Xəzər sahillərində şou
07.03.2012 [00:48]
“Rossiyskaya qazeta”nın 6 mart tarixli 5721 (48) nömrəli federal buraxılışında jurnalist Oksana Mixaylovanın “Xəzər sahillərində şou” adlı geniş məqaləsi dərc edilmişdir. AzərTAc məqaləni təqdim edir.
57-ci “Eurovision” mahnı müsabiqəsi 2012-ci ilin baharında Bakıda keçiriləcəkdir. ötən ilin may ayında Almaniyanın Düsseldorf şəhərində Azərbaycanı təmsil edən Eldar və Nigar dueti Avropada hitə çevrilmiş “Running Scared” kompozisiyası ilə öz ölkəsi üçün bu müsabiqəni keçirmək hüququ qazanıb. Yarımfinallar mayın 22-nə və 24-nə, final isə 26-na planlaşdırılıb.
Müsabiqənin keçiriləcəyi yer
İndi Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarını və iştirakçılarını qəbul etməyə son hazırlıq işləri başa çatmaq üzrədir. Müsabiqə özü isə məxsusi bu məqsədlə tikilmiş möhtəşəm “Baku Crystal Hall” (Kristal zal) konsert sarayının zalında keçiriləcək. Bu zal şəhərin mərkəzinin yaxınlığında, Dövlət Bayrağı Meydanının yanında yerləşir. Sarayın tikintisi hələ başa çatmayıb, tamamlama işləri aparılmalıdır, lakin artıq indidən aydındır ki, bu zal mütənasibliyinə görə Roma Kolizeyini xatırladacaq, onun çevrəsi boyunca futurist kristallar yerləşdiriləcək.
Konsertin bütün Avropaya translyasiyasını təşkil edən Avropa Yayım Birliyinin nümayəndələri “Eurovision-2012” mərkəzinin tikintisi dövründə dəfələrlə buraya baş çəkib, “Baku Crystal Hall”ın bütün müasir standartlara uyğun gəldiyinə əmin olublar. Zalda 25 min tamaşaçı yerləşəcəkdir. Daha 15 min seyrçi isə zalda baş verənləri şəhərin meydanlarında quraşdırılacaq böyük ekranlarda müşahidə edə biləcək.
Kompleksin tikintisi Avropada və dünyanın digər ölkələrində həyata keçirilmiş layihələri ilə məşhur olan “ALPINE Bau Deutschland AG” şirkətinə həvalə edilib. Onun tərəfdaşları İsveçrənin “Nussli AG” və “Basler & Hofmann AG”, Avstriyanın “GmbH & Co.KG” və Münxenin “SSF Ingenieure AG” şirkətləridir. Xatırladım ki, Almaniyada “Eurovision-2011” mahnı müsabiqəsi üçün səhnənin konstruksiyası işləri ilə məhz “Nussli AG” şirkəti məşğul olub.
Kompleksin kristal formasında olmasını Azərbaycan rəhbərliyi təkid etmişdir. Bu heyrətamiz memarlıq obyekti həm şəhərin görməli yeri, həm də qitələr və sivilizasiyalar arasında bir növ körpü olacaq. Musiqi stadionunun memarlıq həlli “Eurovision-2012” mahnı müsabiqəsinin “öz məşəlini alovlandır!” devizi ilə yaxşı uzlaşır. Binanın fasadında yerləşən 45 min kristal axşamlar rəngbərəng işıq saçaraq brilyant parıltısını xatırladacaq.
“Kristal” zalın yerləşdiyi ərazi də qeyri-adidir. Qonaqlar burada həm 43 ölkədən gəlmiş artistlərin çıxışlarından, həm də Xəzər dənizinə və şəhərə açılan gözəl mənzərədən feyziyab ola biləcəklər. CNN telekanalının “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişinə həsr edilmiş reportajında deyilir: “Layihə öz orijinallığı və sadəliyi ilə fərqlənir. Bakının və dənizin gecə mənzərəsi görünən səhnənin arxasındakı şəffaf şüşə divar əla variant olacaq”.
Təşkilatçılar vəd edirlər ki, müsabiqə üçün Avropadan icarəyə götürüləcək yeni audio və video avadanlıqlar da tamaşaçıları heyrətləndirəcək.
