Erməni silahları Suriyada qan tökür...
28.02.2012 [01:33]
Məlum olduğu kimi, bu gün Şimali Afrikada, Yaxın və Orta Şərq regionunda siyasi kataklizmlər gündəmdədir. Adıçəkilən regionların dövlətlərinin ərazilərində zəngin karbohidrogen ehtiyatlarının olması isə sözügedən yerləri geosiyasi toqquşma mərkəzinə çevirir. Belə ki, bu və ya digər səbəblər ucbatından müəyyən qüvvələrin dəstəyilə hakimiyyəti istəməyən insanların dövlət rəhbərlərini ya islahatlara getməyə, ya da istefa verməyə çağırırlar. Bu mənada, Misirdə, Tunisdə, Liviyada, Bəhreyndə və digər ölkələrdə qarşıdurmalar, hətta, müharibələr yaşanır. Lakin bunların içərisində elə dövlətlər də var ki, həqiqətən, onların rəhbərləri diktatordurlar və xalqına qarşı açıq şəkildə silah işlətməkdən belə çəkinmirlər. Hətta, bu dövlətlər müxtəlif güclərin köməyilə xalqına qarşı dirəniş göstərmək üçün gizli ittifaqlar da yaradırlar. Belə ittifaqlardan biri də İranın, Ermənistanın və Suriyanın qurduğu “şər üçbucağı”dır. İlk baxışdan o qədər də güclü təsir bağışlamayan bu ittifaqın yerləşdiyi region üzrə hansısa geosiyasi və ya geoiqtisadi dəyişikliklər edə biləcəyi haqqında heç düşünməyə dəyməz. Amma hazırkı beynəlxalq münasibətlər sisteminin vəziyyətini təhlil edərkən ortaya maraqlı bir nüans çıxır: İran-Ermənistan-Suriya “şər üçbucağı” regionda sülh və əmin-amanlığa deyil, təxribat və qarşıdurma yaratmaq məqsədinə xidmət edir. Sözsüz ki, bu da digər dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.
İran və Ermənistan: qarşılıqlı maraqlar təmin edilir
Bəlli olduğu kimi, İran hazırda beynəlxalq birliyin nüvə silahı yaratmaq cəhdlərinə görə, kəskin tənqid etdiyi dövlətlərdəndir. Qərb dünyası İranı bu məqsədindən yayındırmaq məqsədilə, hətta, bu dövlətə qarşı sanksiyalar belə qəbul edib. Lakin Tehran BMT TŞ-dən gələ biləcək ən təhlükəli qərarın qarşısını almaq üçün işə girişib və bu səbəbdən də, Ermənistan kartından istifadə edir. İranın müsəlmanları qətlə yetirən, onların torpaqlarını işğal edən, məscidləri yerlə-yeksan edən Ermənistanla münasibətlərini yaxşılaşdırmaqda isə bir sıra gözləntiləri var:
- İran Azərbaycanın praqmatik siyasəti nəticəsində regionun bütün rentabelli proyektlərindən kənarda qalmış Ermənistanı düşdüyü sosial-iqtisadi böhrandan xilas etməklə, Rusiya ilə olan münasibətlərinə əlavə impuls gətirir;
- Tehran müxtəlif qeyri-leqal işləri həyata keçirmək üçün Ermənistandan tranzit məkan kimi istifadə edir;
- İran erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisindən müxtəlif qeyri-leqal işlərin reallaşdırılmasını, çirkli pulların yuyulmasını, həmçinin, burada yerləşdirilmiş HHM sistemlərinin öz ərazisinə aparılmasını təmin edir;
- Suriya ilə əlaqələrini daha da gücləndirmək, onu silahlandırmaq üçün Ermənistanın ərazisindən yararlanır;
Əlbəttə ki, burada maraqlar qarşılıqlı olduğundan Ermənistan da İranla münasibətlərdən siyasi və iqtisadi dividentlər əldə etməyi düşünür. Ermənistan son illər ərzində Rusiyadan ala bilmədiyi dəstəyin yerini doldurmaq üçün İranla qarşılıqlı şəkildə mənafelərin təmin olunması istiqamətində “səmərəli” əməkdaşlıq qurur. Yəni, Azərbaycanın iqtisadi baxımdan Gürcüstandakı mövcudluğunu möhkəmləndirməsi Ermənistanı çətin vəziyyətə salıb. Bu səbəbdən də, Yerevan başa düşür ki, indiki şəraitdə Tehranın qarşısına hansı tələbi qoysa, o, sözsüz olaraq, onu yerinə yetirəcək. Bu münasibətlərdə isə Ermənistan ilk olaraq, iqtisadi maraqlarını təmin edir:
- Ermənistan İran vasitəsilə enerji tələbatını təmin etmək üçün Tehrana qaz kəməri çəkdirmək, həmçinin, Araz çayı üzərində elektrik stansiyası inşa etdirmək;
- silah, narkotik qaçaqmalçılığı, insan alverindən əlavə gəlirlər əldə etmək;
- əlavə olaraq, Ermənistan bir çox iqtisadi və sosial problemlərini həll etmək üçün gizli olaraq, İrandan maliyyə yardımları almaq istəyir.
