itaətkar olduqlarını göstərir. Fransanın ölkəmizdə “qrant yedizdirdiyi” dairələrlə görüşə gedən Berbok təmsil etdiyi dövlətin imicini, ölkəsinin nüfuzunu belə düşünmədi. Berbok “vətəndaş cəmiyyəti təmsilçisi” adlanmağa belə layiq olmayan, ermənipərəst dairələrin xidmətində “əl-pəncə” dayanan bu QHT üzvləri kimi Fransanın maşasına çevrildi. Bəlkə bilərəkdən. Bəlkə də bilməyərəkdən...Hər bir halda buna başqa ad vermək olmaz...
Həqiqət isə budur ki, Almaniya kimi dövlətin bu səviyyədə xarici işlər nazirinin olması onun üçün fəlakət və imicinə böyük zərbədir. Almaniya kimi dövlətə eyibdir ki, onun xarici işlər naziri Azərbaycan qaçqın və məcburi köçkünlərlə görüşməsi barədə yalan danışır. Ona görüş təklif olunsa da, buna etiraz edərək ermənipərəstlərin “mənzərə”sinə qapılır...
Qəzzada qana bulaşmış əl...
Almaniya üçün utancdır Berbok. Tək Bakıdakı mövqeyinə görə də yox. Ümumilikdə dünyada baş verənlərə münasibətdə “alman dəqiqliyi”nə deyil “Berbok yarınmasına” istinad etdiyi üçün utancdır. Cənubi Qafqaza münasibətdə fransız yedəyi, Qəzzaya münasibətdə bir başqa ölkənin “arxa bağçası” olur Almaniya. Qəzzadakı İsrail əməliyyatını dəstəkləyən Almaniya məhz Berboka görə utanmalıdır. Almaniyada Fələstinə dəstək aksiyaları qadağan edilib. Tökülən qanda Almaniyanın və şəxsən onun xarici işlər nazirinin də əli var. Aİ daxilində humanitar atəşkəsə çağıran bəyanat olan zaman bunun əksinə çıxış edən şəxsən Berbok oldu. Bu gün Qəzzada humanitar yoxluğun səbəblərindən biridir Berbok.
Beləliklə, Almaniyanın xarici siyasət idarəsinə rəhbərlik edən bu şəxsin ümumiləşdirilmiş siyasi obrazı və ya tablosu budur - bu mənzərə Almaniya üçün yalnız və yalnız başıaşağılıq vəd edir. “Alman qüruru”nu qürursuzluğa, yedəkçiliyə dəyişən Berbok bugünkü deqradasiyanın ən pik halını yaşayan Mərkəzi Avropanın ümumiləşdirilmiş “siması” da adlana bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

