Bakının prinsipial mövqeyi...
08.12.2023 [10:40]
ABŞ ölkəmizlə münasibətləri irəliyə doğru aparmaq istəyini ortaya qoyur
Vətən müharibəsinin başa çatması ilə ortaya çıxan hərbi-siyasi reallıqlar ötən 3 il ərzində özünün yeni komponentlərini formalaşdırıb. Belə ki, bölgənin ümumi inkişafı üçün təhdid kimi qiymətləndirilən separatizmin aradan qaldırılması qarşıdakı mərhələdə region üçün yeni iqtisadi nizam formalaşdırır. Bu yeni iqtisadi-siyasi nizamda isə ən fəal iştirakçı və sabitləşdirici faktor kimi Azərbaycan çıxış etməkdədir.
Ölkəmizin ortaya qoyduğu mövqe olduqca şəffaf və aydındır - Azərbaycan bölgədə milli maraqlara əsaslanan əməkdaşlıq platformalarının yaradılması, səmimi əlaqələrin inkişaf etdirilməsi iradəsinin təmini üçün səy göstərir. Təəssüfləndirici haldır ki, bəzi məqamlarda ölkəmizin bu gözəl, inkişafı hədəfləyən siyasi kursu bir sıra ölkələr və güclər tərəfindən layiqincə qiymətləndirilmir. Gedən proseslərə lokal çərçivədə yanaşan bir sıra dövlətlər ilk mərhələdə bu reallıqların “qəbulolunmazlığı” ilə bağlı iddialar irəli sürsələr də, sonradan prosesin inkişaf istiqamətlərini müəyyənləşdirir və bu yeni reallıqları qəbul edir.
ABŞ - Azərbaycan münasibətlərində yaşananlar...
Qlobal əhəmiyyətli geocoğrafi və geostrateji məkanda yerləşən Cənubi Qafqaz özünün bu kimi üstünlüklərini iqtisadi dividendə çevirmək şansı qazanıb. İndiki mərhələni Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd etmək belə mümkündür. Regiona artan marağın fonunda bəzi güclər Azərbaycanın yaratdığı yeni reallıqlara “özünəməxsus ştrixlər” əlavə etməyə çalışır - bu isə mümkünsüzdür. Məsələn, Azərbaycanın ikitərəfli əlaqələrdə daima əməkdaşlığa və milli maraqlara əsaslandığı ölkələrdən biri sayılan ABŞ ilə yaşanan son olaylar bir daha deyilənləri təsdiqləyir. Azərbaycanın böyük bir coğrafiyada oynadığı fəal iqtisadi-siyasi rolu görməzdən gəlmək heç bir dövlət üçün uğur vəd etmir - tam əksinə, Azərbaycansız regional maraqların təmini mümkün deyil. Başqa sözlə, Cənubi Qafqaz və ya Mərkəzi Asiya ilə əlaqələrin şaxələndirilməsi, yeni mərhələyə qədəm qoyması yalnız və yalnız Azərbaycanın real iştirakı ilə baş tuta bilər. Bu fakt təkzibedilməzdir - ötən ay ərzində ABŞ - Azərbaycan münasibətlərində yaşananlar bunun real təsdiqidir. Qeyd edək ki, ABŞ-ın ölkəmizlə bağlı müəyyən anlaşılmazlıqları yaranmışdı, Azərbaycan öz prinsipial mövqeyini ortaya qoydu ki, bir daha bəlli oldu ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil.
Blinkenin xahişi ilə...
Məlum olduğu kimi, noyabrin 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi və telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd etmişdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Öz növbəsində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin reallaşması ilə bağlı xahiş etmişdi - Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşmışdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul etmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Görüşdə ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
O’Brayna xatırlatma - sülhə mane olan Ermənistandır...
Qəbul zamanı dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı. Ceyms O’Brayn ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb. Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.
Xatırladaq ki, hələ ötən ayın sonunda Ceyms O`Brayen Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəhdlərini dəstəkləməyə hazır olduğunu bildirmişdi. O demişdi ki, biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq baxımından əsl fürsət görürük: “Bunun hesabına biz bütün regionun faydalanması imkanını görürük. Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”.
Bəli, reallıq ortadadır və departament rəsmisinin səsləndirdiyi yolun reallaşmamasının yeganə səbəbkarı Ermənistandır. ABŞ qarşıdakı mərhələdə Ermənistanın öhdəlik olaraq üzərinə götürdüyü bu məsələnin reallaşması üçün də real addımlar ata bilər. Bunun üçün isə həm zəmin, həm də şərtlər münbitdir - O`Brayn dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb. Bu fakt da ABŞ-ın prosesdə iştirakda israrının göstəricisidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

