/ / "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda ictimai müzakirələr keçirilib
"Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda ictimai müzakirələr keçirilib
24.02.2012 [01:21]
Dünən Vergilər Nazirliyində “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib. Tədbir iştirakçıları öncə Vergilər Nazirliyinin 195 Telefon-məlumat xidmətinin fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən, həmçinin, QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov iştirakçılara ictimai müzakirələrin məqsədi barədə məlumat verib. Sahib Ələkbərov korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər və elektron xidmətlərin tətbiqi məsələlərinə toxunub.
ölkədə vergilərlə bağlı vəziyyətə toxunan nazir müavini deyib ki, fevralın 22-nə olan məlumata görə, Vergilər Nazirliyi 2012-ci ilin yanvar-fevralında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu yerinə yetirib: “ötən il nazirlik dövlət büdcəsinə 5,5 milyard manat həcmində vəsait ödəyib ki, bu da 2010-cu ilin göstəricisini 27,5 faiz üstələyib. Dünyada belə artım nümayiş etdirən çox az ölkə var. Qeyri-neft sektorundan vergi daxilolmaları il ərzində 22 faiz artıb ki, bu da yaxşı dinamikadır”.
“Azərbaycanda vergi ödəyicilərinin 67 faizi vergini könüllü ödəyir, qalan 33 faizinin bir hissəsi buna lazımınca məsuliyyətlə yanaşmır, bir hissəsi isə qəsdən vergidən yayınmaqla məşğuldur” deyən Sahib Ələkbərov əlavə edib ki, bu gün nazirlik qarşısında duran əsas məqsəd əhalinin vergilərin könüllü ödənilməsinə keçididir. Nazir müavinin sözlərinə görə, Azərbaycanda vergilərin könüllü ödənilməsi üçün QHT-lər və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişafı vacibdir: “Vergilər Nazirliyi könüllü ödəmə səviyyəsini azı 80-85 faizə çatdırmaq niyyətindədir. Bu halda bir çox problemlər həllini tapacaq. İndiki nailiyyətlərin böyük hissəsi vergi inzibatçılığının gücləndirilməsi hesabına əldə olunub. Biz istərdik bu işlər həm də könüllü olsun”.
Sahib Ələkbərov Azərbaycanda fəaliyyət göstərən bəzi xarici vətəndaşların da vergidən yayınmağa çalışdığını bildirib. Belə hallardan biri ötən ilin sonunda aparılan araşdırma nəticəsində aşkar olunub.
Nazir müavini onu da deyib ki, nazirlik vergilərin mobil rabitə vasitəsilə ödənişinin tətbiqi üzrə mobil rabitə operatorları ilə danışıqlar aparır. Artıq bu xidmətin tətbiqi ilə bağlı tərəfdaşlarla razılığın əldə edildiyini deyən Sahib Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyi buna tam hazırdır.
Nazir müavini həmçinin, əlavə edib ki, nağdsız ödənişlərin stimullaşdırılması Vergilər Nazirliyinin 2012-ci ildə əsas vəzifələrindən biridir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili, Azərbaycan Hüquqşünasları Konfederasiyasının rəhbəri Əli Hüseynli korrupsiyaya qarşı mübarizə sahəsində qəbul olunmuş normativ hüquqi aktların, o cümlədən etik davranış qaydalarının əhəmiyyəti barədə məruzə ilə çıxış edib. Elektron xidmətlərin tətbiqi sahəsində Vergilər Nazirliyinin dövlət orqanları arasında lider olduğunu vurğulayan Əli Hüseynli belə bir inzibatçılıq sisteminin yaradılması nəticəsində vergi ödəyicilərinin və vətəndaşların maraqlarına uyğun müasir, şəffaf bir mexanizmin formalaşdırıldığını bildirib.
Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsinin koordinatoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədəki rolundan söz açaraq yeni internet resurslarının yaradılması, əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif tədbirlərin, maarifləndirmə və məlumatlandırma kampaniyalarının keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin əsas tərəfdaşına çevrilməkdədir və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasında, bu sahədə səmərəli nəticələrin əldə olunmasında onların rolu artmaqdadır. Əliməmməd Nuriyev bu sahədə yeni internet resurslarının yaradılmasının, əhalinin məlumatlılıq səviyyəsinin artırılmasının, maarifləndirmə və məlumatlandırma kampaniyalarının əhəmiyyətini qeyd edib.
Vergilər nazirinin müşaviri Günay Cəfərli isə “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda vurğulanıb ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və korrupsiyaya şərait yaradan halların baş verməməsi üçün vergi sistemində müasir texnologiyaların imkanlarından və bu sahədə beynəlxalq təcrübədən geniş istifadə olunur. Təqdimat vergi xidməti orqanlarında son illərdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini- vergi işçisinin etik davranış kodeksinin qəbulu və təkmilləşdirilməsi, insan resurlarının idarə olunması və test üsulu ilə işə qəbul prosesi, Vergilər Nazirliyində aparılan struktur islahatları, rəsmi internet saytı, biznesə başlama prosedurlarının sadələşdirilməsi və onlayn qeydiyyat, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, Vergi Apelyasiya Şurasının fəaliyyəti və s. məsələləri əhatə edib.
Günay Cəfərlinin sözlərinə görə, Vergilər Nazirliyi bütün ölkəni vergiödəyicilərinə xidmət mərkəzləri ilə əhatə etməyi planlaşdırır: “Hazırda respublikada 31 belə mərkəz fəaliyyət göstərir”.
O, Vergilər Nazirliyinin kadr potensialının inkişafına da böyük diqqət ayırdığını deyib: “Bu gün Vergilər Nazirliyinin işçilərinin yarısının yaşı 40-dan azdır. Bu günə qədər işçilərin dörd attestasiyası keçirilib, bunun əsasında 93 nəfər işdən azad edilib, dördünün rütbəsi aşağı salınıb, 76 nəfər isə təkrar attestasiyaya göndərilib. Eyni zamanda, 2009-2011-ci illərdə etik davranış qaydalarının pozuntusuna görə, nazirliyin 6 əməkdaşı xəbərdarlıq alıb, 10 nəfərə töhmət, 14 nəfərə şiddətli töhmət verilib, 9 nəfərin rütbəsi, 5 nəfərin isə vəzifəsi aşağı salınıb. Bu dövr ərzində yol verilən qanun pozuntularına görə, 36 nəfər işdən azad edilib, 12 nəfərin rütbəsi isə bir pillə aşağı salınıb”.
İctimai müzakirələrdə, həmçinin, millət vəkilləri Əli Məsimli və çingiz Qənizadə, Azərbaycan İnternet Forumunun Prezidenti, Multimedia Mərkəzinin sədri Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov və başqaları çıxış edib, eyni zamanda, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

