Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan hakimiyyəti parlament seçkilərinin saxtalaşdırılması üçün maksimum səylər göstərir

Ermənistan hakimiyyəti parlament seçkilərinin saxtalaşdırılması üçün maksimum səylər göstərir

02.04.2012 [23:13]

ölkə ictimaiyyəti və müxalif qüvvələr seçkilərin saxtalaşdırılması istiqamətində hakimiyyətin atdığı addımları aşkar etməkdə və yeni faktlar ortaya qoymaqdadır
Ermənistan növbəti parlament seçkilərinə hazırlaşır. Seçkilərin keçirilmə müddəti yaxınlaşdıqca işğalçı ölkədə ictimai-siyasi durum daha da gərginləşir və siyasi subyektlərarası mübarizə destruktiv olaylarla müşayiət olunur. Siyasi şərhçilər, analitiklər və politoloqlar da Ermənistandakı ictimai-siyasi durumun və destruktiv mübarizə hallarının pozitiv xarakter daşımadığını və ölkənin perspektivi üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər. Eyni zamanda, mövcud hakimiyyət baş tutacaq seçkilərin saxtalaşdırılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir. Təsadüfi deyil ki, son zamanlar ölkə ictimaiyyəti və müxalif qüvvələr seçkilərin saxtalaşdırılması istiqamətində hakimiyyətin atdığı addımları aşkar etməkdə və yeni faktlar ortaya qoymaqdadır.
“EMK parlamentdə Ermənistan prezidentinin istefaya getməsinə və onun cinayət
məsuliyyətinə cəlb edilməsinə nail olacaq”
Cari ilin mart ayının 30-da Erməni Milli Konqresinin (EMK) növbəti mitinqində müxalifətin lideri Levon Ter-Petrosyan seçkiqabağı proqramın əsaslarını açıqlayıb. L.T. Petrosyan çıxışında Serj Sarkisyan hakimiyyətinin qanunsuzluqlarına və cinayət xarakterli əməllərinə də toxunub. Onun sözlərinə görə, Serj Sarkisyan prezident postuna Seçki Məcəlləsini kobud şəkildə pozmaqla yiyələnib və buna görə də, EMK parlamentin yeni çağırışında Ermənistan prezidenti Serj Sarkisyanın istefaya göndərilməsi, həmçinin, cinayət məsuliyyətinə cəlb olunması məsələsini qaldıracaq.
“Quldur rejimə bir səs də verilməyəcək”
Levon Ter-Petrosyan Azadlıq meydanında keçirilən mitinq zamanı həm də vətəndaşları Sarkisyan hakimiyyətinin illeqal fəaliyyətinə etinasız qalmamağa çağırıb. O, ümidvar olduğunu bildirib ki, hazırkı quldur rejimə 1 səs də verilməyəcək. L.T.Petrosyan EMK-nın fəaliyyət mexanizminin əsaslarına da toxunub: “EMK hər halda, Ermənistanda xüsusi seçkiqabağı proqrama ehtiyacı olmayan yeganə siyasi gücdür. 4 illik fəaliyyəti zamanı konqres həm nəzəri, həm də praktiki planda siyasi faktor kimi cəmiyyətə təqdim olunub və hazırkı hakimiyyətə qarşı fəaliyyət göstərən real qüvvədir. Konqres iki əsas məsələni həll edib: bütün hakim partiyanın quldurluq fəaliyyətini ortaya çıxarıb, ölkədə konstitusion quruculuğun və sosial-iqtisadi inkişafın alternativini hazırlayıb”.
Ter-Petrosyan hakim quldur rejimin fəaliyyətinin nəticələrini də açıqlayıb: “Ermənistanın ümumi daxili məhsulu və dövlət büdcəsi müvafiq olaraq 11,54 və 10,09 faiz azalıb. ölkənin xarici borcu 1,5 mlrd.dan 3,8 mlrd dollara qədər artıb. İnflyasiya 37,1 faiz olub, ərzaq məhsulları və kommunal xidmətlər 45,7 faiz artıb. Milli valyutanın devalvasiyası 25 faiz, kapital axını 5 mlrd. təşkil edib. Korrupsiya indeksinə görə, Ermənistan dünya ölkələri arasında 99-cu yerdən 129-cu yerədək düşüb. İqtisadiyyatda monopoliya halları artıb, kiçik və orta sahibkarlıq yox olmaq təhlükəsi qarşısındadır. Yoxsulluğun səviyyəsi 12 faizdən 35 faizədək yüksəlib. Respublikaçılar Partiyasının deputatlarının 58 faizi konsititusiyanı kobud şəkildə pozaraq seçkiqabağı təbliğatla məşğul olurlar”.
Ermənistanın ilk prezidenti bu faktları əsas gətirərək bildirib ki, əgər cəmiyyət gerçəkləri görməsə və insanlar seçkiqabağı rüşvət əsasında səs verərlərsə, onda istər-istəməz öz ölkələrinin məhvinə səbəb olacaqlar.
“Müxalifətin mübarizəsi prezident seçkilərinə qədər davam edəcək”