Müsabiqənin mətbuat mərkəzi də “Kristal” zalın yaxınlığında yerləşəcək. Gözlənildiyinə görə, “Eurovision-2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya 1600 jurnalist gələcək. Bununla əlaqədar, KİV üçün 5 min kvadratmetrlik işçi sahəsi olan bina nəzərdə tutulur. Rabitə sarıdan nasazlıq olmayacaq. Jurnalistlər harasa zəng etmək və ya internetə çıxış üçün heç bir problemlə üzləşməyəcəklər. Bundan əlavə, may ayına qədər şəhərin mərkəzindəki ticarət mərkəzləri, restoranlar və digər ictimai yerlər simsiz Wi-Fi rabitəsi ilə əhatə olunacaq.
“Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Yollar, otellər və restoranlar
İndi Bakıda təkcə konsert zalı tikilmir, həm də avtomagistralların yaxşılaşdırılması, mərkəzi prospektlərdə tıxacların aradan qaldırılması üzrə işlər aparılır, şəhər bərpa olunur, onun görkəmi dəyişir. Məşhur Bakı bulvarı Dövlət Bayrağı Meydanına qədər uzadılıb, Milli Park da genişləndirilib. Landşaft işlərinə cəlb edilmiş məşhur dizaynerlər hansı binalarda əlavə işıqlandırma, hansı küçələrdə yeni fənərlər quraşdırılması, harada ağacların səliqəyə salınması lazım olduğunu başa düşmək üçün Bakının müxtəlif rayonlarında səhər, gündüz və axşam vaxtı fotoşəkillər çəkiblər. Bu dizaynerlərin iradları şəhərin simasını gözəlləşdirmək üzrə tədbirlər görülməsi üçün yerli memarlara təqdim edilib.
Azərbaycan kasıb dövlət deyildir. O, həm “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarına, həm də öz vətəndaşlarına əsl bayram bəxş edə bilər.
Müsabiqənin təşkilatçılarının məşğul olduğu daha bir məsələ qonaqların və iştirakçıların rahat yerləşdirilməsidir. Azərbaycanın turizm şirkətləri bu günə qədər “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə Bakıya gəlmək arzusunda olan əcnəbi turistlərdən 5 mindən çox sifariş alıblar. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib ki, “Eurovision-2012” mahnı müsabiqəsi dövründə Bakı 10 mindən çox turist gözləyir. N.Bağırov demişdir: “Lakin qeyd etməliyəm ki, müsabiqə qonaqlarının əksəriyyəti VİP-personalar deyil, yaşı 16-ya qədər olan Avropa musiqi fanatlarıdır. Onlar mehmanxana xidmətlərindən istifadə etməkdənsə mənzil kirayələməyi üstün tuturlar”.
Buna görə də assosiasiyanın qərarı ilə əcnəbi qonaqlar şəhərin 11 min turisti qəbul etmək imkanı olan 500 otelindən başqa, ilk növbədə musiqi fanatları üçün nəzərdə tutulan kirayə mənzillərdə də yerləşdiriləcəklər.
Yüksək komfort həvəskarları üçün 60 villa icarəyə veriləcək. Əgər bu da kifayət etməsə onları 2 teploxodda yerləşdirmək olar. Müsabiqə dövründə kayutlarda ümumilikdə 250 nəfər yerləşə biləcəyi 2 gəmi Xəzər sahillərində lövbər salacaq. Yaşayış yerini eurovision.az saytı vasitəsilə qabaqcadan bron etmək olar.
Rəsmi nümayəndə heyətləri üçün otellərin onlayn bron edilməsi martın 1-dən başlanıb. Müsabiqənin təşkilat komitəsi üçün otellərdə nömrələr artıq bronlaşdırılıb. Məxsusi olaraq əcnəbi qonaqlar üçün şəhərin mehmanxanalarında “Qafqaz fyujnu” stilində orijinal menyular hazırlanır. Otellərin inzibatçıları Avropadan və hətta Yaponiyadan aşpazlar dəvət ediblər ki, onlar ənənəvi Azərbaycan yeməklərini Avropa və Asiya mətbəxinin əsas meyilləri ilə necə əlaqələndirmək mümkün olacağını fikirləşsinlər. Məsələn, may ayında restoranlarda Yaponiya dəniz məhsullarından kabab, donuz ətindən dolma, yaxud göbələklə və konyakla plov təklif ediləcək.
Keb Bakı küçələrində
Bakının taksi parkı da yenilənir. 300-dək yeni taksi alınmışdır. Bu maşınların hər biri Britaniya kebinin dəqiq surətidir, yalnız sükan sol tərəfdə yerləşir. Keblər mobildir, Bakının ensiz küçələrində asanlıqla manevr edir, şəhərdə artıq tikilib istifadəyə verilmiş traslarda kifayət qədər sürətlə hərəkət edir. Müştərilər bu maşınların salonundakı rahatlığı da müsbət qiymətləndiriblər.
