/ / "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin gələcək inkişafının fəlsəfəsini özündə əks etdirəcək
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin gələcək inkişafının fəlsəfəsini özündə əks etdirəcək
03.03.2012 [01:20]
Hikmət Babaoğlu: Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmaqdadır. Əlbəttə ki, Konsepsiyanın hazırlanmasında ictimaiyyətin yaxından iştirakı məqbul bilinib və bu səbəbdən də məsələ ictimailəşdirilir. Biz çalışırıq ki, ölkəmizin bütün təbəqələrindən olan insanları bu prosesə cəlb edək və burada onlar öz istəklərini bildirsinlər, elmdə, təhsildə, iqtisadiyyatda, sosial sferada və s. nələrin olmasını arzuladıqları barədə təkliflərini irəli sürsünlər. Buna görə də, biz ənənəvi olaraq bu cür “dəyirmi masa”lar keçirməyə başlamışıq. Növbəti belə bir görüşü müxtəlif peşə sahiblərinin nümayəndələri ilə keçirəcəyik. Bir sözlə, xoş gəlmisiniz və hesab edirəm ki, bu məsələ ilə bağlı öncə Hadi müəllimin fikirlərini dinləmək maraqlı olardı.
Hadi Rəcəbli: Müstəqillik qazandıqdan sonra Azərbaycanın inkişafını müəyyən mərhələlərə bölmək olar. İlk dövrdə, əlbəttə ki, Ulu öndər Heydər Əliyev iqtisadiyyatı tənəzzülə uğramış, embarqolara məruz qalmış, hərtərəfli deqradasiyaya uğramış ölkədə sabitlik yaratdı. İctimai elmlərlə məşğul olanlar da bilir ki, ümummilli lider Heydər Əliyev tərəfindən atılan addımlar və görülən işlər ölkəmizi sabitlik mərhələsinə gətirib çıxardı. 2003-cü ilə qədər ölkədə sabitlik tam bərpa oldu.
Bundan sonra isə Prezident İlham Əliyevin dövlət quruculuğunda mərhələli inkişaf dövrü başlandı. ötən 8-9 il ərzində görürük ki, Azərbaycanda artıq çox müasir, mütərəqqi dövlət quruculuğu modeli həyata keçirilir. Burada modernləşmiş dövlət quruculuğundan danışanda Azərbaycan üçün xarakterik elementlərə diqqət yetirmək lazımdır. Birincisi, bizim dövlət quruculuğunda səbəb-nəticə məsələsi var. Prezident İlham Əliyevin dövlət quruculuğunda səbəb-nəticə əlaqələrinin nəzərə alındığı görünür. Başqa bir məqam isə odur ki, Azərbaycanda regional idarəetmə həyata keçirilir. Artıq regionların sosial-iqtisadi inkişaf proqramı əsasında respublika ərazisi 10 regiona bölündü, dövlət proqramları əsasında bütün regionlarda quruculuq işləri görülməyə başlandı. Vergi, kənd təsərrüfatı sahələrində regional idarələr yaradıldı. Düşünürəm ki, gələcəkdə idarəetmənin icra strukturunu da regionallaşdırmalıyıq. Prezident İlham Əliyevin dövlət quruculuğu siyasətinin özəlliklərindən biri görülən işlərin dünya standartlarına uyğunlaşdırılmasıdır.
Bir sözlə, 2020-ci il üçün Azərbaycan qarşıya daha böyük məqsədlər qoya bilər və qoyub. ölkədə bu vaxtadək kifayət qədər möhkəm sosial, iqtisadi baza yaradılıb. İndi bununla kifayətlənməyərək, 2020-ci ilə daha mütərəqqi, iqtisadi, maliyyə, sosial məsələlərdə dünyada gedən prosesləri qabaqlayan məqsədlər qoyula bilər.
Hikmət Babaoğlu: İlham müəllim, siz Azərbaycanın bundan sonrakı 10 il ərzində inkişafında hansı amili daha vacib sayırsınız? Azərbaycan inkişaf etmiş ölkəyə çevrilmək üçün ən çox hansı sahələrə diqqət yetirməldir?
