/ / 2010-cu ildə əsası qoyulmuş İsa Qəmbər-Aram Manukyan əməkdaşlığı indi də "Eurovision-2012" mahnı yarışmasına qarşı istiqamətlənib
2010-cu ildə əsası qoyulmuş İsa Qəmbər-Aram Manukyan əməkdaşlığı indi də "Eurovision-2012" mahnı yarışmasına qarşı istiqamətlənib
08.03.2012 [23:37]
Bu bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı artıq özü üçün “ənənəyə” çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin, dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların faktiki olaraq yuxusunu ərşə çəkib. Bu üzdən də onlar “əllərindən gələni əsirgəmir” və bütün vasitələrlə düşmən dəyirmanına su tökməkdə davam edirlər.
Bəlli olduğu kimi, “Eurovision-2011” mahnı müsabiqəsində qalib gələn ölkəmiz bu ilin mayında bu mötəbər yarışmaya ev sahibliyi edəcək. Əslində, hər bir Azərbaycan vətəndaşını sevindirməli olan bu fakt nədənsə milli mənəviyyatdan uzaq, şantaj və böhtanı özünə peşə seçmiş radikal müxalifəti narahat edib. Belə ki, artıq uzun müddətdir bu yarışmaya, konkret olaraq Bakıda bu yarışın baş tutmasına qarşı kampaniya aparılır. Həmin kampaniyada isə ön sıralarda məhz milli təəssübkeşlikdən xəbərsiz bəzi QHT-lər, özünü “siyasətçi”, hətta bəzi məqamlarda “milliyyətçi” kimi təqdim edənlər dayanır. Təbii ki, onların addımları, fəaliyyətləri və mövqelərinin mahiyyəti sifarişin haradan gəldiyini üzə çıxarır.
İsa Qəmbər “facebook”da özünə “dost” axtarır...
Bu kampaniyada bütün siyasi karyerası uğursuzluqlarla müşayiət olunan İsa Qəmbər xüsusilə “canfəşanlıq” göstərir. Fəaliyyətini bütünlüklə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı mövqe tutmağa kökləmiş İ.Qəmbər “Tıx-tıx” xanım kimi özünə “dost” axtarmaqla məşğuldur. Əslində, onun “facebook” sosial şəbəkəsində “Eurovision-2012” mahnı yarışmasına qarşı apardığı antitəbliğatın arxasında bir sıra məqamlar dayanır. Birincisi, hər zaman olduğu kimi İ.Qəmbər bununla öz simasını bir daha ifşa etmiş olur və maddi maraqların əsirinə çevrildiyini təsdiqləyir. Antiazərbaycançı dairələrin maddi dəstəyi ilə bu kampaniyanı aparan İ.Qəmbər dərk edir ki, Azərbaycan xalqı heç zaman dövlətinin maraqlarını satmaz və bu üzdən də sosial şəbəkədəki xarici dostlarına üz tutur. Axı, onun yalan və böhtanları bəzi məqamlarda hansısa xarici dairələrin də “ürəyinə yağ kimi yayılır”. Bununla İ.Qəmbər ermənipərəst dairələrin əmrlərini yerinə yetirməklə yanaşı, özünün xalq və dövlət maraqlarına qarşı mövqe tutduğunu və hər zaman maddiyyat qarşılığında satılmağa hazır olduğunu təsdiq edir.
