Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur

Əli Əhmədov: Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur

04.05.2012 [01:08]

“Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq hüququnun təmin edilməsi üçün lazım olan bütün işləri görüb. Müxalifətçilər mitinqlərini keçirmək istəyəndə keçirirlər, tərəfdarlarını toplayırlar, onların qarşısında çıxışlar edirlər. Əgər onların keçirdiyi mitinqə az sayda adam gəlirsə, hesab edirəm ki, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov deyib. O bildirib ki, mitinqlərin harada keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qəbul etdiyi qərar var: “Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə, əslində, mitinqlərinin uğursuzluğa düçar olduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər yığılır. Təsəvvür edin ki, hər təşkilatdan 30-40 nəfər gedir. Elə hər təşkilat təmsilçilərinin ailə üzvləri yığılanda 2000 nəfər yığılmış olur. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir. Yəni onların ictimai dəstəyi, sosial bazası yoxdur. Onların mərkəzi yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm”.
Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30