Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nəhəng sosial etiraz dalğaları Avropanı cənginə alıb

Nəhəng sosial etiraz dalğaları Avropanı cənginə alıb

04.04.2012 [00:44]

Almaniya, Portuqaliya, İspaniya və Belçikada baş verən etiraz aksiyaları “domino effekti” ilə “qoca qitə”ni bürüməkdədir
Avropanın bir çox ölkəsində başlanan sosial etiraz dalğaları daha da kəskinləşməkdədir. Müxtəlif qarşıdurmalarla müşayiət olunan etiraz dalğaları çərçivəsində həm ciddi insan itkisinin qeydə alınması ilə yanaşı, həm də bir sıra tələfatlar baş verib.
Almaniyadan başlanan “domino effekti” sindromu
Almaniyadan başlanan etiraz dalğaları “domino effekti” ilə digər Avropa ölkələrinə də yayılıb və zaman keçdikcə daha da kəskinləşib. Xatırladaq ki, ilk olaraq Almaniyada hava limanlarının işçiləri tətil elan edib. Aeroport işçiləri dövlət işçilərinin və kommunal xidmətlərin əməkdaşlarının əməkhaqlarının artırılması tələbi ilə keçirdikləri tətilə qoşulublar. Bu tətil iki həftədən çoxdur ki, davam edir. Paytaxt Berlinin Teqel və Şönefeld hava limanlarında yüklərin təyyarələrə doldurulması və boşaldılmasını həyata keçirən “Global Ground” şirkətinin əməkdaşları, eləcə də, uçuş zolağında hərəkət nəzarətçiləri tətil edir. Münhendəki hava limanında isə 1000-ə yaxın işçi tətilə qoşulub. Etiraz aksiyaları Bremen, Köln, Ştutqart, Düsseldorf, Frankfurt-am-Mayn və Hannover şəhərlərində də keçirilir. Təkcə “Lufthansa” aviaşirkəti bir gün ərzində 70-i Berlində olmaqla, 400-dən çox aviareysi təxirə salıb. Bu rəqəmin artacağı gözlənilir. Tətili təşkil edən Həmkarlar İttifaqı 2 milyona yaxın dövlət məmuru və xidmət sahəsi əməkdaşının əməkhaqqının 6,5 faiz, yəni, azı 200 avro artırılmasını tələb edir. İş sahibləri isə tətilin dayandırılması müqabilində işçilərin əməkhaqlarının 3,3 faiz artırılmasını təklif edirlər. Həmçinin, bəhs olunan şəhərlərdə bir çox etirazçılar küçə nümayişləri keçirib və müxtəlif sosial tələblər səsləndiriblər. Bütün bunların fonunda Almaniyada, hətta asayiş qoruyucuları ilə etirazçılar arasında qarşıdurmalar və müxtəlif xarakterli insidentlər qeydə alınıb. İnsidentlər çərçivəsində bir sıra nümayişçilər müxtəlif xarakterli bədən xəsarətləri alıblar.
İspaniya sosial etirazlar dalğalarının məngənəsində...
Bununla yanaşı, İspaniyanı da tətil və nümayiş dalğaları cənginə alıb. Belə ki, cari il martın 29-da İspaniyada həmkarlar ittifaqlarının ümumi tətili başlanıb. Tətil Mariano Rahoyun yeni hökumətin əmək islahatlarına etiraz etmək məqsədilə keçirilib. İlk olaraq Baş nazir Mariano Rahoyun mühafizəkar hökumətinin həyata keçirdiyi əmək islahatlarına etiraz olaraq İspaniyanın iki nəhəng həmkarlar ittifaqının çağırdığı 24 saatlıq ümumi tətil parlamentdə tədbirlər planının müzakirəsinin başlaması ilə əlaqədar elan edilib. İslahatlarda işçilərin işdən çıxarılması qaydalarının sadələşdirilməsi, işdən çıxarılma ilə bağlı təzminatların azaldılması, sahibkarlara həmkarlar ittifaqları ilə razılaşdırmadan iş gününü uzatmaq və əməkhaqqını azaltmaq hüququnun verilməsi nəzərdə tutulub. Məlumata görə, İspaniyada