Ermənistan İranla qurduğu münasibətlər çərçivəsində siyasi və geosiyasi mənafelərini də reallaşdırmaq məqsədini güdür:
- İlk olaraq, Yerevan Tehranın yardımlarından istifadə etməklə, Türkiyə ilə Azərbaycanın təzyiqlərinə dirənmək və mümkün olduqca, işğal etdiyi Dağlıq Qarabağı “boz zona” kimi nəzarətdə saxlamaq;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İslam ölkəsi kimi İranın neytrallığını əldə etmək;
- Yaxın və Orta Şərq regionuna yol açmaq və Cənub dənizlərinə çıxmaq;
- Terroru dəstəkləyən dövlətlərin düşərgəsi kimi öz mövcudluğunu qoruyub saxlamaq niyyətindədir.
Göründüyü kimi, Ermənistanla İran arasında qurulmuş münasibətlərdə üst-üstə düşən maraqlar var. Bu baxımdan da, iki ölkə arasında qurulmuş əlaqələrin əsasən siyasi və geosiyasi xarakterli olması, onları daha radikal addımlar atmağa sövq edir.
Ermənistan-Suriya: suriyalı diktator bu ölkədən aldığı silahlarla xalqının qanını tökür
Ermənistanla Suriyanın münasibətləri əlbəttə ki, daha çox geosiyasi xarakter daşıyır. Burada Ermənistanın Suriyadan hər hansı ciddi bir gözləntisi olmasa da, o, tranzit ölkə kimi “şər üçbucağı”nı gücləndirmək funksiyasını həyata keçirməlidir.
Suriya isə öz növbəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə öz dəstəyini verməli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində neytral mövqe sərgiləməlidir. Səbəbsiz deyil ki, BMT-də Dağlıq Qarabağla bağlı sənədlər müzakirəyə çıxarıldıqda, Suriya ilə İran neytral qalırlar, ya da, heç səs vermirlər. Bu onu göstərir ki, şər üçbucağı çərçivəsində bu kimi onlarla gizli razılaşmalar əldə olunub. ümumiləşdirilmiş şəkildə desək, Ermənistan-Suriya münasibətləri özündə aşağıdakı istiqamətləri birləşdirir:
- Birincisi, Ermənistan “şər üçbucağı”nın ikinci qanadını daha da gücləndirmək məqsədilə, ərazisi vasitəsilə yardımları Suriyaya çatdırmalıdır;
- Neft-qaz layihələrinin həyata keçirilməsində Suriya Ermənistana öz dəstəyini verməlidir;
- Bəşər Əsədin xalqına qarşı dirəniş gətirməsi üçün Ermənistan Suriyaya əlavə silahlar çatdırmalıdır;
- Ermənistan müxtəlif bölgələrə bu “şər üçbucağı”nın maraqlarına işləyən terrorçuların hazırlanmasını, onların təlim keçmələri üçün düşərgələrin fəaliyyətini təmin etməlidir.