İlham Məmmədzadə: Hadi müəllimin söylədiyi kimi, mən də hesab edirəm ki, uğurlarımız çoxdur və Prezident İlham Əliyevin modernləşmə xətti çox uğurludur. ümumiyyətlə, bu gün dünyada qloballaşma prosesi elə gedir ki, dəyişikliklər çox tez baş verir. Bu mənada demək istəyirəm ki, hazırda uğurlarımız varsa, onları dəyərləndirib sabaha hazırlaşmalıyıq və dəyişikliklərin strukturunu indidən müəyyənləşdirməliyik ki, onlar gələcəkdə yalnız uğur gətirsin. Ona görə hesab edirəm ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası vacibdir və bu barədə qərar vaxtında qəbul olunub.
Konsepsiyanın ictimailəşdirilməsindən sonra alimlər də öz fikirlərini bildirirlər. Təbii ki, bu çox vacib məsələdir. çünki modernləşmənin mühüm göstəricilərindən biri sosiumun bilik cəmiyyətinə keçididir. Bu, o deməkdir ki, biz bu 5-8 ildə işləri elə qurmalıyıq ki, cəmiyyətimizdə, xüsusilə də, idarəetmədə elmin yeri daha dolğun görünsün. Elmin həm idarəetməyə, həm iqtisadi inkişafa, həm də insanların şüuruna təsiri ön plana çıxarılmalıdır. Göründüyü kimi, bizim sabahkı uğurlarımız daha çox elmdən asılıdır.
İnkişaf istiqamətlərinə gəlincə isə, birincisi, mütləq biz dünyadakı proseslərin mahiyyətini dərindən dərk etməliyik. Yəni, qloballaşma tendensiyası hara və hansı istiqamətdə gedir, 2020-ci ilədək bizi nə gözləyir və s. Ona görə də, ilk növbədə, dünyada gedən prosesləri izləyən və təhlil edən alimləri İnkişaf Konsepsiyasının hazırlanmasına cəlb etmək lazımdır. çünki bu gün qəbul edəcəyimiz qərarların 10 il ərzində baş verə biləcək sosial, iqtisadi, siyasi və digər dəyişmələrlə uyğunluq təşkil etməsi vacibdir. Əgər burada müəyyən qədər axsamalar olsa, o zaman, inkişaf bizim nəzərdə tutduğumuzdan səmərəsiz ola bilər. Bu mənada düşünürəm ki, dünyada gedən tendensiyaları izləyən bir qrup alim keyfiyyətli işləsə və əvvəlcədən olacaqları proqnozlaşdırsa, dövlətimizin gələcək 10 ildəki inkişafı daha səmərəli ola bilər.
Nəzərə almaq lazımdır ki, Azərbaycan qloballaşma dövründə mərkəzi mövqedə duranlardandır. Amma bu mərkəzə kənardan, xüsusilə də şüura təsirlər var və bu getdikcə daha da artacaq. Biz müsbət dəyişiklikləri vaxtında görməliyik. Bir qrup savadlı iqtisadçılar, siyasətçilər, filosoflar və sosioloqlardan ibarət qrupun fəaliyyətinin nəticələri cəmiyyətə lazım olan şəkildə təsir göstərməlidir. Əgər belə bir qrup varsa, ikincisini də yaratmaqla rəqabətin və keyfiyyətin yüksək olmasını təmin etmək olar.
