Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Digər ölkələrdə də Xocalı faciəsi ilə bağlı qətnamələrin qəbul olunacağına inanıram

Əli Əhmədov: Digər ölkələrdə də Xocalı faciəsi ilə bağlı qətnamələrin qəbul olunacağına inanıram

25.04.2012 [00:17]

“Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını müsbət qiymətləndiririk. İstənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar öz haqq səslərini ucaltmalıdırlar. Məmnunluqla qeyd edim ki, artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir çox ölkələrində müvafiq sənədlər qəbul olunur”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib. Əli Əhmədovun fikrincə, bu, hələ başlanğıcdır: “Digər ölkələrdə də belə qətnamələrin qəbul olunacağına inanıram. Amma eyni zamanda Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır. Əgər yalan və böhtan üzərində qurulan hər hansı ideologiya yüz il ərzində yaşayıbsa və onu yaşada biliblərsə, o zaman yolverilməz hal olardı ki, həqiqətən baş vermiş faciə dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmasın. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır”.
Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30