Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təbrizdəki aksiya ilə bağlı şok faktlar...

Təbrizdəki aksiya ilə bağlı şok faktlar...

12.05.2012 [09:43]

Bu mitinqdə təbrizlilər deyil, İranın digər vilayətlərindən gətirilmiş yoxsul kəndlilər, dövlətə bağlı “Bəsici”lər iştirak ediblər
Artıq bu bir faktdır ki, İrandakı bəzi dairələrin anti-Azərbaycan mövqeyi gedikcə daha radikal xarakter almaqdadır. Biz bunu istər ayətullahların anti-Azərbaycan fətvalarında, istərsə də, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana edilən hərtərəfli yardımın timsalında görürük. İranın ərazisindəki bir sıra qərəzli dairələr söylənilənlərlə yanaşı, təxribat xarakterli bəyanatlar verir, həmçinin, birbaşa olaraq, Azərbaycan dövlətinə qarşı yönəlmiş aksiyalar da təşkil edirlər. Həmin aksiyalardan biri də Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyasıdır. Əlbəttə ki, bu aksiya ilə bağlı ilkin fikirlər müəmmalı olsa da, sonradan ortaya çıxan faktlar bir daha göstərdi ki, İranda Azərbaycana qarşı fəaliyyət göstərən dairələr hələ də aktivdirlər.
Qeyd edək ki, mayın 8-də Güney Azərbaycanın Təbriz şəhərində, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı şok faktlar ortaya çıxıb. Güney azərbaycanlılardan “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda “gey parad” keçirilməsi iddiası ilə Azərbaycan iqtidarı və bütövlükdə ölkəmiz hədəf alınan aksiyada Təbriz əhalisi iştirak etməyib: “İranda hamı mollaların Təbrizdəki düzməcə aksiyanın necə hazırlandığını bilir. Bu mitinqdə təbrizlilər deyil, İranın digər vilayətlərindən gətirilmiş yoxsul kəndlilər, dövlətə bağlı “Bəsici”lər iştirak ediblər. Onlara bu mitinqə iştirak etmək üçün pul verilib və ərzaq paylanıb. Faktı təsdiqləyən video görüntüləri redaksiyanıza təqdim edirik. Qoy hamı həqiqəti bilsin”, - deyə soydaşlarımız bildiriblər.
Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30