Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağ məsələsi bitib!

Qarabağ məsələsi bitib!

14.02.2024 [10:45]

Beynəlxalq vasitəçilər sülh üçün zəmin yarandığını düşünür

2024-cü il Cənubi Qafqazda əbədi sülhə nail olunması üçün ən münbit zaman kimi xarakterizə olunmaqdadır. Ötən ilin payızında Azərbaycanın öz suverenliyini bərpa etməsi, separatçı xuntanın ləğvi, separatçıların həbs olunması faktları artıq sülh prosesi üçün də yeni siyasi situasiya yaratdı. Hər iki tərəfin nümayiş etdirdiyi mövqelər də onu təsdiqləyir sülhlə bağlı danışıqlar prosesi pozitiv impulsla davam etdirilə bilər.

Bundan başqa, iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçilik edən beynəlxalq oyunçular da vəziyyəti təxminən eyni proyeksiya ilə qiymətləndirirlər. Artıq keçmiş münaqişənin tam şəkildə bitməsi faktı qəbul olunur və Qarabağın Azərbaycan torpağı olması bir daha təsdiqlənir.

Rusiyanın mövqeyi: Bakının irəli sürdüyü təkliflərə əsasən, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində də bildirib ki, Qarabağ məsələsi bağlıdır. Bu məsələ sentyabrda həll olunub. “Qarabağ məsələsi bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ problemini sülh yolu ilə həll etmək üçün səylər göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabrda güc əməliyyatı ilə bağlandı. Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, - diplomat vurğulayıb.

Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış “olduğunu vurğulayıb: “İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi şey, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”.

Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s. məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib: “Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.

Ortaya qoyulacaq siyasi iradə...

Vurğulandığı kimi, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuları zərərsizləşdirməsinin ardından bu, daha real görünür. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Sadəcə olaraq, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir - başqa sözlə, Paşinyan hakimiyyətinin ortaya qoyacağı siyasi iradə sülhün imzalanmasını daha da tezləşdirə bilər...

Ermənistan təhlükəsizliyə təhdid yaratmaqda davam edərsə...

Təəssüf ki, Zəngilan istiqamətində törədilən məlum təxribat hadisəsi Ermənistanın sülh istəyində olması faktını istisna edir. Bu kimi davranışlar birmənalı şəkildə sülh prosesini ləngitməyə və uzatmağa xidmət göstərir. Ermənistan regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəyirsə, özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalmaq təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31