Regionların inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanacaq
10.03.2012 [23:24]
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın ümumi iqtisadi siyasətinin əsas baza sütunlarını təşkil edir və elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılır. Regionların tarazlı və yüksək inkişafı dövlətin həyata keçirdiyi iqtisadi doktrinanın başlıca istiqamətlərindən biridir. Birinci proqramın uğurlu icrası və ikinci proqramda nəzərdə tutulan tədbirlərin böyük bir hissəsinin yerinə yetirilməsi qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu göstərir. Bütün bu iqtisadi prioritetlərin davamı olaraq regional inkişafla bağlı proqramların davam etdirilməsi əsas başlıca məqsədlərdən biridir. Buna görə də, hökumət regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlayacaq.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında iştirak edən Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Dövlət başçısı bildirib ki, 2009-2013-cü illərə dair regional inkişaf proqramının icrası başa çatdıqdan sonra yeni proqram hazırlanacaq: “2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcəkdir. Amma eyni zamanda, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətləri yenidən işlənməlidir. Nəzərə almalıyıq ki, özəl sektorumuz artıq 10 il əvvəlki özəl sektor deyildir. özəl sektorumuz artıq dayanıqlı, güclü özəl sektordur və görüləcək tədbirlər nəticəsində daha da güclənəcəkdir. Dediyim vəzifələr icra olunarsa, - onlar olunmalıdır, - özəl sektor daha da güclü olacaqdır. Beləliklə, ümumi daxili məhsulu iki dəfə artırmalıyıq və Azərbaycanı daha da güclü ölkəyə çevirməliyik”.
2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanmasını yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışlar ortaya çıxarır və hökumət müasir inkişaf meyarlarına uyğun olaraq bu iqtisadi və sosial sifarişləri yerinə yetirməyə tam qadirdir. Məlum olduğu kimi, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq.
Birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması, artıq 2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirləri meydana çıxaracaq. Regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən ibarət olacaq.
Nəticədə, bu tədbirlər sayəsində Azərbaycanın makroiqtisadi sabitliyi daha da möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv metodların tədbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə qədəm qoyacaq, iqtisadi rayonlarda sənaye şəhərciklərinin yaradılması reallaşacaq, regionların ixrac potensialı güclənəcək. Eyni zamanda, regionlarda yeni texnologiyalardan istifadə imkanlarının genişlənməsi sayəsində innovativ iqtisadiyyata keçid tam təmin olunacaq, biznes və investisiya mühiti daha da yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək.
Bu proqramların içində ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıb.
Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də, aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılmaqdadır. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 8 il əvvəlki simasından fərqləndirir.
Regional inkişaf proqramları çərçivəsində əhalinin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində mühüm irəliləyişlər əldə olunub. Artıq bölgələrdə fəaliyyət göstərən minlərlə müəssisədə çalışan insanların işlə təmin olunmaları regionlarda işsizlik probleminin tam aradan qalxmasına səbəb olmaqdadır. Hazırda regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər ən yüksək mərhələyə qədəm qoyub. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. ölkədə 1 milyondan çox iş yerinin yaradılması, iqtisadi fəal əhalinin sayının 4,5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 7,6 faizə qədər aşağı düşməsi, minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir.
Prezident İlham Əliyev iclasda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanacağını bəyan etdi.
Sonrakı dövrdə isə regionlarndakı iqtisadi ehtiyatların inkişafı əsas diqqət mərkəzində olacaq və 2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanması da məhz bu səbəbdən meydana çıxıb. Məlum olduğu kimi, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin ararılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. 2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirləri meydana çıxaracaq. Əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətrilməsindən ibarət olacaq, regionların iqtisadi sərvətlərinin qeyri-neft sektorunun əsas bazaları kimi dövriyyəyə cəlb olunması başlıca istiqamətlər təşkil edəcək.
İqtisadiyyat şöbəsi
Xəbər lenti
Hamısına baxHadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16