İkinci qeydim ondan ibarətdir ki, yaxşı olardı ki, bizim müxtəlif sahələr üzrə çalışan alimlərimiz daha çox futuroloji məsələlərlə məşğul olsunlar. Bu gün biz filosofların, sosioloqların, hüquqşünasların araşdırmalarına nəzər salsaq görərik ki, onlar daha çox keçmişə baxırlar. Hesab edirlər ki, keçmişi yaxşı dərk etsələr, sabahkı günü də dolğun görərlər. Amma bu müəyyən mənada yanlış fikirdir. Doğrudur, keçmişi bilmək lazımdır, amma sabahkı gün keçmişdən çox da asılı deyil. Bütün elmlərdə futuroloji proqnozlaşdırma istiqamətləri mütləq inkişaf etdirilməlidir. Bunu etmək üçün müəyyən texnologiyalardan istifadə etmək, hətta tanınmış xarici mütəxəssisləri də bu işə cəlb etmək olar. üçüncü qeydim ondan ibarətdir ki, proqnozlaşdırma daha çox fənlərarası işləmələrdə aparılmalıdır. Buna fənlərarası metodologiya deyilir. Yaxşı olardı ki, elə bir mərkəzlər, yaxud qurumlar, ya da ki, elə akademiyada fənlərarası qruplar yaradılsın ki, alimlər yalnız dar çərçivədə deyil, digər elm sahələri ilə birgə diskussiyalar aparsınlar. Bu, bilik mübadiləsinə, alimlərin fəaliyyətinin cəmiyyətə, ictimai şüura təsirinin artmasına təsir göstərə və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasına töhfələr verə bilər.
Hikmət Babaoğlu: İsa müəllim, bir iqtisadçı kimi deyə bilərsinizmi, Azərbaycan gələcək 10 il ərzində hansı sahələrə daha çox diqqət ayırmalıdır? Və ümumiyyətlə, Konsepsiyanın hazırlanmasında daha hansı resurslardan istifadə olunmalıdır?
İsa Alıyev: İlham müəllimin söylədiyi kimi, həqiqətən də fənlərarası inteqrasiya prosesində bu mühüm problemi dərk etmək mümkündür. Səbəb-nəticə isə fəlsəfi kateqoriyadır. Hər bir elmin fəlsəfəsi olduğu kimi, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da fəlsəfəsi var. Biz bir daha götür-qoy edirik ki, gələcəyimiz hara gedir, necə olacaq və s. Bir iqtisadçı olaraq qeyd etməliyəm ki, bu prosesləri dərk etmək üçün yalnız iqtisadiyyatçı olmaq kifayət deyil. Burada sosial və siyasi blokları da nəzərə almaq lazımdır. Ola bilər ki, iqtisadi artım qeydə alındığı halda insanlar bundan lazımınca bəhrələnməsin, əldə olunan gəlirlər insan kapitalına çevrilə bilməsin. Lakin Azərbaycanda bu sahədə düzgün təməl qoyulub. ölkədə sürətli sosial inkişaf gedir, bu xətti davam etdirmək lazımdır. Doğrudan da, iqtisadiyyatımızı daha da gücləndirməliyik. Yəni, dövlət büdcəsinin gəlirləri təbii ehtiyatlar hesabına deyil, başqa vasitələrlə artırılmalıdır. Burada innovasiyalar inkişaf etdirilməli, rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırılmalı, dünya bazarlarına çıxış sürətləndirilməlidir. Rəqabət qabiliyyətlilik və dünya bazarlarına çıxmaq Azərbaycan iqtisadiyyatı üçün çox mühüm məsələlərdir. Bununla yanaşı, 2020-ci ilədək innovasiyalı istehsalı 20 faizə yüksəltmək məsələsi bizi çox düşündürməlidir. İnnovasiyalı istehsalı qurmaq üçün investisiya siyasətini daha rasional şəkildə həyata keçirmək lazımdır.
Bildiyimiz kimi, iqtisadiyyatımızda aqrar sektorun çəkisi çoxdur, amma payı azdır. Digər sahələrlə yanaşı, bu sahədə də ən son texnologiyalar tətbiq olunmalıdır. İşsizlik və yoxsulluqla mübarizədə aparılan siyasət davam etdirilməlidir. Həmçinin, Azərbaycanda modernləşmənin xüsusiyyətlərindən biri şaxələndirmə, ölkə iqtisadiyyatının bütün sahələrinə diqqət ayrılması, Azərbaycan iqtisadiyyatının adekvat bazasının formalaşdırılmasıdır.
