Qondarma "erməni soyqırımı" və əsl 24 aprel həqiqətləri
24.04.2012 [01:48]
II yazı
ERMƏNİLƏRİN ANADOLUDA TöRƏTDİYİ SOYQIRIMLAR
Rusiya, İngiltərə və Fransanın dəstəyi ilə ermənilər sürətlə təşkilatlanaraq gizli şəkildə silahlanmışdılar. Bu işdə erməni kilsələri xüsusi fəallıq nümayiş etdirərək həm ideoloji təbliğat mərkəzi, həm də cəbbəxana rolunu icra edirdi. Təhrikedici fəaliyyətlər nəticəsində 1880-ci illərdən etibarən, Şərqi Anadoluda erməni komitələri qurulmağa başlayır. Komitələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə Osmanlı sərhədlərindən kənarda erməni terrorçu təşkilatları yaradıldı. Anadoludan kənarda yaradılan “Hnçak”, “Daşnak”, “Ramqavar”, “Silahlılar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, “Gənc Ermənistan Cəmiyyəti”, “Qara Xaç Cəmiyyəti” kimi təşkilatlar Anadoluda aktiv fəaliyyət göstərməklə erməni əhalisini dövlətə qarşı silahlı üsyanlara, müsəlman əhalinin qətlinə sövq etdi. Belə ki, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə “Daşnak” komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilas edilməsi” vəzifəsini qarşılarına məqsəd qoymuşdular. öz fəaliyyətlərini İstanbula və Anadoluya yayan bu təşkilatlar erməni məsələsinə Qərbin daha çox diqqətini cəlb etməyə çalışırdılar.
Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda gerçəkləşdi. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasum üsyanı, Babıali nümayişi və Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması 1903-cü ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlar və iğtişaşlar həyata keçirdilər. üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, əhalini öldürürdülər. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırdılar. Mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10617 nəfər olub. üsyan adlandırılmasına baxmayaraq, ermənilərin türklərə qarşı törətdikləri əməllər faktiki olaraq soyqırımı idi. 1895-1896-cı illərin Zeytun qırğınında iştirak edən bir erməni gündəliyində qeyd edir: “üsyan ərzində türklər 13 min əsgər, onlarla bərabər 20 min dinc insan itirdilər, biz isə 125 nəfəri itirdik”.
Erməni quldur təşkilatları yalnız kütləvi qırğınlar törətmir, həm də ayrı-ayrı insanlara qarşı terror aksiyaları həyata keçirirdilər. 1890-cı il iyulun 15-də “Hnçak” partiyasının təşkilatçılığı ilə İstanbulda baş verən partlayışda 17 nəfər ölən və yaralanan oldu. Dövlət məmurları da erməni terrorçu təşkilatlarının hazırladıqları sui-qəsdlərin qurbanı olurdular. Ermənilərin özbaşınalığı o səviyyəyə çatmışdı ki, hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törətmişdilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, daha sonra günahı türklərin üzərinə atmağa çalışırdılar.
I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artdı. 1915-ci ildə rus ordusunun Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə-yeksan edildi. O zaman S.C.Şou yazırdı: “...bütün müharibə ərzində ən dəhşətli qırğın başladı. Milyondan çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda tikə-parça edildi...”
24 APREL HƏQİQƏTİ
Həm ön, həm də arxa cəbhədə döyüşmək məcburiyyətində qalmasına baxmayaraq, Osmanlı rəhbərliyi uzun müddət ermənilərin yaratdığı təhlükəni “məhəlli tədbirlərlə” həll etməyə çalışdı. Lakin qırğınların əhatə dairəsinin genişlənməsi, təhlükənin artması Osmanlı rəhbərliyini daha qəti addım atmağa vadar etdi. Ermənilərin həmin dövrdə Anadoluda bir milyondan artıq türkü qətlə yetirməsinə baxmayaraq, Osmanlı rəhbərliyi xəyanətkar quldurlara qarşı sərt cəzalandırma üsullarına əl atmadı. Əksinə, müharibənin qızğın çağında cəbhə bölgəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgənin üsyanlar qaldıran erməni əhalisinin imperiyanın içərilərində yerləşdirilməsi məsələsi gündəmə gəldi.