Suriya-İran: qarşılıqlı asılılıq
“Şər üçbucağı”nın yaradılmasında ən çox maraqlı olan bu iki dövlət arasında qurulan əlaqələr isə özləri üçün həddindən artıq önəm kəsb edir. çünki, Dəməşqin hazırkı sahibi öz hakimiyyətini qoruyub saxlamaq üçün İranın, Tehran isə Yaxın Şərqdə təklənməmək üçün Suriyanın dəstəyinə ehtiyac duyur. Xüsusilə də, Şimali Afrikada baş verən hadisələrin Yaxın və Orta Şərq regionuna da öz təsirini göstərməsi və əlbəttə ki, bu regionda Türkiyə ilə İsrailin mövcudluğu bu iki dövləti daha da yaxınlaşmağa məcbur edir. Məhz, buradan çıxış edərək, İranla Suriya arasındakı əlaqələrin hansı maraqlar üzərində qurulduğunu qruplaşdırmaq olar:
- Birincisi, İran Qərb dünyasına qarşı durmaq üçün Suriyadan “sanitar korton” kimi istifadə edir;
- Vahid cəbhədə tək olmamaq üçün həm Dəməşq gücləndirilir, həm də Livanın daxilində şiə məzhəbli qruplaşmalar maliyyələşdirilir;
- Suriyanın və Livandakı qruplaşmaların köməyindən istifadə edilməklə, İsrailin daim təzyiq altında saxlanmasına cəhd göstərilir;
- İran Suriya vasitəsilə Aralıq dənizinə çıxmaqla, Yaxın və Orta Şərq aləmində hakim mövqe tutmaq niyyətindədir.
- Eynilə də, Suriyanın mövcud rejimi İrandan istifadə etməklə, mövcudluğunu qorumaq fikrindədir və s.
Göründüyü kimi, İranla Suriyanın da qarşılıqlı maraqlarının təmin olunması bu ölkələri bir-birinə yaxınlaşdırır və onların strateji əməkdaşlığını labüdləşdirir.
Pozitiv və neqativ proqnozlar nə deyir?
ümumi vəziyyətin təhlili bir daha göstərir ki, “şər üçbucağı”nı təşkil edən ölkələrin hər biri çətin vəziyyətdədir. Yəni, Ermənistan labud kollaps ərəfəsindədir, Suriyada vətəndaş müharibəsi gedir, İran isə bütün dünyanı qarşısına alıb hər kəsə meydan oxuyur.
Bu gün İranın daxilində sosial və iqtisadi, eyni zamanda, etnik problemlər yaşanmaqdadır. Xatırlatma edək ki, elə “Soyuq müharibə” illərində Qərb dünyası keçmiş SSRİ-ni silahlanmaya sövq etdi və sosial ayırmalar azaldı, beləliklə də, daxili çaxnaşmalar sonrakı məlum proseslərin baş verməsinə səbəb oldu.
Bu gün də İranda insanların vəziyyəti getdikcə ağırlaşır. çünki, bütün gücünü əsasən hərbi sənayenin inkişafına ayırmış Tehran sosial sektoru yaddan çıxarıb. Etnoslar arasında da müəyyən fəallaşmalar başlayıb. Xarici mətbuatın və beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, ölkədə insanların hüquq və azadlıqları məhdudlaşdırılır, jurnalistlər əsassız olaraq, həbs etdirilir, siyasi müxalifət fiziki olaraq, məhv edilir. İranın xarici siyasətinin pis vəziyyətdə olması isə daxildə vəziyyəti daha da ağırlaşdırır. Tehran, həmçinin, “paranoyalı insan” kimi qonşu dövlətlərə qarşı ittihamlar irəli sürür və təktərəfli “beyin oyunu” aparır. Bu cür hallar da əlbəttə ki, qonşu ölkələrlə İran arasında müəyyən problemli nüanslar ortaya çıxarır.
