İki tarixə bir baxış...
26.12.2023 [11:12]
SSRİ-nin dağılması, Xankəndinin işğalı...
Bu gün dekabrın 26-sı XX əsrin son on illiyinin ən mühüm iki hadisəsindən 32 il ötür. Onlardan biri Kreml üzərindən qırmızı imperiya bayrağının endirilməsi, başqa sözlə SSRİ-nin ləğvi, digər isə Xankəndinin ermənilər tərəfindən işğal edilməsidir. Bu iki proses müəyyən mənada bir-biri ilə bağlılıq təşkil etdiyi üçün, iki tarixə bir baxış sərgiləməyə qərar verdik. 1980-ci illərin sonu böyük bir siyasi nizamın dəyişməsi ilə müşayiət olunurdu - vaxtilə iki qütb arasındakı “soyuq müharibə” yekunlaşır, Qorbaçovun “yenidənqurma siyasətinin” əsl mahiyyəti üzə çıxır, “Sovet İttifaqı” adlanan böyük bir imperiyanın çöküşü reallaşırdı. Köhnə “Şura dövləti”nə yeni imic qazandırmaq üçün “prezidentlik” institutu təsis və özünü imperiyanın birinci və sonuncu prezidenti elan etmiş M. S. Qorbaçovun həyata keçirdiyi yeni “yenidənqurma siyasi kursu” SSRİ-də böyük bir anlaşılmaz mühit yaratmaqla yanaşı, bütün çatışmazlıqları və zərurətləri ortaya qoymuşdu - daxili siyasi vəziyyət kəskin hal almışdı, millətlərarası münaqişə silsiləyə çevrilmişdi və nəhayət “Varşava müqaviləsi” və “Qarşılıqlı İqtisadi Yardım Şurası” dağılmışdı. Ard-arda ittifaq respublikalarının müstəqilliyini elan etməsi isə prosesi daha da tezləşdirdi.
Eyni gündə...
Qeyd edildiyi kimi, 1987-ci ildə SSRİ ərazisində bir sıra millətlərarası münaqişələr alovlandı, bunlardan ən kəskini də məhz Qarabağ münaqişəsi oldu - 1988-ci ildən başlayaraq ermənilərin Qarabağda törətdikləri cinayətlər, talançılıq, günahsız insanların evlərinin yandırılması və yurd-yuvalarından qovulmaları ilə nəticələnən ağrılı proses daha da şiddətlənmişdi. SSRİ-də yaranan qeyri-müəyyən mühit erməniləri işğala həvəsləndirirdi və 1988-ci ildən başlayaraq Qarabağın Azərbaycanın əlindən alınması üçün aparılan gizli fəaliyyət aşkara çıxdı - 1991-ci ildə iki ölkə arasında faktiki müharibə gedirdi. Həmin ilin soyuq dekabr günündə Azərbaycanın əbədi və əzəli torpağı olan Xankəndi rəsmən işğal edildi və orada separatçı rejim yaradıldı. Xankəndinin sonuncu yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsi zəbt olunmaqla şəhər Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi. Şəhərin azərbaycanlı əhalisinin ölüm-dirim mübarizəsinə baxmayaraq qüvvələrin qeyri-bərabərliyi və ermənilərin güclü havadarlarının olması nəticəsində Xankəndi düşmən tərəfindən alındı. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovuldu və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdı.
“QKÇP” üsyanı, yoxsa “ən kiçik ümid”...
Nə təsadüfdir ki, həmin gün tarixə tək Xankəndinin erməni işğalına məruz qalması kimi düşmədi - həm də böyük SSRİ-nin rəsmi dağılması günü kimi yaddaşlara həkk olundu. Buna qədər isə SSRİ-də ilk dəfə 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ-dən çıxmaq haqqında fərman vermişdi. Ardından 1990-cı il martın 11-də Litva SSRİ-dən ayrıldığını elan etdi. Ard-arda SSRİ-ni tərk edən ittifaq respublikalarını “bir çatı altında” yığmaq üçün Qorbaçov 1990-cı il dekabrın 3-də SSRİ-nin Müstəqil Dövlətlər İttifaqına çevrilməsi məsələsini qaldırdı - burada ittifaq respublikalarına geniş hüquqlar verilirdi.