Əvvəlcə, 1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq, türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.
TƏHCİR QANUNU - ERMƏNİLƏRİN KöçüRüLMƏSİ
Şərqi Anadoluda yaşayan ermənilərin üsyan və qırğınlarda geniş iştirakını nəzərə alan Osmanlı hökuməti 27 may 1915-ci ildə onların müharibə zonasından uzaq ərazilərə - Anadolunun içərilərinə, eləcə də, Suriyaya köçürülməsini nəzərdə tutan qərar qəbul etdi. Bir neçə aydan sonra Məclisdə təsdiq olunan qanunda “silahlı qüvvələrin əleyhinə casusluq və xəyanətləri aşkara çıxarılan kənd və qəsəbələrin başqa bölgələrə yerləşdirilməsi”nin vacibliyi qeyd olunur, hətta hər hansı etnik qrupun, o cümlədən, ermənilərin adı çəkilmir. Qanunda qoyulan şərtlər və tələblər Osmanlı dövlətinin xəyanətkar topluma münasibətdə humanist mövqeyini gözlər önünə sərir. 27 may 1915-ci il tarixli “Təhcir” (“Köç”) qanunu ilə nəzərdə tutulmuşdu: 1) Köçürülməsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqdır; 2) Yollarda onların rahatlıqları, can və mal təhlükəsizlikləri təmin olunacaqdır; 3) Getdikləri yerlərdə tam yerləşdirilmələrinə qədər özlərinə köçkün ödənişindən, güzəranlarını və yeyib-içməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir; 4) Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə təmin olunacaqlar; 5) Hökumət tərəfindən ev tikiləcəkdir; 6) Əkinçilərə toxumluq, sənətkar olanlara öz sənətləri ilə bağlı alətlər veriləcəkdir; 7) özləri ilə apara bilmədikləri malların əvəzi malla ödənəcəkdir. Və bu olmadığı təqdirdə onlara həmin malların qarşılığı olaraq pul ödənəcəkdir; 8) Boşaldılan şəhər və qəsəbələrdə bulunan ermənilərə aid daşınmaz malların siyahısı tutulacaq, onların qiymətləri və miqdarı müəyyən edilərək köçkünlərə veriləcəkdir; 9) Köçkünlərin istifadəsində olan zeytunluq, tutluq, meyvə bağları, portağal bağçaları, dükanlar, fabriklər, anbar və digər gəlir gətirəcək daşınmaz mallar satılacaq və ya kirayə veriləcək. Ondan gələn gəlir həmin köçkünlərə, mal sahiblərinə veriləcəkdir.
Qərarın müharibənin qızğın çağında, Osmanlı dövlətinin olduqca çətin durumda olduğu bir vaxtda verilməsinə baxmayaraq, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar. Elə bu məsələdə ermənilərin fikirləri bir-birilə ziddiyyət təşkil edir. Məlum olduğu kimi, hazırda erməni lobbisi 1915-ci il köçü zamanı 1,5 milyon erməninin qətlə yetirildiyini iddia edir. Halbuki, həmin dövrün erməni, türk və digər mənbələrin irəli sürdükləri rəqəmlər əsasında I Dünya müharibəsi ərəfəsində Anadoluda 1,2-1,4 milyon erməninin yaşadığı məlum olur. Erməni tarixçisi C.Kirokosyanın məlumatına görə, ermənilərin üçdə ikisi köçürülməyə məruz qalıb. Bu isə köçürülən ermənilərin ümumi sayının 1 milyondan da az olduğunu deməyə əsas verir. Belə olan təqdirdə 1,5 milyon erməninin öldürülməsi necə mümkün ola bilərdi? Buradan da görünür ki, Türkiyəyə qarşı yönəldilən qondarma “erməni soyqırımı” iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi ölkələrin siyasi ambisiyalarına xidmət edir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

