NATO geriləyir?
09.01.2024 [10:20]
Alyans ötən 2 ildə “baş rolu” itirib...
Dünyanın əsas hərbi gücü sayılan NATO ilə bağlı son dövrlərdə birmənalı fikirlər səslənmir. Belə ki, bəzi siyasi analitiklər NATO-nun Rusiya-Ukrayna münaqişəsinin başlandığı dövrə nəzərən geriləmə yaşadığını düşünür. Bunu Rusiyanın ötən 2 il ərzindəki irəliləyişlərindən çox NATO-nun prosesdəki geriçəkilmələri ilə izah edən analitiklər bildirirlər ki, Alyansın proseslərə tam təsir imkanlarını itirməsi, hətta nəzarət funksiyasını belə düzgün yerinə yetirməməsi kollektiv Qərb dövlətləri arasındakı fikir ayrılıqlarından qaynaqlanır.
Burada əsas mahiyyət klassik Avropa ilə yeni Qərb dünyası arasındakı tarixi çəkişmələrin yenidən özünü fərqli qiyafələrdə biruzə verməsinə söykənir. Daha dəqiq desək, Rusiyaya münasibətdə tutulan mövqe kollektiv Qərb qanadının fiaskosunu reallaşdırmış oldu.
Bu bir həqiqət idi ki, Ukrayna-Rusiya qarşıdurmasına qədərki dövrdə kollektiv Qərb anlayışı bütöv bir orqanizm kimi xarakterizə olunurdu. Qərbin vahid maraqlar toplusu ətrafında birləşməyi bacarması bir az sonra bəhs açacağımız “Avropa Ordusu” məsələsini də kölgəyə sıxışdırmışdı. Həm Avropa, həm də “yeni Qərbçilər” anlayırdı ki, “Avropa Ordusu” “söz birləşməsi” vahid qütb olmaq arzusunu darmadağın edəcək. Bu mənada, kollektiv müdafiə refleksi bir nöqtədə - NATO-da birləşirdi. Ortada bir istisna vardı ki, Avropa - Rusiya münasibətləri o dövr üçün siyasi-hərbi motivlər üzərində deyil, iqtisadi - qarşılıqlı mübadilə mexanizmi üzərində inkişaf etdirilirdi. 2014-cü ildən başlanan “Krım silkələnmələrinə” Avropanın münasibətinin “Normand dördlüyü” kimi deaktiv formatlarda təcəssüm tapması siyasi dairələrdə fərqli assosiasiyalar yaradırdı:
- Rusiya ilə əlaqələrin pozulmaması cəhdi;
- Kremllə hərbi poliqonda qarşılaşmadan yayınmaq;
- Enerji böhranından yayınmaq;
- “Avropa atlasının” yenidən “rənglənməsi” qorxusu;
- siyasi anlaşmazlıqların iqtisadi haçalanma nəticələri...
Bunlar Avropanın Qərb-Rusiya konfliktindən yayındırma səbəbələrinin sadəcə bir hissəsi idi. Mərkəzçi Avropanın düşüncəsində ABŞ-ın Avropa siyasəti yalnız və yalnız NATO əməkdaşlığı müstəvisi ilə məhdudlaşmalı idi. Axı, Avropa özünü daha “qədim” və proseslərə “daha konsentrasiyalı” hesab edirdi...
Aİ ordusu ideyası, yoxsa “özünümüdafiə” refleksi
İndi isə vəziyyət dəyişib. Hətta NATO-nun saxlanmasının maddi qarşılığının 80 faizi Aİ üzvü olmayan ölkələr tərəfindən ödənilsə də, Avropa özünün yeni müdafiə refleksi haqda danışır. Burada da obyektiv və subyektiv faktorlar “göz oxşayır”. Birincisi, NATO-nun Avropanı “poliqona” çevirəcəyi planını anlayan köhnə qitə təmsilçiləri yenidən “Avropa ordusu” ideyasını dəstəkləməyə başlayıb. Məsələn, İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropa İttifaqının (Aİ) öz ordusunun yaratmağının vacib olduğunu deyib. O, bu barədə İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində danışıb. Nazirin sözlərinə görə, bu, Avropada sülhün qorunması və münaqişələrin qarşısının alınması üçün vacibdir. Onun fikrincə, vahid ordu Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir.
Zaman-zaman gündəmə gələn, amma kağız üstündə qalan və müzakirələrdən uzağa getməyən ideya ötən ilin yayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən də dəstəklənmişdi. Avropa Komissiyasının Prezidenti WDR-in təşkil etdiyi “Avropa Forumu”nda müzakirə zamanı bildirmişdi ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür: “Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq”.
Siyasətçi “Aİ ordusunun yaradılmasına tərəfdardırmı?” sualına belə cavab vermişdi: “Mən bunu tam dəstəkləyirəm. Amma ən böyük çətinlik belə bir ordudan istifadə qərarı ilə bağlıdır. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr getməlidir”.
Ən maraqlı açıqlama isə ötən ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsdan gəlmişdi - britaniyalı nazir bildirmişdi ki, Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”. “Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz həmişə Birləşmiş Ştatların Avropanın köməyinə gələcəyini gözləyə bilmərik”, - nazir bildirib.
ABŞ Konqresindən razılıq ala bilməyən Ukraynaya yardım paketi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Kiyevi dəstəkləməyə davam etmək Amerikanın maraqlarına uyğundur: “Bununla belə, Avropa mütləq səylərini artırmalıdır. Bu, bizim indi də hərbi xərclərimizi artırmağa çalışmağımızın səbəblərindən biridir”.
ABŞ-ın dövlət borcu Ukraynaya yardımı ikinci plana keçirir...
Bəli, ikinci ilinin tamamına az qalan Rusiya-Ukrayna müharibəsi Avropa-NATO münasibətlərində də qeyri-müəyyənlik yaradıb. Kollektiv Qərbin məhz Ukrayna üzərindən Kremllə “münasibətlərini ayırd edəcəy”ini düşünənlər artıq fərqli fikirdədirlər. Proseslərin inkişafı artıq Qərbin, konkret olaraq NATO-nun anti-Rusiya kampaniyasından geri çəkildiyini göstərir. Ukraynaya edilən yardımlar epizodik köməyə çevrilir, münaqişənin “nəticələndirilməsi” tələbləri səsləndirilir - xüsusilə Avropa kontingentinin yanaşmasının “soyuduğu” hər anında büruzə verilir. Təsadüfi deyildi ki, “Politico” qəzeti də bildirmişdi ki, Amerika və Avropa rəsmiləri tədricən diqqətlərini Ukraynanın Rusiyaya qalib gəlmək məqsədini dəstəkləməkdən münaqişəyə son qoymaq üçün potensial danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldirlər və bu barədə strategiyasını dəyişirlər. Belə ki, Vaşinqton və onun avropalı müttəfiqləri Ukrayna ilə bağlı “sakitcə strategiyanı dəyişir” və ölkənin şərqində daha müdafiə mövqeyinə keçməyi müzakirə edirlər.
Qeyd edildiyi kimi, burada maliyyə məsələsi də xüsusi önəm daşımaqdadır. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb, Ukraynaya yardım ayrılmasına qarşı çıxan konqresmenləri “başa düşmək” olar. Beləliklə, NATO artıq yavaş-yavaş öz qurduğu oyunu tərk edir - ən azından hazırki görüntülər bunu deyir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