Məlum olduğu kimi, dünyada inkişaf modelləri çoxdur. Hətta böhranlarla əlaqədar bəzi inkişaf etmiş ölkələrin modelləri iflasa uğrayıb. Azərbaycanın modernləşmə siyasəti isə böyük uğurlara gətirib çıxarıb. Təbii ki, hər bir inkişaf ziddiyyətlidir. Hal-hazırda dünyada gedən sosial-iqtisadi inkişaf prosesini, qloballaşmanı qiymətləndirmədən nə iqtisadçılar, nə də filosoflar düzgün nəticəyə gələ bilməzlər. Dünyanın iqtisadi maraqlarının dəyişməsindən, dünyanın geopolitik mənzərəsində baş verən köklü dəyişikliklərdən iqtisadçılar da bəhrələnməlidir. Misal olaraq, biz öz modelimizi hazırlayarkən Qərbə çox meyil edirik, amma çin modelini də yaddan çıxarmaq olmaz. Dövlət başçısının da qeyd etdiyi kimi, 2020-ci ilə qədər milli gəlirimizin iki dəfə artmasına nail olmalıyıq. Bu isə çox böyük bir vəzifədir. Buna qeyd etdiyimiz parametrləri, amilləri nəzərə almaqla nail olmaq mümkündür.
Hadi Rəcəbli: Əslində, inkişaf etmiş ölkələrdə aqrar sektor iqtisadiyyatda çox az çəkiyə malikdir. Məsələn, Azərbaycanda bu 50 faizdən yuxarı olduğu halda, ABŞ-da cəmi 2 faizdir. Fikrimcə, 2020-ci il üçün əmək tutumlu sahələrin - biznes, turizm və digər sektorların inkişafına böyük diqqət yetirməliyik.
Rəna Mirzəzadə: Bəli, milli inkişaf strategiyasının əsası ümummilli liderimiz tərəfindən qoyulub. Bu strategiya ölkədə sabitliyin bitkin bir vaxtında yenidən modernləşmə xətti ilə cənab Prezident İlham Əliyev tərəfindən başqa bir istiqamətdə davam etdirildi. Bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yer alacaq məsələlərdən biri elmin, mədəniyyətin inkişafında, cəmiyyətin bütün sahələri istiqamətində yeni nailiyyətlərin əldə olunmasıdır. Məhz bu məsələyə toxunaraq söyləmək istəyirəm ki, sözügedən prosesdə elm adamı özünü harda görməsini və kim olduğunu müəyyənləşdirməlidir. Təbii ki, ictimai sektorda da məsələ aydın qoyulmalıdır.
Qeyd edim ki, üçüncü sektora dövlət dəstəyinin göstərilməsi üçün Prezident yanında qurum yaradılıb. Bu qurumun fəaliyyəti nəticəsində cəmiyyətdə bir növ ictimai tərəfdaşlıq reallaşıb. Məhz bu tərəfdaşlıq fonunda ölkə üzrə böyük bir maarifləndirmə işi gedir. Onlar gözlə görüləcək problemləri ortaya çıxarırlar və dövlətin müvafiq institutlarının diqqətinə çatdırırlar. Burada əlbəttə ki, elm adamı öz təfəkkürü, biliyi ilə problemlərin həllinə dəstək verə bilər. Bu mənada düşünürəm ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında ictimai sektorun və elm ictimaiyyətinin nümayəndələri daha aktiv iştirak etməlidirlər.
Hikmət Babaoğlu: Mən Bəhram Zahidova və İsaxan Vəliyevə sual verərək soruşmaq istərdim ki, hazırlanan Konsepsiyada hüquq məsələsi necə rol oynamalıdır?
