Günü-gündən müasirləşən Bakı şəhəri öz gözəlliyi ilə göz oxşayır
19.04.2012 [23:45]
Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturun yenilənməsi, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər davam etdirilir. Bu çərçivədə Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri, Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər xüsusilə vurğulanmalıdır. Xəbər verildiyi kimi, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunması nəzərdə tutulub.
Bununla yanaşı, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işlərinin fonunda bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Həmçinin, bəhs olunan sahədə son tamamlama və abadlaşdırma işləri çərçivəsində ağaclar, kollar əkilməkdə, yaşıllıqlar salınmaqdadır ki, bunlar da həm göz oxşayır, həm də əraziyə səfər edən insanlarda olduqca xoş təəssürat yaradır.
Bəhs olunan ərazidə gəzintimiz çərçivəsində onu da müşahidə etdik ki, burada insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün olduqca əlverişli şərait yaradılmışdır. Parkda yeni elektrobuslar, faytonlar və digər gəzinti marşrutları işləyir ki, bu da gəzintiyə çıxmış vətəndaşların uzaq məsafəyə daha qısa zamanda getməsini asanlaşdırır və onların rahatlığına xidmət edir.
Bununla yanaşı, əraziyə kiçik ölçülü avtobuslar, qolf maşınları və balaca qatarların gətirilməsi nəzərdə tutulub ki, bunlar da insanların ərazidə rahat gəzintisinə xidmət edəcək. Onu da qeyd edək ki, Bulvarda attraksionların, kafelərin və səyyar ticarət və xidmət obyektlərinin sayı da artmaqdadır. Bu da öz növbəsində ərazidə gəzintiyə çıxmış insanlarda olduqca xoş təəssürat və məmnunluq yaradır.
Əlbəttə ki, bütün bunlar vətəndaşlarda olduqca xoş təəssüratlar və məmnunluq hissi yaradıb. Ərazidə gəzintiyə çıxmış insanların münasibətlərii bunu deməyə əsas verir. Məsələn, rəyini öyrəndiyimiz vətəndaş Tangiz Axundovanın sözlərinə görə, Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər vətəndaşların rahatlığına xidmət edir: “ümumiyyətlə, respublikamızda hazırda geniş abadlıq-quruculuq işləri aparılır. Xüsusilə, Bakı günü-gündən gözəlləşir. Bakıda insanların istirahəti və rahatlığı üçün gözəl şərait yaradılır. Zövqlə salınan yaşıllıq və Milli Parkda yeni tikilən ailəvi istirahət məkanları insanların xoş istirahətinə və rahatlığına xidmət edir. Buna görə də, daim vətəndaşların rahatlığına xüsusi diqqət yetirən dövlət başçısına xüsusi minnətdarlığımı bildirirəm”.
Digər şəhər sakini Sevda Gözəlova isə düşünür ki, şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, bütövlükdə, şəhər infrastrukturunun yenilənməsi olduqca mütərəqqi və təqdirəlayiq haldir: “Bakı müasirləşir. Deyərdim ki, hətta Avropanın bir sıra qabaqcıl şəhərlərindən daha cəlbedici şəhərə çevrilib. Bakının ən məşhur yerlərindən olan Dənizkənarı Milli Parkın genişləndirilməsi xüsusilə gözəl layihədir. Düşünürəm ki, bura təkcə Bakı sakinlərinin istirahəti üçün deyil, eləcə də, şəhərimizə gələn qonaqlar üçün ideal istirahət məkanına çevriləcək. Məsələn, gələn ay paytaxtımız “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Düşünürəm ki, müsabiqədə təmsil olunan ölkələrdən paytaxtımıza gələcək vətəndaşlar Bakının gözəlliyi qarşısında heyran olacaqlar. Həmçinin, onlar şəhərimizdə öz vaxtlarını çox gözəl keçirəcəklər”.
Vətəndaş Adil Rəfili isə qeyd edib ki, Dənizkənarı Milli Parkda yeni attraksionların quraşdırılması, yeni əyləncə mərkəzlərinin açılması gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mühüm əhəmiyyət kəsb edir: “Deyə bilərəm ki, bu gün Bakıda insanların rahatlığı üçün yaradılan şərait öz əlverişliliyinə görə Avropa ölkələrinin bir çoxunu geridə qoya bilər. “Eurovision” yarışmasına gələn qonaqlar da bunun şahidi olacaqlar. Həmçinin, Bakıda, xüsusilə də Dənizkənarı Milli Parkda insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün məqbul şərait vardır. Hesab edirəm ki, insanlar bu cür əlverişli şəraitdən maksimum dərəcədə istifadə etməlidirlər”.
“ümidvaram ki, “Eurovision” mahnı müsabiqəsinə görə paytaxtımıza təşrif buyuracaq xarici qonaqlar, turistlər Bakıdan məmnun qalacaqlar, hətta buradan getmək istəməyəcəklər. çünki Bakı gündən-günə gözəlləşən siması ilə göz oxşayır. Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri, yaradılan əlverişli şəraiti də xüsusi vurğulamaq istəyirəm. Bunlar insan rahatlığı üçün çox önəmlidir. Əminəm ki, xarici qonaqlar “Eurovision” mahnı müsabiqəsindən sonra şəhərimizdən dərin məmnunluq hissi və xoş təəssüratlarla ayrılacaqlar”. Bunu isə vətəndaş Vüsal Məmmədli deyib.
NURLAN
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

