İrandakı bəzi dairələrin "narkotik" oyunu da iflasa məhkumdur
25.02.2012 [01:51]
Heç kəsə sirr deyil ki, Azərbaycan həmişə qonşu dövlətlərlə (Ermənistan istisna olmaqla) normal, mehriban münasibətlərin qurulmasında maraqlı olub və xarici siyasətində bu mövqeyə sadiqlik nümayiş etdirib. O cümlədən, İranla münasibətlərində də rəsmi Bakı səmimi, mehriban qonşuluq prinsiplərini əldə rəhbər tutub. Beynəlxalq ictimaiyyətin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan İranla ikitərəfli münasibətləri yüksək səviyyədə saxladığı kimi, beynəlxalq birliyin bu ölkəyə qarşı yürütdüyü təzyiq siyasətində öz neytrallığını qoruyub. Lakin təəssüf ki, Azərbaycan İrana qarşı sərgilədiyi xeyirxah münasibəti qarşı tərəfdən görə bilmirik. İran Azərbaycana qarşı yersiz hədə, təhdid, daxili stabilliyi pozmağa, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa xidmət edən addımlar atmağa çalışıb. ölkəmizin müstəqilliyini qazandığı dövrdən etibarən başlanan bu vəziyyət son dövrlərdə daha açıq hal alıb. Əvvəlcə İranın media orqanları, sonra dini liderləri, ayətullahlar, ən nəhayət isə rəsmi dövlət strukturlarının təmsilçiləri ölkəmizə qarşı haqsız, həqiqətə uyğun olmayan, hədə və təhdidlərlə dolu bəyanatlar səsləndiriblər. Müxtəlif dövrlərdə dünyanın ən tolerant ölkələrindən biri olan Azərbaycanın guya İslam dininin boğulması istiqamətində tədbirlər gördüyü haqda absurd bəyanatlar səsləndirən İranın bəzi dairələri, bir müddət öncə isə guya İranda terror törədən hər hansı bir cinayətkarın ölkəmizdə qorunması haqqında həqiqətlə heç bir əlaqəsi olmayan, təhdid xarakterli fikirlərə də müraciət etdilər. Təbii ki, öz maraqlarını yüksək səviyyədə qorumağa qadir olan Azərbaycan dövləti bu kimi iddiaların cavabını vaxtında və lazımi şəkildə verdi. İran bu dezinformasiyaların dövriyyəyə buraxılmasından heç nə qazanmadı. Ona görə də, indi yeni təxribat xarakterli dezinformasiyalara əl atırlar.
Şübhəsiz ki, İranda olduğu kimi, Azərbaycanda da iki dövlət arasında əlaqələrin normal səviyyədə olmasından narahat olan və hər vəchlə buna zərbə vurmağa çalışan qüvvələr var. Onlar İrandakı təxribatçı dairələrin yaydığı uydurma xəbərləri dərhal ölkəmizdə ictimailəşdirir, bundan divident qazanmağa çalışırlar. Antimilli və xalqımızın maraqları ilə uzlaşmayan fəaliyyət göstərdiyi heç kəsdə şübhə doğurmayan bəzi müxalifət qəzetlərində, o cümlədən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində yer alan son xəbərlər də buna əyani misaldır. Qeyd edək ki, bu qəzetlərin dünənki sayında İrandakı bəzi dairələrin sifarişləri ilə hazırlanan və hansı məqsədə xidmət etdiyi hamımıza bəlli olan növbəti dezinformasiyaya yer verilib. Qəzetlər İranda fəaliyyət göstərən “Press TV”yə istinadən guya ölkəmizdə narkotik maddə qaçaqmalçılığına dəstək verildiyi haqda heç bir inandırıcılığı olmayan və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa hesablanan məlumatlara yer veriblər. Bu qəzetlərin amal və məqsədləri, dövlətçiliyimizə qarşı tutduqları mövqe haqqında ətraflı danışmağa ehtiyac yoxdur. çünki onsuz da ən sadə Azərbaycan vətəndaşı belə bunların xislətinə yaxşı bələddir. Diqqət çəkmək istədiyimiz məqam İran media orqanının belə bir dezinformasiyanı dövriyyəyə buraxmasının altında yatan məqamlardır.
