Anti-Azərbaycançı mərkəzlər beynəlxalq konfransda layiqli cavablarını aldılar
17.05.2012 [00:13]
Dünən “Park İnn” hotelində bir sıra qeyri-hökumət təşkilatları “Demokratiya üçün oxu” kampaniyası çərçivəsində “Azərbaycanda insan haqları: mövcud problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriblər. Konfransda dövlət və ictimaiyyət nümayəndələri, media və QHT təmsilçiləri, eyni zamanda, ekspertlər iştirak ediblər. İfadə azadlığı, jurnalist təhlükəsizliyi və yayım şəffaflığı, Azərbaycanda siyasi və iqtisadi azadlıqlar, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri məsələlərinin müzakirəyə çıxarıldığı konfransda məruzələrin dinlənilməsi ilə yanaşı, müzakirələr də baş tutub.
Qərəzli moderatorlar və ya məruzələrə dair öz fikirlərini paylaşmaq istəyən iştirakçıların söz azadlığı kobud surətdə pozulub
Konfransın ilk panelində təşkilatçılar məruzələrlə çıxış etsələr də, məruzələrə dair öz fikirlərini paylaşmaq istəyən iştirakçıların söz azadlığını pozublar. Belə ki, təşkilatçılar özlərinin hər məruzələrinə 7 dəqiqə vaxt ayrıldığını bildiriblər, amma çıxışları minimum 12-15 dəqiqə çəkib. Məruzələrə dair obyektiv fikirlərini söyləmək istəyən iştirakçılara isə 2-3 dəqiqə çıxış etmək imkanı verilib. Amma təəssüf ki, verilən 2 dəqiqə də moderatorlar tərəfindən kəsilib və beləliklə, çıxış müddətlərində kəskin disproporsionallıq müşahidə olunub.
İkinci və üçüncü paneldə də eyni ssenari təkrarlanıb. Bu dəfə təşkilatçılar məruzələrə dair öz fikirlərini paylaşmaq istəyən iştirakçılara maksimum 1 dəqiqə vaxt ayrıldığını qeyd ediblər. Amma nədənsə, özləri 15-20 dəqiqəlik məruzələrlə çıxış ediblər. Bu isə növbəti dəfə ona dəlalət edib ki, təşkilatçılar konfransın iştirakçılarına münasibətdə qərəzli və obyektivlikdən uzaq mövqe sərgiləyiblər.
İttiham və böhtan üzərində qurulmuş məruzələr
ümumilikdə isə, konfransın təşkilatçıları öz məruzələrində qərəzli və qeyri-obyektiv mövqedən çıxış ediblər. Bütün məruzələr, demək olar ki, ittiham və böhtan üzərində qurulub və çıxışlarda anti-Azərbaycan məqamları aşkar nəzərə çarpıb. Azərbaycanda insan və vətəndaş hüquqlarının vəziyyətinə dair real pozitiv faktlardan yan keçilib. Eyni zamanda, bəzi antiazərbaycançı beynəlxalq maraq və təzyiq qruplarının qərəzli fikirləri önə çəkilib və antimilli ifadələr səsləndirilib.
“Qərb və yerli müxalifət mətbuatı “Eurovision” mahnı müsabiqəsi ətrafında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq istiqamətində çalışır ki, bu da qətiyyən düzgün deyil”
çıxış edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə söz azadlığının pozulması barədə səslənən fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. O qeyd edib ki, Azərbaycan iqtidarı bu vaxtadək ölkədə mətbuat azadlığını qoruyub və bundan sonra da qorumaqda davam edəcək: “Azərbaycanda söz və mətbuat azadlığı tam qorunur. Bunun əksini deyənlər ya yanılırlar, ya da qərəzli münasibət göstərənlərdir”.
Respublikada 200-dən çox həftəlik və aylıq qəzetin, 100-ə yaxın jurnalın, 52 elektron KİV-in fəaliyyət göstərdiyini qeyd edən sektor müdiri 30-dan artıq jurnalist təşkilatının söz və mətbuat azadlığının təmin olunması istiqamətində iş apardığını vurğulayıb.