Müxalifət iddia edir ki, parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinə qarşı mübarizəni davam etdirəcək və bu mübarizə 2013-cü ildə keçiriləcək prezident seçkilərinədək sürəcək. Bu barədə Erməni Milli Konqresinin (EMK) növbəti dəfə keçirilən mitinqində Konqresin koordinatoru Levon Zurabyan deyib. L.Zurabyan vurğulayıb ki, Konqres artıq mübarizəyə hazırdır və seçkilərdən sonra onlara bir neçə əlavə siyasi qüvvə birləşəcək. Bununla da onlar yeni demokratik cərəyan yaradacaqlar.
Onun sözlərinə görə, qarşıdakı seçkilərdə hakimiyyət saxtalaşdırmalara, seçkiöncəsi siyahıların kriminallaşdırılmasına yol verə bilməyəcək: “Hakimiyyət yeni erməni cəmiyyətinin haqq sözünü boğa, xalqı və beynəlxalq ictimaiyyəti aldada bilməyəcək. Yeni nəsil öz hüquqlarını bilir və qanunsuzluqlara qarşı mübarizə aparacaq. Biz bu rejimi məhv edəcək və demokratik dövlət quracağıq”.
“Qraparak”: Respublikaçılar və çiçəklənən Ermənistan partiyasının nümayəndələri əhali arasında etinasızlıq aşılayır
Bütün bunlarla yanaşı, Ermənistan KİV-ləri də seçkilərin saxtalaşdırılması, S.Sarkisyan hakimiyyətinin illeqal fəaliyyəti ilə bağlı bir sıra xəbərlər yaymaqdadır. Məsələn, “Qraparak” qəzetinin yazdığına görə, hakimiyyət təbliğatçıları yeni texnologiya hazırlayıblar: “Belə ki, bu günlərdə Respublikaçılar və çiçəklənən Ermənistan Partiyasının evbəev gəzən nümayəndələri təkcə seçiciləri cəlb etməklə kifayətlənmir, həm də əhali arasında etinasızlıq yaratmağa çalışırlar”.
Qəzetin xəbərinə görə, Respublikaçılar Partiyasının nümayəndələri məhz bu cür düşüncə ilə hərəkət edirlər: onsuz da, seçki hüququna malik olan əhalinin 60-70 faizi onlara səs verəcək. çiçəklənən Ermənistan Partiyasının üzvləri isə bəyan edirlər ki, onların hər biri pul paylayacaq və bununla məqsədlərinə nail olacaqlar. Bunun əsasında pul qazanmaqla yanaşı, həm də daha az vətəndaşın seçkilərdə iştirakına çalışmaq və seçkilərin saxtalaşdırılması ehtimalını yüksəltmək dayanır.
EMK-dan Mərkəzi Seçki Komissiyasına qanunsuzluqla bağlı müraciət
Bu arada məlum proseslərin fonunda EMK koordinatoru L.Zurabyan MSK-nın sədri Tiqran Mukuçyana məktubla müraciət edib. Məktubda Respublikaçılar Partiyasının seçkiqabağı təşviqat kampaniyasında qanun pozuntularına yol verdiyi barədə məlumat öz əksini tapıb. Məktubda qeyd edilib ki, Respublikaçılar Partiyası rəsmi şəkildə seçkiqabağı təşviqata start verilmədən Ermənistan ərazisində çoxlu sayda seçkiqabağı məntəqələr yaradıb, sözügedən partiyaya səs vermək üçün birbaşa səsləyən plakatlar yerləşdirib.
“Ermənistannın Cinayət Məcəlləsinə uyğun olaraq bu qanunsuzluğun aradan qaldırılmasını tələb edirik. Əks halda, Cinayət Məcəlləsinə müvafiq surətdə siyahının qanunsuz olduğu barədə qərar verilməlidir”, - deyə məktubda qeyd edilir.
“2007-ci il seçkilərində mən Serj və Saşik Sarkisyana qalib gəlmişdim”
Bunlarla yanaşı, EMK siyasi şurasının keçmiş üzvü Samuel Arutyunyan mətbuat konfransında qeyd edib ki, 2007-ci ildə 37 nömrəli seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülərkən o, Serj və Saşik Sarkisyana qalib gəlib: “2007-ci ildə mən Serj və Saşik Sarkisyan üzərində tam qalibiyyət əldə etmişəm. Niyə? çünki seçkiqabağı təşviqat kampaniyası başlanan zaman bir neçə gündən sonra Serj Sarkisyan Sünik şəhərinə getdi və orada bütün görüşlərdə qardaşının namizədliyinin özü tərəfindən irəli sürüldüyünü bildirdi. Dedi ki, Saşika verilən hər bir səs mənə verilir. Mən isə öz xalqımı inandıra bildim ki, ədalət mənəm və toplanan 21 min səsdən yalnız 13 min 600-nü özümdə saxlaya bildim”.
Gümrüdə seçkiqabağı atışma...
Bu arada, seçkiöncəsi siyasi qüvvələr arasındakı mübarizə çox ciddi olaylarla müşayiət olunur. Belə ki, dünən Gümrüdə atışma olub. İlkin ehtimallara görə, yerli ət kombinatında gənclər arasında dava-dalaş baş verib. Məlumata görə, qarşıdurmada deputatlığa namizəd Martun Qriqoryanın (çiçəklənən Ermənistan Partiyası) və Arman Saakyanın (Respublikaçılar Partiyası) tərəfdarları da iştirak ediblər.
NURLAN QƏLƏNDƏRLİ,
SEVİNC NURİYEVA
Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30