Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionlarda 3 ildə əldə olunmuş naliyyətlərlə bağlı açıqlanan rəqəmlər sevindiricidir

Regionlarda 3 ildə əldə olunmuş naliyyətlərlə bağlı açıqlanan rəqəmlər sevindiricidir

01.03.2012 [01:21]

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylənilən faktlar və 3 ildə əldə olunmuş naliyyətlərlə bağlı açıqlanan rəqəmlər çox sevindiricidir”. Bunu “Trend”ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Artıq bilirsiniz ki, 3 ildir bu proqram həyata keçirilir və proqramın mühüm nəticələri var. Konfransda Azərbaycanın regionlarında üç il müddətində həyata keçirilən infrastruktur layihələri, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, kəndlərin iqtisadi potensialının, resurslarının işə salınması, kənd təsərrüfatının inkişafı, sənayenin inkişafı, emal sənayesinə xüsusən ayrılmış son dövrlərdəki dövlət vəsaitləri və onların nəticələrinin mövcud vəziyyəti ilə bağlı məsələlər təhlil olundu” - deyə, Ə.Həsənov qeyd edib.
PA rəsmisi bildirib ki, Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər həyata keçirilir: “Qalan iki ildə - bu il və 2013-cü il üçün də mövcud problemlər, qarşıda duran yeni vəzifələr və proqrama müvafiq olan vəzifələr cənab Prezident tərəfindən bir daha orada sadalandı, onların həlli ilə bağlı müvafiq tövsiyələr verildi”.
Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30