/ / YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
01.03.2012 [01:22]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bir il bundan əvvəl partiyanın Gənclər Birliyinin hesabat-seçki konfransının keçirildiyini və konfransda seçkili orqanların yenidən formalaşdığını xatırladıb. Əli Əhmədov bildirib ki, ötən bir il ərzində YAP Gənclər Birliyi bir çox əhəmiyyətli, maraqlı layihələr həyata keçirib, eləcə də, beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində vacib addımlar atılıb.
Onun sözlərinə görə, bu müşavirədə əsas məqsəd yeni seçilmiş seçkili orqanların fəaliyyətinə nəzər salmaq, gənclərin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməkdən ibarətdir. “YAP Gənclər Birliyi kifayət qədər geniş və fəal təşkilatdır. Eləcə də, rayon və şəhər təşkilatlarının gənclər birliklərinin də fəaliyyəti genişlənib. Bu amil onların ictimai-siyasi proseslərdə daha fəal iştirakı üçün baza yaradır. ümumilikdə, partiyamızın sıralarına daxil olan insanların içərisində gənclər üstünlük təşkil edir. Bu ondan xəbər verir ki, YAP-ın həyata keçirdiyi siyasət Azərbaycan gənclərinin böyük bir hissəsini maraqlandırır və gənclərimiz məmnuniyyətlə öz siyasi talelərini partiyamızla bağlayırlar. Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan gənclərinin böyük hissəsi Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərində iştirak etmək məqsədilə YAP sıralarına qoşulmaq kimi çox düzgün yol tutublar” - deyə, Əli Əhmədov vurğulayıb.
Gənclərin partiyanın həyatında fəallığının əhəmiyyətli dərəcədə artdığını qeyd edən Əli Əhmədov bildirib ki, bütün bunlar gənclərin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsi üçün əlverişli şərait yaradır: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən mühüm və əhəmiyyətli məqamlarından biri ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına şəraitin yaradılmasıdır. İstər dövlət idarəçiliyində, istər ictimai-siyasi həyatın müxtəlif sahələrində gənclərə geniş meydan verilir ki, bu da bütövlükdə Azərbaycanda həyata keçirilən Prezident siyasətinin çox önəmli istiqamətlərindən və tərkib hissələrindən biridir. Eyni ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər amili xüsusi yer tutur. Bunun vacib səbəblərindən biri Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin kifayət qədər geniş şəkildə təmsil olunmasından ibarətdir. Hazırda gənclər partiyanın üzvlərinin 40 faizini təşkil edir. Bu da partiyanın sıralarında on minlərlə fəal Azərbaycan gəncinin birləşməsindən xəbər verir. Bizim gənclərimizin YAP-da geniş şəkildə təmsil olunması bütövlükdə partiyanın siyasətində gənclərə böyük önəm verilməsi ilə əlaqədardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, partiyanın sıralarında gənclərin sayının artması sadəcə statistika ilə ifadə olunmur. YAP-ın gənclər təşkilatlarının fəallığının artması sadəcə partiyamızın tərkibində gənclərin sayının artmasından ibarət deyil. Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, gənclər partiyanın sıralarında birləşməklə ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək imkanı əldə edirlər. Müxtəlif mövzularda müzakirələrin aparılmasında, problemlərin həllində gənclərimiz yaxından iştirak edirlər. Gənclər həyatımızın çox vacib elementlərindən birinə çevrilib”.
Əli Əhmədov bildirib ki, partiya sıralarında gənclərin sayının artması həm də YAP-ın gənclərin ictimai-siyasi fəallığının artırılması üçün geniş meydan təqdim etməsi ilə əlaqədardır. “Partiyamızın sıralarında olan gənclər öz potensiallarından istifadə etmək üçün geniş imkanlar əldə edirlər. Digər tərəfdən, YAP gənclərin siyasi təcrübəsinin formalaşması və genişləndirilməsi meydanıdır. Gənclər partiyanın sıralarında olmaqla siyasi təcrübə məktəbi keçirlər. İnanırıq ki, gənclərimizin əhəmiyyətli hissəsi ictimai-siyasi proseslərdə yaxından iştirak etmək imkanlarından faydalanaraq bir müddətdən sonra Azərbaycanın siyasi həyatında kifayət qədər tanınmış, özlərini ifadə edən insanlar olacaqlar. Beləliklə də, onlar ölkənin ictimai-siyasi həyatının fəal iştirakçılarına çevriləcək, gələcəyin liderləri kimi yetişəcək, özlərini cəmiyyətə təqdim edəcəklər. Bütün bunların hamısı bütövlükdə Yeni Azərbaycan Partiyasının gənclər siyasətinin çox vacib elementidir və partiyanın sıralarında gənclərin yüksək fəallığını nümayiş etdirən gerçəkliklərdən ibarətdir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Qarşımızda əzəmətli vəzifələrin dayandığını deyən Əli Əhmədov ölkəmizin hərtərəfli inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır və dünya miqyasında böyük nailiyyətlər qazanılır. “İqtisadiyyatın inkişafı ilə yanaşı ölkəmizin həyatı bütünlüklə dəyişir. İnsanların həyat səviyyəsi yaxşılaşır, həyata baxışı yeniləşir, müasirləşir. Təbii ki, Azərbaycan vətəndaşlarının həyatının dəyişməsi, yeniləşməsi bütövlükdə həyata keçirilən siyasətin ən mühüm cəhətlərindən biridir. Azərbaycanın qüdrətlənməsi, daxili birliyinin möhkəmlənməsi, vətəndaş birliyinin daha da güclənməsi bir dövlət kimi gücünü və qüdrətini artırır. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi günbəgün möhkəmlənir” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Müşavirədə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, sədrin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov və YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, partiyanın Gənclər Birliyinin ofisinin meneceri Sərraf Hüseynov çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

