Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Müsavat Partiyasının qurultayının yerə görə təxirə salınması bəhanədir

Siyavuş Novruzov: Müsavat Partiyasının qurultayının yerə görə təxirə salınması bəhanədir

21.02.2012 [00:26]

“Müsavat Partiyasının qurultayını guya yer ayrılmamasına görə təxirə salması onların bəhanəsidir. Mən əvvəlki fikrimdə qalıram, olanlar da fikrimi təsdiq edir: Müsavat Partiyası, daha dəqiq İsa Qəmbər qurultay keçirmək istəmir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, partiyanın qurultayının təxirə salınmasının əsl səbəbi rayon təşkilatlarında yaranmış qarşıdurmadır: “Qarşıdurmaya səbəb isə hər rayon təşkilatının ayrı-ayrı namizədin partiya rəhbəri seçilməsini tələb etməsidir. Bu partiya “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq həmişə ayrılmış yerdə aksiya keçirməyərək, başqa yer istəyir, hansı ki, bu yerin onlara verilməyəcəyini bilir. Müsavatın qurultayını da bu cür “keçirmək” istəyirlər, yəni, əslində keçirmək istəmirlər. Əgər qurultayı keçirmək istəsələr, keçirərlər, yer bəhanəsi gətirməzlər. Bununla, İsa Qəmbər, əslində, səlahiyyət müddətini uzatmaq istəyir. Müsavatda indi qurultay olsa, çox biabırçılıqla keçiriləcək. Bizdə artıq bu cür informasiyalar var. Əgər qurultay keçirilsə, partiyadan istefalar olacaq. çünki hazırda partiya rəhbərliyinə namizədlər arasında qarşıdurmalar yaranıb”.
Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30