Erməni kilsəsinin revanşizm təbliğatı...
20.12.2023 [10:50]
“Din xadimləri” yeni müharibə çağırışları səsləndirir
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində yenidən müəyyən canlanmaların olması sirr deyil. Xüsusilə, iki ölkənin rəsmi strukturlarının birgə açıqlama yayması, hərbçilərin qarşılıqlı şəkildə azad edilməsi, eyni zamanda sülhlə bağlı mühüm anonsların səsləndirilməsi fonunda danışıqların yeni mərhələyə qədəm qoyduğunu belə söyləmək mümkündür. Demarkasiya və delimitasiya ilə bağlı müvafiq komissiyaların sərhəddə vasitəçisiz görüşü isə ikitərəfli təmasların mühüm nəticəyə yol açacağı ümidini daha da artırır. Hətta bəzi məsələlərlə bağlı mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırıldığı ilə bağlı fikirlər mövcuddur. Müşahidə edilən bütün bu kimi müsbət dinamikanın fonunda isə sülhün bərqərar olmasını istəməyən, regionun təhdid altında qalmasını arzulayan, revanşizm xəstəliyinə düçar olmuş bəzi qrupların yenidən fəallaşdığını da görürük - bu mənada, erməni kilsəsi daha çox “fəallıq” nümayiş etdirir. Ümumiyyətlə, tarixən Ermənistan ilə Azərbaycan arasında yaranan qarşıdurmalarda hər zaman “xüsusi rol oynayan” erməni kilsəsi indiki mərhələdə də özünün qara niyyətindən əl çəkmək istəmir. Onlar artıq uzun müddətdir ki, sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı qəti mövqe ilə çıxış edir, sülh prosesinə növbəti dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə revanşizm hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırışlar edirlər. Din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb, şöhrət tapıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır.
“Qisas” və “revanşizm” xəstəliyi...
Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, “bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. “Evinizi bərpa etməyin başqa hansı yolu var? Bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verdi”, - o deyib.
Göründüyü kimi, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstyanın açıqlamasını da bunu təsdiqləyir. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb. Məsələn, bir müddət əvvəl ermənilərin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar vermişdi.
Ümumiyyətlə, adını “keşiş”, “yepiskop” qoymuş bu kimi təxribatçılar əslində terrorçu zehniyyətə malikdirlər. Bu şəxslərin din pərdəsi altında daima terror qruplaşmaları ilə işbirliyində olması, hətta erməni diasporunun gizli “qara kassası” rolunu üstlənməsi ilə bağlı informasiyalar mövcuddur. Bu mənada, belə insanları səmimi din adamı“ kimi deyil, qızışdırıcı, təhrikedici və sülhə mane olan faktor kimi qəbul etmək daha doğru olardı.
Erməni kilsəsi “ideoloji” təhrikçi rolunda...
Qeyd edək ki, erməni kilsəsi daim Ermənistanın hərbi-siyasi ideoloji mərkəzi kimi tanınıb. 1955-ci ildən 1994-cü ilə qədər bütün ermənilərin patriarxı olmuş I Vazgen hələ 1950-1960-cı illərdə dünyanın bütün erməni koloniyalarını gəzirdi və onun səyləri sayəsində Erməni Apostol Kilsəsinin xarici yeparxiyalarının əsas hissəsi yaradılmışdı - bu isə sonradan Ermənistanın Azərbaycana qarşı haqsız iddialarının, işğalçı siyasətinin və zorakılığının dəstəklənməsində, dünyaya fərqli yalanlarla təqdim olunmasında, maddi dəstəyin verilməsində, silah-sursatla təminində böyük rol oynamışdı. Sonrakı dövrdə isə, yəni 1995-1999-cu illərdə erməni kilsəsinin başında dayanan I Qaregin də öz sələfindən geri qalmayıb - onun Amerikada formalaşan erməni lobbisinin maddi dəstəyinin Ermənistana yönəldilməsində böyük rolu olub. Hətta I Qaregin bir neçə dövlətlə danışıqlar aparıb, Ermənistanın silahlandırılmasını belə təmin etmişdi. Onun da Azərbaycanla sülhün əldə edilməsinə baxışı birmənalı olub - hətta Ermənistanın bəzi mənbələri indi də vaxtilə Ermənistan parlamentində olan qətliamın (Karen Dəmirçiyanın ölümü ilə nəticələnən) sifarişçisi qismində məhz I Qareginin adını çəkir. Düzdür, I Qaregin bu qətliamdan 3 ay qabaq ölmüşdü, bununla belə Qarabağdakı erməni separatçılarının Ermənistanda hakimiyyəti zəbt etməsi üçün onun yüksək səviyyədə işlər gördüyü bildirilir. O ki qaldı, hazırki patriarx - II Qaregin də öz sələflərindən geri qalmır. O da daim revanşist çıxışlar edir, hətta ölkəsində siyasi “dəyişiklikərin” zərurətini xüsusilə qabardır.
Kilsə nümayəndələrinin müharibə çağırışları...
Vaxtilə Birinci Qarabağ müharibəsi dövründə də Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayarkən kilsənin “xeyir-duası” alınmışdı. Bu gün də Ermənistandakı revanşizm, işğalçılıq mövqeyinin, Qarabağdakı separatçıların qanundankənar hərəkətlərinin əsas “ruhlandırıcısı” məhz erməni kilsəsidir. Öz gerçək vəzifəsini unudub separatizmi alovlandırmağa çalışan kilsə və onun xaricdəki “filialları” Ermənistanla Azərbaycan arasında sülh çağırışı etmək əvəzinə, radikal mövqe nümayiş etdirir. Erməni kilsələrinin həm beynəlxalq hüquqa zidd, həm də yeni müharibəni alovlandırmağa xidmət edən anti-bəşəri mövqeyinə isə Ümumdünya Kilsələr Şurası reaksiya vermir - susqunluq nümayiş etdirir.
Müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə “Kilsə” adını daşıyan təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir. Nəzərə alınmalıdır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılıb, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilib, 2 məscid tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə “yandırılmış torpaq” siyasəti həyata keçirilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırıblar.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