İsa Qəmbərlə Aram Manukyan arasında bağlanan əməkdaşlığın hədəfi- “Eurovision-2012”
Onu da qeyd edək ki, İsa Qəmbərlə yanaşı Ermənistan ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan da özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanda keçiriləcək “Eurovision-2012”ni baykot etmək çağırışları edir. Bu isə bir daha İ.Qəmbərlə A.Manukyanın eyni mərkəz tərəfindən idarə olunduğunu və Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərdiyini sübuta yetirir. Yeri gəlmişkən, xatırlatmaq vacibdir ki, 2010-cu ildə Müsavat partiyasının sədri İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalamışdı. “Müsavat” sədrinin torpaqlarımızı işğal edən bir ölkənin siyasi partiyası ilə əməkdaşlığının hansı sferada baş tuta biləcəyi isə artıq aydınlaşır. Əslində, ölkəsinin milli maraqlarını hər zaman heçə sayan bir partiyanın sədrinin bu addımı o zamanlar da təəccüblə qarşılanmamışdı. çünki maddi cəhətdən asılı olduğu bir sıra Qərb dairələrinin əmrləri əsasında işi-gücü Azərbaycanın milli maraqlarına, ölkənin siyasi imicinə xələl gətirmək olan Müsavat partiyasının Azərbaycan torpaqlarını 20 ildir ki, işğal artında saxlayan bir ölkənin siyasi partiyası ilə əməkdaşlıq etməsinin satqınlıqdan başqa adı yoxdur.
Əslində, İ.Qəmbərin “Eurovision-2012” mahnı yarışmasına qarşı hücum kampaniyası və bu kampaniyada “dostlarını” da görmək istəməsi yuxarıda qeyd olunan əməkdaşlığın konturlarını üzə çıxarır. Demək, 2010-cu ildə bağlanan bu əməkdaşlıq lazım olan anda Azərbaycan dövlətinin maraqlarına qarşı yönəldilməsi üçün hazırlanıb. Belə ki, Azərbaycan hazırda bütün dünyanın diqqət mərkəzindədir, Avropanın bir sıra böyük dövlətlərinin arzuladıqları uğur Azərbaycana qismət olub. Artıq aylardır ki, Azərbaycanın iqtisadi inkişafı, siyasi sabitliyi, o cümlədən, ölkəmizdə demokratik prinsiplərə hörmət məsələsi dünyanın aparıcı KİV-lərinin səhifələrini bəzəyir. Və belə bir məqamda ermənipərəst dairələr Aram-İsa dostluğundan istifadənin vaxtının çatdığını görür. İ.Qəmbər isə təbii ki, dostu Aramın dəyirmanını fırlatması qarşılığında yaxşı kompensasiya alacağını da proqnozlaşdırıb...
Bax, budur, Azərbaycanın radikal müxalifətinin əsl üzü. Onlar Azərbaycan dövlətinin nailiyyətlərinə kölgə salmaq üçün ermənilərlə də dost olur, eyni zindana çəkic vurur.
“Azadlıq” qəzetinin anti-“Eurovision” kampaniyasına ilk cavab dostu Ermənistandan gəldi
Xəbər verildiyi kimi, dünən Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib.
Maraqlıdır ki, bir müddət öncə “Azadlıq” qəzetinin “Eurovision” yarışmasını baykot etmək haqqında apardığı kampaniyaya ilk cavab bu qəzetə hər zaman “dost münasibət” göstərən ölkədən-Ermənistandan gəldi. Qeyd etmək lazımdır ki, bu qəzet hər zaman apardığı antiazərbaycan təbliğatı ilə ermənilər üçün “əsas” rolunu oynamaqdan həzz alır. Bu dəfə də analoji halın şahidi olduq. Artıq uzun müddətdir ki, erməni KİV-i “Azadlıq” qəzetindən Azərbaycana qarşı kompramat mənbəyi kimi istifadə edir. Bu dəfə isə ermənilər məhz bu qəzetin əli ilə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışmasına ləkə yaxmağa çalışırlar.
Eyni məqsədə qulluq göstərən “Azadlıq” qəzeti, radikal düşərgə və Ermənistan bundan Azərbaycana qarşı şantaj kimi istifadə etməyə çalışır.
Amma proses dünyanın gözü qarşısında baş verir. Hər zaman demokratik ənənələrə sadiq olan, öz mədəniyyəti, dialoqa hazırlığı ilə dünyaya nümunə göstərilən Azərbaycan istər daxili satqınların, istərsə də xarici düşmənlərimizin apardığı kampaniyanı fiaskoya uğradır. çünki istər ermənilərin, istərsə də ermənilərin dəyirmanına su tökənlərin xisləti onların kimliyinin aşkara çıxmasına şərait yaradır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27