V.Əliyev Azərbaycanda mətbuatın normal fəaliyyət göstərməsi istiqamətində atılan addımlar içərisində mətbu orqanların ƏDV-dən azad olunduğunu, kağız üçün gömrük rüsumunun tətbiq edilmədiyini, mətbuat nümayəndələri üçün bina inşa edildiyini, “Azərbaycan” nəşriyyatının dövlətə olan 450 min manatlıq borcunun silindiyini qeyd edib. O, Azərbaycan mətbuatının ən böyük problemi kimi maliyyə baxımdan kifayət qədər müstəqil olmamasını göstərib: “Ən böyük problem mətbuatın iqtisadi müstəqilliyinin zəif olmasıdır. İqtisadi müstəqil olmayan mətbuat isə siyasi qüvvələrin, ayrı-ayrı dairələrin təsiri altına düşür”.
Onun sözlərinə əsasən, dövlətin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər həm də bu məsələ ilə bağlı problemlərin həllinə yönəlib.
PA rəsmisi “Eurovision” mahnı müsabiqəsinin məqsədli şəkildə siyasiləşdirilməsi məsələsinə və vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması barədə iddialara da münasibətini bildirib: “Mən indiyədək “Eurovision” mahnı müsabiqəsinin bu cür siyasiləşdirilməsini görməmişəm. Lakin Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsi siyasiləşdirilir. Halbuki, bu bir mədəniyyət tədbiri, musiqi yarışmasıdır. Qərb və yerli müxalifət mətbuatı “Eurovision” mahnı müsabiqəsi ətrafında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq istiqamətində çalışır ki, bu da qətiyyən düzgün deyil. İddia olundu ki, guya 60 min insanın mülkiyyət hüququ pozulub. Belədirsə, müxalifət mitinqinə niyə 2 mindən artıq insan toplaya bilmədi?”.
Tədbirdə jurnalist Xədicə İsmayılovanın ölkədə söz və ifadə azadlığına məhdudiyyət qoyulması ilə bağlı ittihamlarına cavab verən V.Əliyev deyib: “Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, siz belə yazılar yaza bilməzdiniz”.
O, jurnalistlərə qarşı istənilən təzyiqin Azərbaycan hökuməti tərəfindən pisləndiyini də diqqətə çatdırıb.
“Hökumətin əleyhinə edilən çıxışlar konfransda iştirak edən xarici jurnalistlərə hesablanıb”
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri çingiz Əsgərov isə deyib ki, əslində, bu tədbirdə hökumətin əleyhinə edilən çıxışlar konfransda iştirak edən xarici jurnalistlərə hesablanıb: “Burada yerli vətəndaşlar tərəfindən edilən bəzi çıxışların ingilis dilində olması da bunu göstərdi. Halbuki tədbir iştirakçılarının böyük əksəriyyəti yerli QHT və KİV nümayəndəsidir”.
ç.Əsgərov jurnalist Xədicə İsmayılovanı başqalarının şəxsi həyatına müdaxilə etməkdə də ittiham edib: “Amma onun şəxsi həyatı ilə bağlı hansısa məqamlar ortaya çıxanda deyir ki, mənim şəxsi həyatım sizin işiniz deyil. Bu, nə qədər düzdün və ədalətli yanaşmadı?”.
Azərbaycanın beynəlxalq imici Almaniyanın müzakirə predmeti deyil
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə konfransın gündəliyinə Almaniyadan olan millət vəkili, Bundestaqın Yaşıllar Partiyasından olan üzvü Volker Bekin “Azərbaycanın Avropadakı beynəlxalq imici” adlı məruzəsinin daxil edilməsinə münasibət bildirib.
“İlk dəfədir görürəm ki, xaricdən olan bir millət vəkili Azərbaycanın Avropadakı imici ilə bağlı məruzə etsin”, - deyə komitə sədri bildirib. Azərbaycanın “Avropa ailəsi”nin bir üzvü olduğunu qeyd edən Ə.Hüseynli bildirib ki, məruzənin Avropadan, yaxud da Avropa Şurasından Azərbaycana baxış şəklində hazırlanması daha məntiqəuyğun olardı: “Almaniyadan olan bir nəfər Azərbaycanın imici barədə danışa bilməz”.
Əli Hüseynli, həmçinin, konfransda QHT qanunvericiliyi ilə bağlı bəzi iradlarla da razılaşmadığını, mövcud qanunvericiliyin Avropa standartlarına uyğun bir sənəd olduğunu da vurğulayıb.
