/ / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib
23.02.2012 [00:15]
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) 2011-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan komitə sədri Qərib Məmmədov bildirib ki, DTXK-nin struktur vahidlərinin, o cümlədən, tabeçiliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin üzərinə 2011-ci ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərmanlarına, həmçinin, Nazirlər Kabinetinin qərarlarına müvafiq olaraq mühüm dövlət tapşırıqları qoyulub. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, Azərbaycan xalqına diqqət və qayğısının nəticəsi olaraq həyata keçirilməyə başlanmış, bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən, ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə bağlı 2011-ci ildə də bir sıra təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, “Torpaq islahatı haqqında” Qanunla qarşıya qoyulan vəzifələrə uyğun olaraq respublikanın 8641506 vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilib və 1 milyon 695 min 123 hektarı (19,6 faiz) isə özəlləşdirilib: “2011-ci il 31 dekabr vəziyyətinə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir”.
Bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi məsələsinə gəlincə, 6 bələdiyyənin mülkiyyətinə aid torpaqları, habelə torpaq islahatı ilə bağlı və müxtəlif növlü təsərrüfat formaları üçün 3068 ədəd texniki torpaq kadastrı sənədləri (plan və ölçü) hazırlanıb, 5 rayonun 40 təsərrüfatının kadastr məlumatlarının ilkin vahid bazasının yaradılması işlərinə başlanılıb, eyni zamanda, 12 lay üzrə GİS məlumatları toplanıb: “Qeyd etmək lazımdır ki, torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə aiddir”.
Respublika üzrə mövcud 1959 inzibati ərazi dairəsindən və 4593 ərazi vahidindən 47 rayon üzrə 403 inzibati ərazi dairəsinin və 846 ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərz nişanlarının basdırılması və xəritələşdirilməsi işlərinə başlanılıb və bundan 200 inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin Dövlət reyestrinin aparılması və onlara Şəhadətnamənin verilməsi məqsədi ilə xəritələri hazırlanıb, təsdiq edilərək digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların sənədləşdirilməsinə gəlincə, 2011-ci ildə 30398 vətəndaşın adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan və ölçü sənədləri hazırlanıb təqdim olunub. İndiyədək DTXK tərəfindən 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada Şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanaraq verilib. Hesabat ilində, həmçinin, Bakı və Sumqayıt şəhərləri üzrə fərdi yaşayış evi və bağ sahələrinə görə 4695 vətəndaşın adına plan və ölçü sənədləri hazırlanıb.
Komitə sədri bildirib ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq DTXK tərəfindən 2011-ci ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2398 hərrac və müsabiqə təşkil olunub: “Torpaq bazarında hərrac və ya müsabiqələrin DTXK tərəfindən təşkil edilməsi respublikada torpaq münasibətlərinin tənzimlənməsinə və daha da təkmilləşdirilməsinə zəmin yaratmaqla yanaşı, torpaqların mühafizəsi və istifadəçiliyi sahələrində dövlət nəzarətinin daha da gücləndirilməsi işlərində ciddi dönüş yaradacaq və bu sahədə şəffaflığı təmin edəcək”.
Kollegiya iclasında, o da vurğulanıb ki, 2011-ci ildə torpaq məsələləri ilə əlaqədar 3621 ərizə-şikayətə, o cümlədən, 726 təkrar müraciətə, 620 xüsusi nəzarətə alınmış şikayətə baxılaraq, müvafiq tədbirlər görülüb. ötən il komitə tərəfindən həyata keçirilmiş yerquruluşu və dövlət torpaq kadastrı işləri ilə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, geodeziya, topoqrafiya, kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti və bu fəaliyyətlə bağlı lisenziyaların (xüsusi razılıq) verilməsi, eyni zamanda, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə həyata keçirilən işlər istiqamətində DTXK tərəfindən müvafiq addımlar atılıb. Hesabat dövründə iri taxılçılıq sahələrinin yaradılması istiqamətində də mühüm işlər görülüb. Bundan başqa, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin müvafiq rayonların ərazilərində məskunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 saylı, 2001-ci il 7 sentyabr tarixli 577 saylı və 2002-ci il 13 may tarixli 700 saylı fərmanlarından və həmin fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq sərəncamlarından irəli gələn qaydada DTXK öz üzərinə düşən torpaqayrılması ilə bağlı funksiyasını bu günə kimi yüksək səviyyədə yerinə yetirib.
İclasda, komitənin beynəlxalq əlaqələrindən də bəhs olunub. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2009-cu il tarixli 201 s nömrəli sərəncamı ilə təsdiq edilmiş Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında “Azərbaycanda Torpaq Kadastr Sisteminin Təkmilləşdirilməsi layihəsi” çərçivəsində 2011-ci ilin 17 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi arasında coğrafi informasiya məkanı sahəsində “Anlaşma Protokolu”nun imzalanması mərasimi keçirilib. Layihənin əsas məqsədləri Koreyanın qabaqcıl kadastr texnologiyasından istifadə etməklə torpaq qeydiyyatı üçün effektiv metodologiyanı inkişaf etdirmək, çöl tədqiqatında yeni metodologiyanın və fotoqrametrik tədqiqin imkanını inkişaf etdirən və eyniləşdirən metodologiyanı nümayiş etdirmək, torpaq administrasiyasının inkişafı və eksperimental ərazi üçün idarəetmə sistemi, iqtisadi inkişafa öz töhfəsini verən, Azərbaycanda torpaq bazarını və torpağa sahiblənmə təhlükəsizliyini sabitləşdirməkdən ibarətdir.
O da qeyd olunub ki, Bakı şəhərində nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə olunması üçün DTXK tərəfindən rəqəmsal xəritələr hazırlanıb. Bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn və həm də qrafiki formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilib: “Bu işin əsas sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir və işin yerinə yetirilməsi Koreyanın SKCS şirkətinə tapşırılıb. İşin əsas hissəsi olan rəqəmsal xəritələr DTXK tərəfindən hazırlanıb. Bu xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də, istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir”.
Kollegiya iclasında, eyni zamanda, DTXK sədri Qərib Məmmədovun sərəncamı ilə qurum daxilində yaradılmış İnformasiya-texnologiyaları sektorunun təqdimatı keçirilib, həmçinin, komitənin müvafiq icraçı struktur vahidlərinin rəhbərlərinin hesabatları dinlənilib və həmin hesabatlar müzakirə edilərək müvafiq qərar qəbul olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

