Milli Məclis "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklikləri qəbul edib
23.04.2012 [10:58]
Qanuna təklif olunan dəyişikliyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Həmçinin qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.
Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Həmçinin, qanuna təklif olunan əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək. Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
Layihədə vacib məqamlardan biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar xüsusi maddənin əlavə olunmasıdır. Belə ki, maddə 17-1. bu məsələni tənzimləyir. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi aşağıdakı qaydada təklif edilir: “17-1.1. Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. 17-1.2. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür. 17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir”.
Layihəyə əsasən vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyaların bank hesabına köçürüləcək. Əgər hansısa partiya bu vəsaitdən imtina edərsə, onda həmin vəsait dövlət büdcəsinə qaytarılacaq.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Siyasi partiyalar haqqında” Qanuna təklif edilən dəyişiklikləri müsbət qiymətləndirib. M. Qurbanlı bildlirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə siyasi partiyaların yaranması prosesi gedib. Bu gün ölkəmizdə 40-dan çox siyasi partiyanın rəsmi dövlət qeydiyyatına alındığını deyən millət vəkili Azərbaycanın çoxpartiyalı sistemə malik ölkə olduğunu xatırladıb. Azərbaycanda demokratik dəyərlərin Konstitusiyanın təminatı altında olduğunu vurğulayan YAP İcra katibinin müavini qeyd edib ki, ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində həm qeyri-hökumət təşkilatlarının, həm də siyasi partiyaların inkişafı üçün əlverişli şərait yaradılıb. “Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən qanun mövcuddur. 1992-ci ildə qəbul edilsə də, həmin qanuna müxtəlif dəyişikliklər edilib. 1995-ci ildə Konstitusiya qəbul olunub, ölkəmiz beynəlxalq aləmə inteqrasiya edir, aparıcı beynəlxalq təşkilatlara üzv olub. Təbii ki, Konstitusiyanın qəbulu və beynəlxalq təşkilatlarda fəaliyyət müxtəlif qanunlarımıza əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirib. Bu zərurətdən çıxış edərək “Siyasi partiyalar haqqında” Qanuna da dəyişikliklər edilməsi təklif olunur. Belə ki, layihədə partiyaların müxtəlif istiqamətlər üzrə fəaliyyəti öz əksini tapıb. Birinci istiqamət partiyaların təsis edilməsi, onların proqramları ilə bağlı mexanizim təklif olunan dəyişikliklərdə daha da təkmilləşib. Bu dəyişikliklər müasir tələbləri özündə əks etdirir” - deyə, M.Qurbanlı vurğulayıb.
YAP İcra katibinin müavini qeyd edib ki, cəmiyyətimizdə, xüsusilə, siyasi təşkilatlar arasında partiyaların dövlət büdcəsindən maliyyələşmə məsələsi geniş müzakirə mövzusu olub, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb. Onun sözlərinə görə, məsələ ilə bağlı dünya praktikası mövcuddur və bu praktikanın öyrənilməsi yönündə müəyyən işlər görülüb. “Biz bütövlükdə sənədi müsbət qiymətləndiririk. Düşünürəm ki, bu dəyişikliklər partiyaların fəaliyyətinə təkan verəcək, siyasi sistemin təkmilləşdirilməsinə kömək edəcək” - deyə, M.Qurbanlı qeyd edib.
ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni qanun layihəsində partiyaların təsisçiliyinin sadələşdirilməsini təklif edib.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə AXCP-yə yox, Müsavata yardım ayrılmasını təklif edib: “Onsuz da dövlət “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə yardım ayırır. “Azadlıq” qəzetinin həmin pulundan isə AXCP də götürür. Mən AXCP-yə pul ayrılmasını istəmirəm. çünki bu, xarici səfirliklərin AXCP-sidir, Elçibəyin miras qoyduğu AXCP deyil”.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov qeyd edib ki, yeni qanun layihəsi ölkədə siyasi partiyaların inkişafına öz müsbət töhfəsini verəcək.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi baxımdan qanuna dəyişikliklərin edilməsi vacibdir. Onun sözlərinə görə, xeyli vaxtdır cəmiyyətdə bu istiqamətdə müzakirələr gedir. S.Novruzov təklif edib ki, o partiyalar dövlət qeydiyyatına alınsın ki, onlar ölkə seçicilərinin 0,1 faizinin səsini qazanmış olsunlar: “Seçicilərin 1 fazini demirəm, 0,1 faiz səsini də qazana bilməyən nə cür siyasi partiya hesab oluna bilər? Hesab edirəm ki, məlum dəyişikliklərdə bu məsələ də öz əksini tapmalıdır”.
Millət vəkili bildirib ki, layihədə qeyd olunduğu kimi, ikitərəfli maliyyələşmə - həm dövlət, həm də ianə vasitəsilə maliyyələşmə ən optimal variantdır. S.Novruzov onu da deyib ki, bu günə kimi YAP-dan başqa heç bir partiya maliyyə barədə hesabat verməyib. Millət vəkili qeyd edib ki, parlamentə düşməyən, 3 faizdən çox səs alan partiyalar arasında vəsaitlərin qazanılmış səslərə uyğun bölünməsi düzgün deyil: “çünki dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölünür, 50 faiz deputatların sayına görə ayrılır. Belə olan halda niyə parlamentdən kənardakı partiyalar arasında 10 faiz vəsait seçkidə toplanmış səslərə görə bölünməlidir?”.
S.Novruzov Müsavat Partiyasının maliyyələşmə məsələsinin ayrıca nəzərdə tutulması barədə Fazil Mustafanın təklifini isə məqbul saymayıb: “Partiya tarixi ola bilər, amma bu adamlar tarixi deyil. Müsavat Partiyasının adını mənimsəyiblər”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı təklif edib ki, son beş il ərzində seçkilərə - bələdiyyə, parlament və prezident seçkilərinə qatılmayan partiyaların qeydiyyatının ləğv olunması məsələsi yeni qanun layihəsində əksini tapsın. Onun sözlərinə görə, bu təcrübə dünyanın bir çox ölkələrində də var: “Mən, eyni zamanda, hesab edirəm ki, partiyaların təsisi və qeydiyyatı məsələsində belə bir məqam da əksini tapsın ki, ölkənin regionlarının ən azı 3-dən 2-ni əhatə edən partiyalar siyasi partiyalar hesab olunsun”.
Spiker Oqtay Əsədov isə bəzi millət vəkillərinin fikirlərinə münasibət bildirib. O qeyd edib ki, YAP ilə digər partiyaları müqayisə etmək düzgün deyil: “Yeni Azərbaycan Partiyası böyük, güclü partiyadır və o, son parlament seçkilərində də qalib gələrək Milli Məclisdəki yerlərin böyük əksəriyyətini əldə edib. İndi ona ayrılması nəzərdə tutan maliyyə ilə digər partiyalara ayrılacaq maliyyəni, o cümlədən, parlamentdən kənar qalan partiyaların bu prosesə cəlb olunmasını bir-biri ilə eyniləşdirmək olmaz. Heç parlamentdəki digər partiyaların çoxu da 3 faizlik baryeri keçməyiblər. Ona görə, qanun layihəsində siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmini ədalətli hesab edirəm”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, müzakirəyə çıxarılan sənəd 1992-ci ildə qəbul olunan sənəddən tamam fərqlənir: “Demək olar ki, köhnə qanundan əsər-əlamət qalmayıb. Onun bütün müddəaları dəyişdirilib. Bu baxımdan, təklif edirəm ki, bu, dəyişikliklər layihəsi kimi yox, yeni qanun layihəsi kimi təqdim və qəbul olunsun”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32