İctimai nəqliyyat vasitələrinin sürücüləri, təcili tibbi yardım həkimləri, polis işçiləri də turist axınına hazırlaşırlar. Heydər Əliyev Beynəlxalq Aeroportu da qonaqlar gələnə qədər görkəmini dəyişəcək.
Qonaqlar üçün viza ilə bağlı problem olmayacaq. Azərbaycan rəhbərliyi “Viza prosedurlarının sadələşdirilməsi haqqında” Fərman imzalayıb. “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçıları olan bütün 43 ölkənin vətəndaşları vizanı birbaşa aeroportda ala biləcəklər. Bunun üçün dəvət məktubu, akkreditasiya sənədi, tədbir üçün bilet və ya biletin alınmasını təsdiq edən sənəd təqdim etmək lazım gələcək.
Müsabiqənin birinci yarımfinalı və onun məşqləri üçün biletlərin satışı fevralın 29-dan başlanıb. Müsabiqənin ikinci yarımfinalı və onun məşqləri üçün biletlər martın 5-də satışa daxil olub. Martın 12-də finalın ikinci baş məşqinə, martın 15-də isə müsabiqənin finalına biletlər satışa daxil olacaq.
Biletlərin qiymətləri yarımfinalın məşqləri üçün 30-50 manat (1 manat təqribən 1 avroya bərabərdir), yarımfinala 90-150 manat, finalın ikinci baş məşqinə 60-100 manat, finala 160-240 manat civarında dəyişir. Bakı aeroportunda viza almağın sadələşdirilmiş prosedurunun tətbiqi üçün bütün biletlərdə onları alan şəxsin adı, milləti, doğulduğu tarix və yer, həmçinin pasportunun nömrəsi qeyd ediləcək.
Zalda konkret yerləri sifariş etmək mümkün olmayacaq, yalnız yerlərin seksiyasını seçmək olar. Biletlərin dəyəri kredit kartları (MasterCard, VISA, American Express) üzrə ödəniləcək. Kartlar üzrə bütün ödənişlər avro ilə aparılır.
“Eurovision-2012” mahnı müsabiqəsinin gələcək qonaqları bilet alandan sonra onların elektron poçtuna biletin alınmasını təsdiqləyən vauçer göndəriləcək. Vauçeri çap etdikdən sonra pasport və kredit kartını təqdim etməklə Bakıdakı bilet kassalarının birindən bilet almaq olar.
“Eurovision-2012”-nin qonağı üçün tam paket artıq indidən internetdə təklif edilir. Bu paketə təyyarə bileti, oteldə yaşamaq və müsabiqə konsertlərinə biletlər daxildir. Belə paketlərin dəyəri orta hesabla 1600 avrodur.
Xalq sürprizi
Ənənəyə görə “Eurovision-2012”-nin səhnəsinə hər bir iştirakçının çıxmasından əvvəl müsabiqənin iştirakçısı olan ölkəni və ifaçını təqdim edən reklam çarxı nümayiş etdirilir. Azərbaycanda bu cür çarxların hazırlanması prosesinə yaradıcı şəkildə yanaşmaq qərara alınıb: videoda çəkilmək arzusunda olanlar üçün bütün ölkədə müsabiqə elan edilib. Beləliklə, “Eurovision-2012”-nin tamaşaçıları kadrda peşəkar aktyorları deyil, ölkənin adi sakinlərini görəcəklər. Bu seçimdə 900-dən çox adam iştirak edib. Onlar öz fotoşəkillərini elektron poçtla müsabiqənin təşkilatçılarına göndəriblər.
Müsabiqənin dəyəri
“Eurovision-2012”-nin keçirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 50 milyon manat (təxminən 50 milyon avro) ayrılıb. Bu məbləğə Avropa Yayım Birliyinin əlavə edəcəyi vəsaitlər, habelə bilet satışından və sponsorlarla kontraktlardan daxilolmalar aid deyildir. Azərbaycan kasıb dövlət deyil, onun güclü neftçıxarma sənayesi nəzərə alınmaqla təsadüfi deyildir ki, onu “Odlar diyarı” adlandırırlar. Bu ölkə “Eurovision-2012”-nin “öz məşəlini alovlandır!” şüarına uyğun olaraq həm ölkə vətəndaşları, həm də müsabiqənin qonaqları üçün əsl bayram təşkil etməyi özünə rəva görə bilər. Şübhə yoxdur ki, Azərbaycan dünyanın ən populyar musiqi müsabiqələrindən birini layiqincə qəbul edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35