elan olunan ümumi tətillə əlaqədar ilk günlərdə 600-dən çox qatarın hərəkəti və 500-dək aviareys təxirə salınıb. Aviaşirkətlər və dövlət dəmiryolları sərnişinlərə biletləri dəyişməyi və ya pullarını geri almağı təklif edib. Bəzi televiziya kanallarının yayımı dayandırılıb, zavodlar bağlanıb. İspaniyanın daxili işlər nazirliyindən verilən məlumata görə, tətilin başladığı saatdan sonra keçirilən yürüşdə toqquşmalar qeydə alınıb. Baş vermiş ilk insidentlər çərçivəsində 10-dan çox şəxs müxtəlif xarakterli bədən xəsarətləri alıb, 60-dək insan isə saxlanıb.
Bundan başqa, İspaniyada yeni əmək qanununun ləğvini tələb edən həmkarlar ittifaqları bu islahatların ədalətsiz olduğunu, İspaniyada yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın inkişafına zəmin yaratmadığını bəyan edirlər. Həmkarlar ittifaqlarının rəhbərlərinin sözlərinə görə, əmək qanunvericiliyində dəyişiklik sayəsində indi sahibkarlar üçün nəinki muzdlu işçiləri işdən çıxarmaq, hətta onların əməkhaqqını da azaltmaq asanlaşıb.
Portuqaliyada hərc-mərclik davam edir
“Domino effekti” ilə davam edən etiraz dalğaları Portuqaliyada da qeydə alınıb. Belə ki, portuqaliyalı fəhlələr bu ölkə hökumətinin sərt iqtisadi addımlarına və qeyri-münasib iş şəraitinə etiraz olaraq paytaxt Lissabonda aksiyaya başlayıblar. Aksiya Portuqaliyanın ən iri fəhlə sindikatı sayılan “Portuqaliya Fəhlələrinin ümumi Konfederasiyası”nın dəvəti ilə keçirilib. ölkədə tətillə yanaşı, həm də sosial etiraz aksiyaları da müşahidə olunub. Etirazlar çərçivəsində nümayişçilərlə asayiş müdafiəçiləri arasında insidentlər də baş verib. Qarşıdurma çərçivəsində həm nümayişçilər, həm də asayiş qoruyucuları müxtəlif xarakterli xəsarətlər alıblar.
Xatırladaq ki, Portuqaliya hökuməti ötən ilin may ayında Beynəlxalq Valyuta Fondundan və Avropa İttifaqından 103 milyard dollarlıq maliyyə paketinin müqabilində 3 illik iqtisadi islahatlar həyata keçirməyə razı olub.
Sosial etirazlar Belçikada daha ciddi tələfatlarla müşayiət olunub
Bununla yanaşı, Belçikada da ciddi sosial etiraz dalğalarına rast gəlinməkdədir. Belə ki, bəhs olunan ölkədə də həm ümumi tətil, həm də küçə nümayişləri baş verir. Nümayişlərin davam etdiyi digər Avropa ölkələrindən fərqli olaraq Belçikada sosial etiraz aksiyaları daha ciddi tələfatlara səbəb olub. Son məlumatlara görə, asayiş qoruyucularının sərt tədbirləri nəticəsində nümayişçilərin bir çoxu həlak olub, bir neçəsi ağır bədən xəsarətləri alıb, bəziləri isə saxlanılıb. Ekspertlərin fikrincə, bütün bunların fonunda Belçikanı perspektivdə çox ciddi problemlər gözləyir.
Yeri gəlmişkən, bütün bu sosial etiraz aksiyalarına səbəb olan işsizlik avrozonada tarixində ən yüksək hədd olan 10,8 faizə çatıb. Bu isə bir il əvvəlki rəqəmdən 0,8 faiz çoxdur. Beləliklə, Avropa Birliyində 17 milyon 134 min nəfər işsizdir. İşsizlik faizinə görə Avropa Birliyində birinci yerdə İspaniya qərarlaşıb (23,6 faiz). Yunanıstanda bu rəqəm 21 faizə, Portuqaliyada 15 faizə, İrlandiyada isə 14,7 faizə bərabərdir.
NURLAN
Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30