Bəhram Zahidov: Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtdığı ərəfəni yadımıza salsaq, bu, çox şeylərdən nəticə çıxarmaq üçün əsas ola bilər. 1993-cü ildə Azərbaycanda böhranlı vəziyyət hökm sürürdü. Ulu öndər ölkəni bu vəziyyətdən çıxarmaq üçün öz təcrübəsinə, elmi dünyagörüşünə əsaslanaraq Konstitusiyanın qəbul edilməsini çox vacib hesab etdi. Bu bizim üçün bir örnəkdir. Azərbaycan Konstitusiyasında hüquqi, dünyəvi dövlət qurmaq ideyasının yer alması da təsadüfi deyil. Azərbaycan Konstitusiyası dövlətin vəzifəsini müəyyən edərək göstərir ki, insan hüquq və azadlıqlarının, layiqli həyat şəraitinin təmin olunması dövlətin əsas məqsədidir.
Lakin etiraf edək ki, bu gün bizdə hüquq sistemi, hüquq düşüncəsi, mədəniyyəti çox geri qalıb. Cəmiyyətdəki hər hansı bir qüsuru təhlil etsək görərik ki, cəmiyyətdə qanunların bu və ya digər dərəcədə təhrif olunması, onun lazımınca icra olunmaması son nəticədə iqtisadiyyata da, siyasətə də təsir edir. Buna görə də, əgər biz hüquqi dövlət qururuqsa, hüquq elmlərinin inkişafına, hüquq maarifçiliyinə xüsusi diqqət yetirməliyik. Azərbaycan ziyalıları və alimləri də əsasən paytaxtda, yaxud iri şəhərlərdə cəmləşib. Amma heç birimiz deyə bilmərik ki, son 10 ildə hansısa rayonun hansısa kəndinə gedib oradakı cinayətkarlığı təhlil edib səbəblərini araşdırmışıq. Vaxtilə cümə günləri, hüquq təminatı, maarifçilik kursları var idi. Lakin bu gün ölkəmizdə hüquq məsləhətçisi çatışmazlığı var.
Təbii ki, hüquq düşüncəsi birdən-birə yaranmır, bunu formalaşdırmaq lazımdır. Əgər deyilirsə ki, bu gün Prezident Administrasiyasına götürmək üçün savadlı hüquqşünas tapılmır, demək ki, bu, çox şeydən xəbər verir. Əlbəttə, bu gün Azərbaycanda Avropa hüquq sistemini, xarici dilləri bilən savadlı gənc hüquqşünaslar yetişir. Bu tendensiyanın bütün ali məktəblərdə yayılmasına çalışmaq lazımdır. Regionların sosial-iqtisadi inkişafına paralel olaraq, regionların elmi inkişafı məsələsinə də diqqət yetirilməlidir. Bu gün Gəncədə, Lənkəranda AMEA-nın regional bölməsinin mövcudluğu çox əlamətdar haldır, onların potensialı artırılmalıdır. Bir sözlə, düşünürəm ki, Azərbaycanda elmə münasibət dəyişməlidir.
çox təqdirəlayiq haldır ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə İnkişaf Konsepsiyası hazırlanır. Mən çox istərdim ki, bu sənəddə, ilk növbədə, hüquq sisteminin təkmilləşdirilməsi, insanların hüquqi düşüncəsinin yüksəldilməsi üçün maarifləndirici işlərin sürətləndirilməsi, hüquq elmlərinə dair ciddi qərarların verilməsi ilə bağlı müddəalar öz əksini tapsın.
