Təhsilimizin tarixinin yazılması Ulu öndər Heydər Əliyevin tövsiyəsidir
04.05.2012 [01:09]
Dünən paytaxtın “Hilton” otelində Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Azərbaycanın təhsil naziri, YAP İdarə Heyətinin üzvü, professor Misir Mərdanovun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycanın sürətli inkişafı həyatımızın bütün sferalarında özünü göstərməkdədir. Onun sözlərinə görə, bu inkişaf, eyni zamanda, elm, təhsil, mədəni yüksəliş proseslərini də əhatə edir.
“Təbii ki, Azərbaycanın inkişafının çox vacib istiqamətlərindən və bu inkişafın kökündə dayanan amillərdən biri təhsil sahəsində həyata keçirilən islahatlar və bu islahatlar nəticəsində əldə olunan nailiyyətlərdir. Azərbaycan təhsili ölkəmizin bugünkü və gələcək inkişafının əsasını təşkil edən sistemə çevrilib. Məmnunluq hissi ilə demək lazımdır ki, bu gün Azərbaycanda yüksək təhsilli, bilikli, müasir dünyanı dərk edən və bu dünyanın fəal üzvünə çevrilməyə layiq olan gənclərimiz formalaşıb. Bu gənclərin formalaşmasında təhsilimizin müstəsna rolu var və bu rol getdikcə artır. Biz əminik ki, təhsilimiz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində bundan sonra da inkişaf edəcək, daha da müasirləşəcək, Azərbaycanın inkişafının fundamental amillərindən və əsaslarından biri kimi daha böyük faydalar gətirəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
“Tarixçilərimiz Azərbaycan tarixini geniş tədqiq edirlər. Tarixin araşdırılması nə qədər keçmişə hörmət və ehtiramı ifadə edirsə, gələcək üçün də mühüm əhəmiyyət kəsb edir. Amma etiraf etmək lazımdır ki, tariximizin əhəmiyyətli hissəsi olan təhsil tariximizin tədqiqatı sahəsində müəyyən boşluqlar var. Bu istiqamətdə geniş tədqiqatlara böyük ehtiyac var. Hesab edirəm ki, professor Misir Mərdanovun müəllifi olduğu üçcildlik həmin boşluğun doldurulmasına xidmət göstərir. Bu nəşri yüksək qiymətləndirərək demək istəyirəm ki, bu kitablar, sadəcə, bir tədqiqatçının ortaya qoyduğu nəşr deyil. Bu kitablar Azərbaycanın ən təcrübəli təhsil idarəedicisinin Azərbaycanın təhsil tarixinə verdiyi qiymət və dəyərləndirməsidir. Bu dəyərləndirmənin məntiqində biz bugünkü Azərbaycan təhsilinin qarşısına qoyduğu məqsədləri, gələcək inkişaf perspektivlərini görürük. Kitabda əsas məqamlardan biri tariximizə söykənən bugünkü təhsilimizin dəyərləndirilməsi, təhsil islahatlarının məntiqinin ortaya qoyulması və təhsilin gələcək inkişaf konsepsiyasının əsas mahiyyətini Azərbaycan vətəndaşlarına, o cümlədən, təhsil ictimaiyyətinə çatdırılmasıdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bu nəşrlərin təhsilin bütün dövrlərini əhatə etdiyini və bunun böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu kitablar təkcə xalqımızın, dövlətimizin inkişafı üçün çox əhəmiyyətli olan təhsilin və onun tarixinin araşdırılması deyil. Kitablar, eləcə də, bu xalqın formalaşdığı vaxtdan keçdiyi müddət ərzində bütün tarixi proseslərə, əldə etdiyi nailiyyətlərə, üzləşdiyi çətinliklərə, eyni zamanda, bütün bunlara rəğmən, ayaqda dayanaraq gələcəyə inamla baxmasına əsas verən kifayət qədər çoxşaxəli materalların toplandığı nəşrdir. Cildlərin hər birində öz vətənini sevən bir insanın qəlb çırpıntıları duyulur. Bu, Misir müəllimin qəlbinin çırpıntılarıdır. Bu kitablar kifayət qədər maraqlı və oxunaqlı topludur. Oxucu burada bütöv bir xalqın keçdiyi keşməkeşli tarixi görməklə yanaşı, onun ümidlərini, arzularını da görür və onların reallaşdırılması istiqamətində bu xalqın yetişdirdiyi insanların, elm və sənət fədailərinin, alimlərin, yazıçıların, dövlət və ictimai-siyasi xadimlərin fədakarlıqlarının şahidi olur. Burada bütün hadisələrə, şəxsiyyətlərə yalnız tarixi baxımından obyektiv yanaşmanın şahidi oldum. Nəşrlərdə Azərbaycan təhsilinin bütün mərhələləri öz əksini tapıb”.
