Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib
26.04.2012 [00:24]
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olublar.
AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə əldə etdiyi uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov AMEA-da il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 50 həqiqi (akademik) və 99 müxbir üzvdən ibarətdir. İclasda 47 akademik və 94 müxbir üzv iştirak edir ki, bu da ümumi sayın üçdə ikisini təşkil edir. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.
M.Kərimov deyib ki, AMEA-nın ötən il aprelin 26-da keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişib. Bunlar akademiklər Bəkir Nəbiyev, Midhət Abasov, Akademiyanın müxbir üzvləri İnqilab Kərimov, Həmid Mustafayev, Kərim Ramazanov, Azad Nəbiyev və Anar Əlizadədir.
Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti qeyd edib ki, illik yığıncağın gündəliyində iki məsələ var: Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat və struktur dəyişikliklərinin edilməsi.
Gündəlik səsə qoyulub və qəbul olunub, reqlament müəyyənləşdirilib.
Tədbirdə çıxış edən akademik Mahmud Kərimov deyib ki, Azərbaycan Respublikasında ali elmi-təşkilati qurum olan Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkəmizin sosial-ictimai həyatında əlamətdar bir hadisədir. çünki respublika alimlərinin hesabat ilində əldə etdikləri elmi uğurlar, mühüm elmi nəticələr, tətbiqini tapmış miqyaslı elmi proqram və layihələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən və sürətlə həyata keçirilməkdə olan ölkənin dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının məntiqi nəticəsi və təzahürüdür.
Akademik Mahmud Kərimov deyib ki, dövlətimizin başçısının Azərbaycan elminə yüksək diqqət və qayğısı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının uğurla reallaşdırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2011-ci il 17 yanvar tarixli Fərmanı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsinin yaradılması haqqında Akademiyanın ümumi yığıncağının qərarı təsdiq edilib. Bundan sonra bölmənin yaradılması ilə bağlı digər təşkilati işlər sürətlə həyata keçirilib. Artıq Aqrar Elmlər Bölməsi Akademiyanın tərkibində müstəqil struktur vahidi olaraq fəaliyyət göstərməkdə, respublikamızda aqrar sahədə elmi tədqiqatların daha da gücləndirilməsinə xidmət etməkdədir.
2011-ci ilin mühüm hadisələrindən söz açan alim vurğulayıb ki, uzun fasilədən sonra yeni normativ-hüquqi baza əsasında respublikamızın elmi tədqiqat və ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbulun uğurla həyata keçirilməsinə başlanılıb.
AMEA-nın çoxsaylı alimləri hər il olduğu kimi, ötən il də respublikanın sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan dövlət proqramlarının, qanun layihələrinin, strategiya və konsepsiyaların hazırlanmasında yaxından iştirak ediblər.
Hesabat ilində Akademiyanın və respublikanın digər elmi tədqiqat müəssisələrinin beynəlxalq elmi əlaqələrinin xeyli genişləndiyini söyləyən Mahmud Kərimov deyib ki, bu sahədə əvvəlki illərdə qarşıya qoyulan məqsədlərə nail olunub, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanıb.
Alim diqqətə çatdırıb ki, 2011-ci ildə AMEA-nın elmi bölmələrində və respublikanın digər elmi müəssisələrində mövcud elmi istiqamət və problemlər üzrə geniş elmi tədqiqat işləri aparılıb, mühüm elmi nəticələr əldə edilib.
AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev hesabat ilində Akademiyada görülmüş işlər, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, 2011-ci il respublikamızın sosial-iqtisadi və mədəni-ictimai həyatında, demokratik və hüquqi dövlət quruculuğunda, ümumən milli cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş bir sıra nailiyyətlərlə əlamətdar olub. Məruzədə qeyd edilib ki, hesabat ilində Akademiyanın elmi müəssisələrində 157 problemə dair 485 mövzusu üzrə 1427 elmi tədqiqat işi aparılıb və 160-a yaxın əsas elmi nəticə alınıb.
Məruzədə regional elmi mərkəzlərin fəaliyyəti haqqında da məlumat verilib, Gəncə, Şəki və Lənkəran mərkəzlərində əldə edilmiş uğurlardan söz açılıb. Bildirilib ki, il ərzində bu elmi mərkəzlərin əməkdaşları neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat və arxeologiya elmləri sahəsində, həmçinin yerləşdikləri bölgələrin təbii sərvətləri, flora və faunası ilə bağlı tədqiqatlar aparıblar.
Hesabat məruzəsində AMEA-nın Rəyasət Heyətinin və onun nəzdindəki təşkilatların da fəaliyyəti təhlil edilib.
Bildirilib ki, 2011-ci ildə Rəyasət Heyətinin 24 iclası keçirilib. Bu iclaslarda 10 elmi məruzə dinlənilib, bir sıra elmi-təşkilati və kadr məsələləri, elmi tədqiqatların həyata keçirilməsi və inkişaf etdirilməsi, AMEA-nın fəaliyyətinin, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul edilib və konkret tədbirlər həyata keçirilib.
2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 61 elmi tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçiriblər. Bu işlərin 37-sinin tətbiqi başa çatıb, 24 iş isə hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilib. Plandan əlavə 9 iş tətbiq olunub.
Məruzədə AMEA əməkdaşlarının 2011-ci ildə nəşr olunmuş kitab və monoqrafiyaları, dərc edilmiş məqalələrin sayı, bu elm müəssisəsində keçirilmiş elmi konfranslar, Akademiyanın tərkibi haqqında da məlumatlar öz əksini tapıb.
Vurğulanıb ki, 2011-ci ildə doktoranturaya 275 (165 əyani və 110 qiyabi) doktorant qəbul olunub. 2011-ci ildə AMEA-nın institutlarından 6 gənc tədqiqatçı Dünya Alimlər Birliyinin təsis etdiyi təqaüd proqramının qalibi olub.
AMEA-da elmlər doktoru üzrə 16, fəlsəfə doktoru üzrə 19 Dissertasiya Şurasının fəaliyyət göstərdiyini söyləyən məruzəçi beynəlxalq elmi əlaqələrdən də söz açıb.
Hesabatda AMEA-nın maliyyə-təsərrüfat fəaliyyəti və quruma müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olan vəsaitlər barədə də məlumatlar yer alıb.
Məruzə ətrafında müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, akademik İsmayıl İbrahimov və AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək elmi qurumların strukturlarının müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
Hesabat yığıncağında AMEA-nın birinci vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik Arif Həşimov gündəliyin ikinci məsələsi - “AMEA-nın strukturuna dəyişikliklər edilməsi haqqında” qərar layihəsi barədə məlumat verib. AMEA-nın strukturuna edilən bəzi dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Yığıncağa yekun vuran akademik Mahmud Kərimov deyib ki, Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafı naminə atdığı bütün addımlar respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanır.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

