Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəyanətkar müxalifət Almaniyanın XİN rəhbəri qarşısında yeni öhdəliklər götürdü

Xəyanətkar müxalifət Almaniyanın XİN rəhbəri qarşısında yeni öhdəliklər götürdü

17.03.2012 [00:53]

Mahnı müsabiqəsinin siyasiləşdirilməsi cəhdinə qarşılıq Almaniyanın XİN rəhbərindən maliyyə ayrılıması xahiş olunub
Xəbər verildiyi kimi, Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle radikal müxalifət rəhbərləri və onların təsiri altında olan “hüquq müdafiəçiləri”, o cümlədən, ictimai təşkilatların rəhbərləri ilə görüşüb. Hər zaman Azərbaycanı dövlət imicinə qarşı hücum kampaniyalarının önündə yer alan şəxslərlə keçirilən bu görüşün təfərrüatları ilə bağlı müxalifət mətbuatında fərqli yorumlar yer alsa da, əslində, həmin görüşdə nələrin müzakirə edildiyi bəllidir. Daha doğrusu, bir müddət öncə Almaniyanın bəzi KİV-lərində Azərbaycana qarşı kampaniyaların həyata keçirildiyini, yalan yazılarla ermənipərəst qüvvələrin dəstəkləndiyini nəzərə alsaq, bu görüşün “mahiyyəti” ortaya çıxır. Belə ki, görüşdə iştirak edən şəxslər-İsa Qəmbər, Əli Kərimli, Leyla Yunus və digərləri hər zaman ölkəmizə qarşı təxribatlarda, yalan və əsassız iddiaların irəli sürülməsi istiqamətindəki fəaliyyətdə ön sıralarda yer alırlar. Bu mənada bu dəfə də görüşdə həmin riyakar və xəyanətkar mövqedə dayanan bu insanların Azərbaycanın maraqlarına zərbə vurmaq, hər şeyi qara rəngdə göstərmək üçün bütün yalanlarından istifadə etdiyi məlumdur.
Bütün kartları ifşa olunan xəyanətkar radikal müxalifət rəhbərləri bu görüşdən nələri əldə etmək istəyiblər...
Bəlli olduğu kimi, artıq uzun müddətdir ki, bu il Bakıda keçiriləcək “Eurovision” yarışmasına qarşı qarayaxma kampaniyası aparılır. Bu kampaniyanın arxasında antiazərbaycançı və ermənipərəst qüvvələrin dayandığına isə şübhə yoxdur. Bu mənada, istər Əli Kərimlinin, istər İsa Qəmbərin, istərsə də Leyla Yunusun fəaliyyətində eyni konturlardan istifadə olunması onu deməyə əsas verir ki, bu şəxslər də həmin kampaniyada fəal yer alan insanlardır. Bir müddət öncə Almaniyanın bəzi KİV-lərində həmin kampaniyanın genişləndirilməsi istiqamətində görülən işlər, o cümlədən, Almaniya XİN başçısının Bakıya gəlməmişdən öncə verdiyi açıqlamada  mahnı müsabiqəsini siyasiləşdirmək cəhdləri onu deməyə əsas verir ki, bu görüşün formatı əvvəlcədən müəyyən olunub. Vestervellenin öz ölkəsindən “Eurovision” mahnı müsabiqəsinin siyasiləşdirilməsi istiqamətində verdiyi bəyanatlar isə onların bu müsabiqəyə qarşı apardıqları kampaniyada istifadə etdikləri yuxarıda adı sadalanan şəxslərin fəaliyyətinə dair kartların açılmasından xəbər verir. Bəllidir ki, bu görüşdə Ə.Kərimli və İ.Qəmbər Vestervelledən Almaniyanın Azərbaycana qarşı təzyiq göstərməsini, bu mahnı yarışmasını siyasiləşdirməyə yardım etməsini, o cümlədən, Almaniya mətbuatında Azərbaycana qarşı aparılan çirkin kampaniyanın davam etdirilməsini xahiş ediblər. Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin əmrlərini sözsüz yerinə yetirən bu qrupun əvvəlki açqlamaları da göstərir ki, onlar üçün əsas olan Azərbaycan dövlətinin imicinə qarşı mövqe tutmaq, ona qara yaxmaq və əsassız fikirlər irəli sürməkdir. Amma onlar ölkə daxilində ictimai rəydə çaşqınlıq yarada bilmirlər. çünki Azərbaycan xalqı bu şəxslərin kimliyini bilir və onların ölkəmizə qarşı apardığı təxribatçı fəaliyyəti rədd edir. Belə olan halda İ.Qəmbərin, Ə.Kərimlinin və L.Yunusun xarici maraqlı dairələrə əl-ağız açmaqdan başqa ümidi qalmır. Bu görüşdən isə məhz bu detallar üzrə istifadə olunduğu açıq-aşkardır. Əks halda, Almaniyanın XİN rəhbəri nə üçün Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən artıq partiyadan yalnız ikisinin rəhbəri ilə görüşür? Demək ki, “Eurovision”a qarşı siyasi kampaniyada istifadə olunan bu şəxslərlə dar çərçivədə görüş Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin də planlarına uyur. Bu, bir daha göstərir ki, İsa Qəmbər, Əli Kərimli, Leyla Yunus kimiləri Azərbaycan dövlətinə, xalqına qarşı mövqe tutublar və dövlətçiliyimizə zərbə vurmaq üçün bütün dairələrlə, o cümlədən, ermənipərəst dairələrlə də işbirliyinə getməyə hazırdırlar. Nəzərə alsaq ki, Vestervellenin səfərinin sonrakı ünvanlarından biri Ermənistandır, bu zaman hər şey bəlli olur. Bu onu deməyə əsas verir ki, İ.Qəmbər (dostu Mankyanın sadiq tərəfdaşı), Ə.Kərimli (hər an ermənilərlə Azərbaycana qarşı hər bir məsələdə anlaşmaq üçün bütün yollara əl atan) və Leyla Yunus (harada Azərbaycanın dövlət və millət marağı varsa, ona zərbə vurmağa hazır olan) ölkəmizə qarşı olan dairələrin sadiq kölələridir və hər an Azərbaycana qarşı yönələn hər bir sifarişi yerinə yetirməyə hazır olduqlarını bir daha nümayiş etdirdilər.
Ə.Kərimli Vestervelledən hansı QHT-ləri maliyyələşdirməyi xahiş edib
Sirr deyil ki, Almaniyada fəaliyyət götərən bir sıra fondlar Azərbaycanda dövlətçiliyə qarşı olan, özünü QHT kimi təqdim edərək fərqli siyasi məqsədlərin məkrli nökərinə çevrilən təşkilatları maliyyələşdirməklə məşğuldur. Radikal müxalifətin nəzarətində olan həmin QHT-lər isə fəaliyyətlərini məhz sözügedən fondların arzu və istəklərinə əsasən istiqamətləndirir. Amma son dövrlərdə bəzi fondlar bu təşkilatların, o cümlədən, radikal müxalifət partiyalarının heç bir fəaliyyətə, gücə malik olmadığını, xalqın onlara inanmadığını və birmənalı şəkildə rədd etdiyini görərək onlara maliyyə yardımlarını azaldıblar və bəzi hallarda kəsiblər. Məlumatlı mənbənin verdiyi xəbərə görə, Vestervelle ilə görüşündə AXCP sədri Əli Kərimli Almaniya XİN rəhbərindən müxalifətə yaxınlığı ilə seçilən həmin QHT-lərin maliyyələşdirilməsi məsələsini xahiş edib. Ə.Kərimli bunun qarşılığında istənilən sifarişi yerinə yetirməyə hazır olduğunu söyləyib.
Bir daha qeyd etmək lazımdır ki, bir müddət öncə radikal müxalifətin “Eurovision” mahnı yarışmasına qarşı aparacaqları kampaniyanın mitinqlər müstəvisinə keçirəcəkləri ilə bağlı açıqlamalarının artıq haradan qaynaqlandığı və qidalandığı bəllidir. Bu, bir daha sübut edir ki, adıçəkilən şəxslər hər an Azərbaycan dövlətini, xalqını satmağa hazırdırlar və əmrə müntəzirdirlər...
Siyasət şöbəsi
Paylaş:
Baxılıb: 814 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30