Suriyada da eyni vəziyyətdir. Diktator Bəşər Əsədin hakimiyyətini qorumaq üçün bütün vasitələrdən, hətta silahdan istifadə etməsi həm daxili vəziyyətin, həm də onun qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ermənistandan Suriyaya ötürülmüş silahlar hal-hazırda da bu ölkənin müxtəlif yerlərində qan tökməkdədir. Eyni zamanda, İran kimi Suriyanın da Ərəb dünyasına qarşı addımlar atması, həmçinin, əsası olmayan məsələlərlə bağlı Ankaranın ünvanına ittihamlar səsləndirməsi onun xarici siyasətinin dalana dirənməsinə gətirib çıxarıb.
Əlbəttə ki, Ermənistan İran və Suriyadan geri qalmır. Hərbi diktaturanın sərt idarəçiliyi daxildə sosial partlayışı labüdləşdirib. Aparılan yarıtmaz daxili siyasətin nəticəsidir ki, bu gün Ermənistanda 1 milyondan bir qədər artıq insan qalıb. Hər kəs sosial-iqtisadi şəraitin ağır olmasından şikayətlənir. Hər il təxminən, 30 min insan Ermənistanı tərk edir.
Bir sözlə ifadə etsək, “şər üçbucağı”nı təşkil edən ölkələrin daxilində total xaos hökm sürür. Əlbəttə ki, bu ölkələrin belə bir vəziyyətdə müəyyən yerə qədər birgə hərəkət etmələri mövcud situasiyanın tələbidir. Lakin həmin ölkələrin daxilindəki problemlər iki cür proqnoz verməyə imkan yaradır:
- Birincisi, hər üç dövlət terrorçuluğa dəstək verməkdən imtina edərsə, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olmazsa, əməkdaşlıq əlaqələri qurarlarsa, beynəlxalq təhdid xarakter daşıyan siyasi oyunlardan əl çəkərlərsə, o zaman, İranın da, Suriyanın da, Ermənistanın da dünya birliyinə inteqrasiyası baş tutar və inkişaf edərlər. Bu pozitiv proqnozdur.
- İkincisi, əgər “şər üçbucağı” yenidən mövcud irtica siyasətini yürüdərsə, regionda hərbi siyasi şəraiti daha da ağırlaşdırarsa, o zaman hər üç dövlət üçün arzuolunmaz vəziyyət yetişə bilər. Neqativ proqnozların nəticələri isə aşağıdakı kimi ola bilər:
Ermənistan üçün:
- getdikcə ağırlaşan vəziyyət sonda sosial partlayışla nəticələnəcək;
- əgər geosiyasi durumda dəyişikliklər olsa, vəziyyət hakimiyyət dəyişikliyinə qədər gedib çıxacaq;
- bununla da, Yerevan bütün iqtisadi layihələrindən məhrum olacaq və siyasi maraqlarını təmin edə bilməyəcək.
Suriya üçün:
- gedən vətəndaş müharibəsi diktator Bəşər Əsədin hakimiyyətdən getməsilə nəticələcək;
- mövcud güclü Suriyadan heç bir əsər-əlamət qalmayacaq;
İran üçün:
- Suriyada yeni hakimiyyətin formalaşdırılması prosesində iştirakdan kənarda qalacaq;
- İslam dünyasında nüfuzunu, Ərəb dövlətləri ilə olan-qalan münasibətlərini də və qonşularının etimadını itirəcək;
- Ermənistan üzərindəki nəzarətinə son qoyulacaq və s.
Əlbəttə ki, söylənilənlər bizim subyektiv mülahizələrimizdir, lakin bunlar mövcud reallığın təhlilinin nəticəsi olaraq, ortaya çıxmış fikirlərdir. Düşünürük ki, eyni zamanda, antitürk mövqeyində durmuş “şər üçbucağı” - İran, Ermənistan və Suriya reallığı düzgün qiymətləndirəcək və regionlarda sülhün və təhlükəsizliyin təminatı üçün lazımi addımları atacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