B.Muradova Azərbaycan təhsilinin inkişafında Misir Mərdanovun fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, hər bir millətin mənəvi həyatını onun elmi, təhsili, maarifi, ədəbiyyatı təşkil edir. Onun fikrincə, bu sırada maarif və təhsil birinci yerdə dayanır: “çünki bunlar olmadan nə ədəbiyyat, nə elm, nə də mətbuat ola bilər. Azərbaycan mənəvi həyatı elə gətirib ki, çox vaxt maarif xadimləri eyni zamanda, yazıçı olublar. Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Sultanməcid Qənizadə, Abdulla Şaiq, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqaları belə insanlar olublar. Bu qiymətli kitab təhsil tarixi adlandırılsa da, məncə, həm də ədəbiyyat, mətbuat, elm tariximizdir”.
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov da təqdimatı keçirilən nəşrlərin xalqımız üçün əhəmiyyətindən bəhs edib. Kitabın böyük zəhmət hesabına başa gəldiyini deyən Ə.Əmiraslanov nəşrlərdə təhsil tariximizin obyektiv və ədalətli yazıldığını qeyd edib. Millət vəkili kitabda tibb təhsili tarixinin də geniş əks edildiyini diqqətə çatdırıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da təhsil nazirinin müəllifi olduğu kitabların əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu nəşrlər təkcə təhsil tarixini əks etdirmir, bütövlükdə təhsil ensiklopediyasıdır: “Bu, həm şəxsiyyətlərimiz, həm tariximiz, həm mənəviyyatımızla bağlı böyük topludur. Güman edirəm ki, Azərbaycan tələbələri bu kitab vasitəsilə yiyələnməyə çalışdıqları bugünkü elmimizin arxasında nələrin dayandığını öyrənə bilərlər”.
A.A.Bakıxanov adına AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov nəşrlərdə təhsil tarixmizin hərtərəfli əks olunduğunu vurğulayıb. Onun sözlərinə görə, nəşrin birinci cildi ona görə əhəmiyyətlidir ki, o ötən əsrləri əhatə edən təhsilimiz haqqında məlumatlar verir: “Kitabda İrəvanda, Borçalıda, Dərbənddə təhsillə əlaqədar faktlar öz əksini tapıb. Xüsusilə, indi Ermənistan ərazisində baş verən təhsil prosesləri diqqəti çəkir. Bu faktlar bir daha həmin ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu, ermənilərin bu bölgəyə gəlmə olduqlarını sübut edir. Arzu edərdim ki, Misir Mərdanov növbəti kitablarında cənubi Azərbaycan təhsilinin tarixinə dair faktları yazsın”.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov isə kitabının dilinin oxucular üçün maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, kitab sərt deyil, sadə dildə yazılıb. V.Abbasov Azərbaycan təhsilinin tarixinin bu nəşrlərdə geniş əksini tapdığını vurğulayıb.
Tədbirdə, həmçinin, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, millət vəkili Sabir Rüstəmxanlı, professor Fərrux Rüstəmov və “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov professor Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan təhsil tarixi” üçcildlik kitabı haqqında fikirlərini bildirib və bu nəşrin təkcə təhsil işçiləri üçün deyil, bütövlükdə ölkə ictimaiyyəti üçün əhəmiyyətini vurğulayıblar.
Sonda təhsil naziri Misir Mərdanov çıxış edərək bu nəşrə verilən qiymətə görə və onun ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bu kitabların Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunduğunu deyən təhsil naziri Azərbaycanın təhsil tarixinin yazılmasının məhz ümummilli liderimizin tövsiyəsi olduğunu diqqətə çatdırıb: “1998-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Mən bu qurultaydakı çıxışımda təhsilimizin inkişaf tarixini mümkün qədər əhatə etməyə çalışdım. Qurultayda iştirak edən Ulu öndər Heydər Əliyev təhsil tariximizin yazılmasını tövsiyə etdi. Bu kitabları nəşr etməklə mən Ulu öndərimizin daha bir tövsiyəsini yerinə yetirməyə çalışmışam. Eyni zamanda, mən bu nəşrlər haqqında Prezident İlham Əliyevə məlumat vermişəm. Kitablarla tanış olan dövlət başçısı onların təqdimatının keçirilməsini məsləhət bildi. Və bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bu təqdimat mərasimi keçirildi”.
M.Mərdanov bu nəşrlərin ərsəyə gəlməsində istifadə olunan ədəbiyyatlar haqqında da məlumat verib. Kitadın birinci cildinin əhəmiyyətinə toxunan təhsil nazirinin sözlərinə görə, sovetlər dövründə guya 1920-ci ilə qədər cəmi 60 azərbaycanlının ali təhsilli olduğu iddia olunurdu: “Amma bizim araşdırmalarımıza əsasən, həmin dövrə qədər 418 ali təhsilli azərbaycanlı olduğunu müəyyənləşdirmişik. Lakin bu da son hədd deyil. Biz bu istiqamətdə araşdırmalarımızı davam etdiririk”.
M.Mərdanov yaxın zamanlarda “Azərbaycan təhsil tarixi” kitabının dördüncü cildinin də işıq üzü görəcəyini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