“İstintaqın ilk mərhələlərindən Xədicə İsmayılova istintaqı hədəf seçib, əsassız bəyanatlarla çıxış edib və istintaqla bağlı cəmiyyətdə mənfi rəy yaratmağa çalışıb”
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev çıxışında qeyd edib ki, jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı, ictimaiyyətə yalnız istintaq sirri hesab olunmayan məlumatlar verilib. Onun sözlərinə görə, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə bağlı rəsmi müraciəti, Baş Prokurorluğa bu il martın 14-də daxil olub: “Müraciət dərhal Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb və ərizədə göstərilən məqamların araşdırılması barədə tapşırıq verilib. Martın 15-də isə Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi həyatının toxunulmazlığının pozulması) maddəsi ilə cinayət işi başlanıb və işin istintaqı Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb. Hazırda, cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
O. İsayev deyib ki, istintaqın ilk mərhələsində X.İsmayılova nümayəndəsinin iştirakı ilə dindirilib, ona zərərçəkmiş şəxs qismində tanındığı bildirilməklə, hüquq və vəzifələri izah olunub: “Lakin elə istintaqın ilk mərhələlərindən Xədicə İsmayılova istintaqı hədəf seçib. Qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin aparılmasına baxmayaraq, o, qeyri-səmimilik nümayiş etdirib, əsassız bəyanatlarla çıxış edib, istintaqla bağlı cəmiyyətdə mənfi rəy yaratmağa çalışıb. Onun iddiaları tamamilə əsassızdır. Yeri gəlmişkən, bu barədə Baş Prokurorluğun mətbuat xidməti də ətraflı məlumat verib. Amma mən bir daha vurğulayıram ki, istintaqın gedişatı ilə bağlı ictimaiyyətə istintaq sirri hesab olunmayan məlumatlar verilib, həmin məlumatlarda hər hansı şəxsin şəxsi və ailə sirri hesab olunan informasiyalar əks etdirilməyib”.
“Almaniyadan fərqli olaraq, Azərbaycanda neonasizm, neofaşizm hökm sürmür və ölkəmizdə insanlar dini, etnik və irqi mənsubiyyətlərinə görə ayrı-seçkiliyə, təqiblərə və faciələrə məruz qalmırlar”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib: “Sərhədsiz Reportyorlar Təşkilatı”nın Almaniya nümayəndəsi cənab İnqo Petz qeyd etdi ki, Almaniyadakı bəzi təşkilatların fəallığı sadəcə olaraq, ölkəmizdə keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ilə bağlıdır. Əlbəttə ki, bu, onun şəxsi mövqeyidir. Onu qeyd etmək istəyirəm ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı, Azərbaycan hökuməti tərəfindən prinsipial bir məsələ kimi qəbul edilir. Azərbaycanda söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması hökumətin strateji məqsədidir. Ona görə də, Azərbaycan hökuməti və xalqı hər zaman öz milli mətbuatını prinsipiallıqla müdafiə edəcəkdir və bəzi antiazərbaycançı mərkəzlərin Azərbaycan mətbuatının bir hissəsindən “beşinci kolon” kimi istifadə etməsinə yol verməyəcəkdir”.
Almaniya Yaşıllar Partiyasının Bundestaqdakı nümayəndəsi Volker Bekin ölkəmizə dair səsləndirdiyi ittiham və böhtanlara cavab verən Hikmət Babaoğlu qeyd edib ki, Almaniyadan fərqli olaraq, Azərbaycanda neonasizm, neofaşizm hökm sürmür və ölkəmizdə insanlar dini, etnik və irqi mənsubiyyətlərinə görə, ayrı-seçkiliyə, təqiblərə və faciələrə məruz qalmırlar: “Almaniyada bu gün də türklərin, yunanların başlarını kəsirlər. Bu gün Almaniyada bir qisim Volker Beklər var ki, Azərbaycana qarşı yürüşlər keçirir. Aydındır ki, NABUCCO layihəsindən arzu etdiyi siyasi-iqtisadi dividendləri əldə edə bilməyən Almaniya “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən, insan haqları və demokratiya məsələlərindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir”.
NURLAN QƏLƏNDƏRLİ
HüLYA MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