İsaxan Vəliyev: “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dövlət başçısının Sərəncamı hər bir Azərbaycan vətəndaşını ölkənin gələcəyi haqqında düşünməyə və münasibətini bildirməyə vadar edir. 2020-ci ildə görmək istədiyimiz Azərbaycanın konturları akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən “dəyirmi masa”da səsləndirilib. İrəli sürüləcək yeni təkliflər, fikirlər hesabına bu konturlar daha da genişləndiriləcək. Burada maraqlı məqamlardan biri qanunun aliliyini təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə bağlıdır. Biz iqtisadiyyatımızı inkişaf etdirə, ən inkişaf etmiş infrastruktura malik ola bilərik. Ancaq inkişaf etmiş iqtisadiyyatın fonunda insan öz hüquqlarını mükəmməl şəkildə bilməyəcəksə, o zaman vətəndaş cəmiyyətindən danışmaq olmaz. İnsan hüquqları ilə vəzifələri arasında sərhədi bildikdə azad ola bilər. Bu, hər bir demokratik dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin bu günədək heç kim insan hüququ ilə vəzifəsi arasındakı stabilliyi dəqiq müəyyən edən mexanizmləri hazırlaya bilməyib. Ona görə də, bəzi insanların qanunların tələblərini pozarkən müəyyən qism onları qınadıqları halda, digərləri təqdir edir. Marks deyib ki, insan psixologiyası 2 halda deformasiya olur. Birinci halda cinayəti görür, cəzanı görmür. İkinci halda cəzanı görür, cinayəti görmür. Sokrat isə deyib ki, insan şəri ona görə törədir ki, əslində, o şərin nə olduğunu yaxşı dərk etmir, bəziləri isə şərlə xeyiri yanlış anlayır. O, deyib əgər insanın şər əməllərə uymamasını istəyiriksə, hüququn təbliğini genişləndirməliyik.
Doğrudan da, kim daha çox təhsillidirsə, tərbiyəlidirsə, həm qanun, həm də həyat təcrübəsi göstərir ki, belə insanlar arasında hüquq pozuntularına çox az yer verilir. Sokrat həm də onu deyib ki, əgər insan şər törətməyi özü üçün ictimai qınaq hesab etməsə, deməli o cəmiyyətdə hüquqi təbliğat olduqca zəifdir.
İnanıram ki, biz 2020-ci ilə dekriminalizasiya ilə gedirik. Bu gün cinayət hesab olunan əməllər cəmiyyətin demokratikləşməsi, insan şüurunda müvafiq dəyişikliklərin olması ilə həmin əməllər sıradan çıxacaq. Digər tərəfdən, fikrimcə, hüquq-mühafizə orqanlarında kəskin islahatlar aparılacaq.
Hikmət Babaoğlu: Azərbaycanın inkişafında modernləşmə xətti də xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı Roida xanımın fikirlərini bilmək istərdik...
Roida Rzayeva: Doğru qeyd edirsiniz. Mən burada məsələni bu cür qoyuram: “Gələcək Azərbaycanın təşəkkülündə modernləşmə xətti və onun vəzifələri”. Məlum olduğu kimi, ilk növbədə, cəmiyyətin inkişaf konsepsiyasına dair yanaşmalardan biri onun dəyər və vəzifələrinin dərkinə əsaslanır. Bir cəmiyyətin, dövlətin inkişaf konsepsiyasının fəlsəfi təhlili müasirlik anlayışı və həyata keçirilən modernləşmə xətti ilə sıx əlaqədədir. ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edən modernləşmə xətti Azərbaycanın gələcəyinin formalaşmasında bəzi nəticələrin əldə edilməsi üçün müəyyən zəmin yaradır. İlk növbədə, modernləşmə hər bir cəmiyyət üçün labüddür, zəruridir. Lakin hazırki mərhələdə Azərbaycan üçün çox vacibdir. çünki ilk növbədə, gələcək Azərbaycanın formalaşmasında iştirak edən şüur amilinə diqqət yetirmək lazımdır. Bu nöqteyi-nəzərdən, intellektin və elmi potensialın əhəmiyyəti onunla müəyyən olunur, konkret nəticələri ortaya çıxarır və yoxlanılmasını təmin edir. Hər bir ictimai-siyasi reallığın tədqiqi isə fəlsəfi yanaşma olmadan natamam və səthidir. Ona görə də, fəlsəfə gənc nəslin intellektual potensialını və şüurunu formalaşdıran fəlsəfi müstəvini xüsusilə ön plana çıxarır. Azərbaycanın gələcəyini formalaşdıracaq şüur da azərbaycançılıq ideologiyası ilə bağlıdır. Azərbaycançılıq ideologiyası, məhz Azərbaycanın gələcəyinin formalaşmasında iştirak edən azərbaycanlı imicini yaradır. Azərbaycanlı imicinin prioritet sintez komponentlərindən biri isə milli və mənəvi dəyərlər olduğu kimi, eyni zamanda, dünyaya yeniliklərə açıq olmaq özümüzün bir çox keyfiyyət göstəricilərimizi yüksəltmək üçün dünyadan ala biləcəyimiz şeylərin məhz selektiv seçimini təmin edir. Bu çox vacibdir.
