Birliyimiz sarsılmazdır!
30.11.2023 [11:00]
ABŞ-ın Türkiyəyə “F-16” satışında “yeni şərt” ...
Bu dəfə hədəf kimi Bakı-Ankara münasibətləri seçilib
ABŞ ilə Türkiyə arasında uzun müddətdir davam edən “F-16” problemi”ndə yeni nüanslar üzə çıxmaqdadır. Belə ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edibmiş.
Xatırladaq ki, bu “alqı-satqı” illərdir ki, ABŞ-ın qeyri-konstruktiv mövqeyi ucbatından uzadılır. Hələ ötən il xarici KİV-də məlumat yayılmışdı ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 təyyarəsinin “Blok 70” konfiqurasiyasını sifariş verib. Bundan başqa, Ankara daha 80 ədəd F-16-nın modernləşdirilməsini istəyib. F-16-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) əsas zərbə qüvvəsindən biridir.
ABŞ-ın F-16 qarşılığında Türkiyədən Azərbaycana dəstəyin kəsilməsi kimi tələb irəli sürməsi isə ikiüzlülüyün bariz sübutudur. Rəsmi Vaşinqton bu “arzusu” ilə məsələdə heç də iddia etdiyi kimi bitərəf olmadığını, Ermənistana dəstək verdiyini açıq şəkildə ortaya qoyur. Halbuki ərazi bütövlüyümüzün, suverenliyimizin təmini məsələsi bizim beynəlxalq konvensiyalara əsaslanan hüququmuz idi. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməklə, Qarabağı azad etməklə heç bir beynəlxalq hüquq kodeksini pozmayıb - tam əksinə, ABŞ-ın da təmsil olunduğu BMT TŞ-nın məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. ABŞ anlamalıdır ki, Azərbaycan bu addımı ilə həm də onun dövlət olaraq nüfuzunu qoruyub. Bunun qarşılığında Türkiyəyə qarşı sözügedən “tələbi” irəli sürməklə ABŞ özünün qeyri-adekvat mövqeyini nümayiş etdirib. ABŞ göstərir ki, hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır, təhdid edir. Türkiyənin Azərbaycana haqlı dəstəyi isə mənəvi və siyasi dəstəkdən ibarət olub - bunu ABŞ yaxşı bilir. Sadəcə olaraq, görüntü yaratmağa çalışır - bu kimi iddialarla Azərbaycanın qələbəsi haqda fərqli fikir formalaşdırmağa niyyətlənir. Amma qeyd olunduğu kimi, ABŞ çox yaxşı bilir ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib.
İkinci bir tərəfdən, ABŞ F-16 və ya F-35 məsələsini özü üçün siyasi dəyənəyə çev?ririb. Artıq illərdir ki, Türkiyəyə qarşı hər hansı bir qeyri-standart təklif və ya təzyiq etmək istədikdə məhz bu məsələdən istifadə olunur. Xronoloji ardıcıllığa nəzər salaq: ABŞ F-35 və F-16-ların, eləcə də “Patriot” HHMS-ni Türkiyəyə satışını müxtəlif bəhanələrlə uzatdığı üçün Ankara 2017-ci ilin dekabrında Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalamışdı. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında münasibətlərdə də müəyyən gərginlik yaratmışdı. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb edirdi. Əks-təqdirdə ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirdi. Lakin Ankaranın Rusiya ilə müqaviləni pozmadığı üçün Türkiyənin proqramdakı iştirakı dayandırıldı. Halbuki Türkiyə F-35 layihəsinin 9 həmmüəllifindən biri idi və proqrama milyardlarla dollar sərmayə qoyub.
Eyni zamanda, ABŞ-dakı erməni lobbisi “qırıcı hədəsi”ndən maksimum istifadə etməyə çalışıb. Korrupsiyada günahlandırılan və vaxtilə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bu məsələdə ən aktiv rolu oynayırdı. Ötən ilin oktyabrında məsələ yenidən gündəmə gələndə isə Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen buna mane olmaq üçün iddialar səsləndirmişdi. O qırıcı satışının yeni şərtlərə əsaslanmalı olduğunu demişdi və qeyd etmişdi ki, Türkiyə F-16-ları yalnız Yunanıstan üzərində icazəsiz uçuşlarda istifadə edilməməsi, həmin təyyarələrin Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla ABŞ-ın İŞİD-ə qarşı səfərbərlikdə müttəfiqlərinə qarşı əməliyyatlarda istifadə olunmaması qarşılığında ala bilər. Eyni zamanda Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya etməlidir. Türkiyə isə bu şərtlərin qarşılığında hətta bu qırıcılardan imtina edə biləcəyini bildirmişdi.
Bu ilin avqustunda isə ABŞ Nümayəndələr Palatası F-16 qırıcılarının Türkiyəyə satışı üçün növbəti ilkin şərti təkrarlanmışdı. - bildirilmişdi ki, Türkiyə qırıcıların tədarükünü istəyirsə, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməlidir. Qeyd olunmuşdu ki, bu iki proses bir-biri ilə bağlıdır.
Görünən budur ki, ABŞ-ın apardığı siyasət buna təzyiq formalarına əsaslanır. Əlindəki imkandan maksimum yararlanmağa çalışan Vaşinqton anlamır ki, bu kimi təhdidlər və ya hədələr, “şərtlər” Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı, müttəfiqliyi və birliyi poza bilməz. Prosesi hər zaman öz “tərəzisi” ilə ölçməyə çalışan Ağ ev bu dəfə “oxunu daşa vurdu” - Azərbaycan-Türkiyə birliyi hər hansı bir ucuz təkliflə sarsılma ehtimalından uzaqdır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

