Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir

YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir

14.03.2012 [00:51]

İtaliyanın keçmiş baş naziri, “Popolo della Liberta” partiyasının rəhbəri Silvio Berluskoninin dəvəti ilə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir. Səfər çərçivəsində mart ayının 12-də YAP-ın Sədr müavini Əli Əhmədov Milan şəhərində, Avropa Xalq Partiyasının aparıcı siyasi partiyalarından olan “Popolo della Liberta” partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşüb. Görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, Yeni Azərbaycan Partiyası ilə “Popolo della Liberta” partiyası arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı münasibətlərin hazırki vəziyyəti müzakirə edilib. Görüşdə Milli Məclisin deputatları, YAP Xarici Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli iştirak ediblər.
Paylaş:
Baxılıb: 862 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30