Məlum olduğu kimi, “Press TV” İranın hökumət dairələrinin dəstəyi və təlimatı ilə fəaliyyət göstərən media orqanlarından biridir. Ona görə də İranda bəzi dairələrin bu gün Azərbaycanı narkotik maddə qaçaqmalçılığına dəstək verməkdə ittihat etməsinin özü absurddur. çünki son dövrlər bütün beynəlxalq hesabatlarda İran bu istiqamətdə liderliyini qorumaqdadır. Narkotika mövzusu İranın ictimai gündəminin prioritetlərindən birinə çevrilib. Əfqanıstan və Pakistandan gələn tranzitlərin üstündə yerləşən İran narkotiklərin Avropaya daşınmasında əsas məntəqələrdəndir. Hətta rəsmi staitstikalar da bu sahədə vəziyyətin olduqca acınacaqlı olduğunu göstərir. Hər il İranda orta hesabla 700 ton narkotik maddə istifadə olunduğu bildirilir. Rəsmi məlumatlara görə, İranda 3 milyona yaxın narkotik maddə istifadəçisi olduğu bildirilsə də, həqiqi rəqəmin bundan xeyli çox olduğu təxmin edilir. İran Dərman İstehsal Edən Şirkətlər Dərnəyinin sədri Fəriborz Şadi İranda narkotik maddə almanın şəkər tozu almaqdan daha asan olduğunu” qeyd edib. Rəsmi statistikaya etiraz edən Şadi, İranda ən az 12 milyon insanın narkotik maddələrin istifadəsindən əziyyət çəkdiyini iddia edib. İranın informasiya portalları da bununla bağlı təhlükə siqnallarını çalır. “Əxbari Ruz” xəbər portalı İranda hər il narkotik malların alınmasına ölkə büdcəsinin 4,3 faizinə bərabər olan 10 milyard dolların xərcləndiyini bildirib. Sayt ölkədə narkotika ilə mübarizəni və narkotikanın fəsadlarına xərclənən pulların da nəzərə alınması ilə bu rəqəmin ölkə büdcəsinin 10 faizinə qədər yüksəldiyini qeyd edib. İranda narkotikadan istifadənin daha əvvəllərdə olduğu, ancaq son dövrlərdə çox geniş yayıldığı müşahidə edilməkdədir. Belə ki, narkotik maddədən istifadə 20-30 il əvvəl əsasən İranın şimal-şərq və cənub-şərq bölgələrində mövcud olsa da, artıq bütün İranda geniş yayılıb. Bəzi mütəxəssilər bunun səbəbi kimi ölkədə gənclər üçün sağlam əyləncə mühitinin olmaması, spirtli içkilərin istifadə və satışına qadağanın mövcudluğu və eləcədə cəmiyyətdəki stres çoxluğunu göstərməkdədirlər. Beləliklə, dünya narkotika qaçaqçılığında əsas tranzit ölkə olan İran, daxildə də ciddi bir narkotika problemi yaşamaqdadır. İrandakı molla rejiminin aldığı tədbirlər isə cəmiyyətdə geniş yayılan narkotika problemini həll etməkdə yetərsiz qalır.
Azərbaycanın isə bu qanunsuz fəaliyyətə qarşı gördüyü sərt tədbirlər və bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı sonuncu hesabatında rəsmi Bakının həyata keçirdiyi mübarizə tədbirləri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı təqdir olunub. ölkəmizdə bu riskin aşağı səviyyədə olduğu vurğulanıb. Belə olduğu halda, İranın Azərbaycanın müvafiq icra strukturlarının, konkret olaraq, MTN-in və FHN-nin adını bu kimi mənfi proseslərdə hallandırmasının məntiqini necə izah etmək olar?
Əlbəttə ki, bu, İrandakı bəzi dairələrin növbəti təxribat cəhdləridir və əvvəllər olduğu kimi, bu təxribatların da heç bir fayda verməyəcəyini əminliklə söyləmək mümkündür. Ona görə də, həmin dairələr zəhmət çəkib bu kimi inandırıcı olmayan və faydasız ssenarilər haqqında baş yormaqdansa, ölkələrinin hazırki böhrandan necə çıxacağı haqqında düşünsələr, daha yaxşı olar. çünki, Azərbaycan İran üçün düşmən deyil, dost ölkədir. Rəsmi Bakı İrana qarşı hər hansı bir təxribata yol verməyib və bundan sonra da yol verməyəcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da vurğuladığı kimi, Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir. “İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın - azərbaycanlıların yaşadığı bir ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