Düşünürəm ki, ilk növbədə, konkret təkliflər olaraq sosial reallığın dərki, həyatın simvolik maddi və mənəvi aspektlərinin əhəmiyyəti, xarici və daxili amillərin önəmi, üstünlük təşkil edən metodlar və individin azadlığının dərəcəsinin müəyyənləşdirilməsi bu Konsepsiyanın hazırlanmasının təhlilində əsas xətləri təşkil etməlidir.
Hikmət Babaoğlu: Bəlli olduğu kimi, Konsepsiyanın hazırlanmasında diqqət yetirilən istiqamətlərdən birini də dövlətimizin xarici siyasəti təşkil edir. İstərdik bu sferaya dair Həsən müəllimin fikirlərini dinləyək...
Həsən Əlibəyli: Məlum olduğu kimi, müasir dövrdə beynəlxalq münasibətlər, dünya siyasəti kəskin böhran durumundadır. Bunu deməkdə əsaslandığım məsələ ondan ibarətdir ki, hal-hazırda danışıqlarda diplomatik vasitələrdən istifadə etmək əvəzinə beynəlxalq münasibətlərdə baş qaldıran bütün problemlər güc tətbiqi ilə həll edilməyə çalışılır. Elə İraqa hərbi təcavüz, Əfqanıstandakı, Liviyadakı və Suriyadakı hadisələr eyni ssenari üzrə baş verir. Gücə üstünlük verildiyi təqdirdə beynəlxalq münasibətlər sisteminin istər məzmun, istərsə də strukturu naqis bir yola düşür. Bunun nəticəsi olaraq, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemi pozulur. Belə bir şəraitdə bizim müstəqilliyimiz, dövlətçiliyimiz ən dəyərli sərvətimizi daha mükəmməl şəkildə qorumaq vəzifəsi önə çıxır.
Bunun üçün iqtisadiyyatın, ideologiyanın qloballaşdığı bir şəraitdə xarici siyasətimizi elmi əsaslarla qurmalıyıq. çox ciddi şəkildə dünyada gedən prosesləri izləməklə Azərbaycan dövlətçiliyini, dövlətimizin maraqlarını, xalqımızın milli mənafeyini qorumaq üçün xarici siyasətdə proqnozlaşdırmaya üstünlük verməliyik. Yəni, indi baş verən hadisələri, onların bir ildən sonrakı və uzaq gələcəkdəki nəticələrini analiz etmək lazımdır. Bu, əslində, çətin bir prosesdir, lakin vacibdir. Proqnozlaşdırma zaman baxımından qısamüddətli, ortamüddətli, gələcək və perspektiv olmaqla dörd mərhələdə həyata keçirilir. Perspektivdə xarici siyasətimizin əsasını elə qurmalıyıq ki, Xocalı soyqırımı kimi faciə bir daha yaşanmasın. Elə etməliyik ki, vaxtilə 420 min kvadrat kilometr ərazisi olan Azərbaycan bundan sonra torpaq itkisi ilə üzləşməsin. ölkəmizin müdafiə sistemi elə qurulmalıdır ki, hansısa dövlət bir daha cəsarət edib bizə qarşı silah qaldıra bilməsin.
Ramil VƏLİBƏYOV,
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