1991-ci ilin avqustunda sovet rəhbərliyinin mühafizəkar qanadı ölkədə fövqəladə vəziyyət tətbiq etməyə hazırlaşırdı. 18 avqust 1991-ci ildə SSRİ-nin ali rəhbərliyinin bir hissəsi, SSRİ hökuməti və Sov.İKP MK fövqəladə komitə - QKÇP-ni təşkil etdi. Onlar SSRİ-nin Suveren Dövlətlər İttifaqı ilə əvəz olunmasına etiraz edən qanad idi. 8 nəfərdən ibarət QKÇP üzvləri Krımda məzuniyyətdə olan SSRİ prezidenti Mixail Qorbaçovdan ölkədə fövqəladə vəziyyət tətbiq etməyi və ya səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Gennadi Yanayevə verməyi tələb etdilər. QKÇP üzvləri SSRİ-nin dağılmasını dayandırmağa, SSRİ-ni faktiki olaraq ləğv edən ittifaq müqaviləsinin imzalanmasının qarşısını almağa, ölkədə fövqəladə vəziyyət tətbiq etməyə çalışırdılar. Bu hadisələr tarixə “SSRİ-də avqust zərbəsi” kimi düşdü. “QKÇP”-yə qarşı müxalifətə verilən dəstək isə hər şeyi həll etdi - nəticədə onlar özlərini buraxmaq məcburiyyətində qaldılar və həbs olundular.
SSRİ “başa çatdı”...
1991-ci il dekabrın 8-də SSRİ-nin üç qurucu respublikasının rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətini dayandırdıqlarını bəyan edən (Belovejskaya müqaviləsi) Saziş imzaladılar. Beləliklə, Müstəqil Dövlətlər Birliyi yaradıldı. Dekabrın 10-da Ukrayna Ali Soveti, ardından isə Belarus Ali Soveti bu qərarı ratifikasiya etdi. Dekabrın 12-də müqavilə RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. 1991-ci il dekabrın 21-də Almatıda (Qazaxıstan) prezidentlərin görüşündə daha səkkiz respublika MDB-yə qoşuldu: Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan Alma-Ata Bəyannaməsini imzaladı.
Beləliklə, proses özünün məntiqi sonunu yaxınlaşdırırdı. Dekabrın 25-də SSRİ prezidenti M. S. Qorbaçov MDB-nin yaradılması ilə əlaqədar SSRİ Prezidenti kimi fəaliyyətinə xitam verdiyini elan etdi və Müttəfiq Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsindən istefa verərək strateji nüvə silahlarına nəzarəti Rusiya prezidenti Yeltsinə təhvil verməsi haqqında fərman imzaladı. 1991-ci il dekabrın 26-da SSRİ Ali Sovetinin Respublikalar Şurası (SSRİ-nin 5 sentyabr 1991-ci il tarixli 2392-1 nömrəli Qanunu ilə yaradılmış, lakin SSRİ Konstitusiyasında nəzərdə tutulmamışdı) fəaliyyətinin dayandırılması haqqında bəyannamə qəbul etdi - MDB-nin yaranması ilə əlaqədar SSRİ-nin mövcudluğunu, bununla da SSRİ-ni və onun hakimiyyət institutlarını rəsmən ləğv etdi.
Xankəndi Azərbaycandır!!!
Bu gün, 32 il sonra SSRİ-nin dağılmasını zərurət kimi, Xankəndinin işğaldan azad edilməsini isə artıq bayram kimi qeyd edirik. Bəlli olduğu kimi, 2023-cü il sentyabrın 19-20-si Xankəndinin, eləcə də keçmiş “Dağlıq Qarabağ”ın işğaldan azad edildiyi, xuntanın və separatizmin sona çatmasının şanlı tarixi kimi yaddaşlara yazıldı. Azərbaycan dövləti özünün suverenliyini tam şəkildə bərpa edib və vaxtilə imperiya rəhbərlərinə güvənərək Azərbaycan torpaqlarını işğal edənlər bu gün ədalət mühakiməsi qarşısında dayanıb. Dekabrın 21-də Xankəndi stadionunda təşkil olunmuş futbol oyunu öncəsi çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

