Romada "Baku" jurnalının təqdimat mərasimi olub
24.04.2012 [01:51]
Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olub. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak ediblər.
“Baku” jurnalının ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri və mətbəxi ilə məhz ingilis dilində tanış edir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara təqdim olunur.
Jurnalın səhifələrində bədii foto sahəsində tanınmış ustaların işləri yer alıb. Bu isə heç şübhəsiz ki, dərgiyə olan marağı daha da artırır.
Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilib. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat verib.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni vurğulayıb ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir.
Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına xidmət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış edib.
“Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirib ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olub.
ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən Leyla xanım Əliyeva deyib ki, “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumat verilir.
“Biz çox çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti italiyalılara ölkəmiz haqqında da ətraflı məlumat verib.
Leyla xanım Əliyeva bildirib ki, Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi var. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib.
Azərbaycanda 1901-ci ildə müsəlman qızlar üçün məktəbin açıldığını və Şərqdə ilk opera və baletin məhz ölkəmizdə yarandığını vurğulayan Leyla xanım Əliyeva deyib: “Azərbaycanın olduqca zəngin mədəni irsi və çox qədim tarixi var. Azərbaycanın paytaxtı Bakı özündə təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir. Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınmışdır. ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr biri-birinə qovuşmuşdur. ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür və UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.
Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda və regionda ekoloji sağlamlığın mühafizəsi və qorunmasıdır. Bu məqsədlə Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü deyən Leyla xanım Əliyeva bu il Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini bildirib və bütün qonaqları ölkəmizə dəvət edib.
Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

