Geostrateji maraqlar toqquşursa...
27.02.2024 [10:45]
Zəngəzur dəhlizinin reallaşması niyə ləngiyir?
Regional və beynəlxalq güc mərkəzlərinin Zəngəzur dəhlizi üzərində geostrateji maraqlarının toqquşması intensiv hal alıb. Bu dəhliz həmin güc mərkəzlərinin Cənubi Qafqazla bağlı siyasi gündəmində xüsusi əhəmiyyət kəsb edir.
Sözügedən dəhliz, həqiqətən həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz, həm Anadolu regionu üçün xüsusi önəm daşıyır. Üç regionu coğrafi cəhətdən bir-birinə birləşdirən Zəngəzur dəhlizi beynəlxalq ictimaiyyətin Orta Dəhlizə marağının artmasına, eləcə də bu dəhliz üzərindən logistik yüklərin Türkiyəyə və Avropayatez bir zamanda daşınmasına imkan yaradacaq. Xüsusilə vurğulayaq ki, Çinin “Bir kəmər, bir yol” layihəsinin Avrasiyadakı şimal və cənub yolları ilə müqayisədə Orta Dəhliz daha münasib və sərfəli yol hesab olunur.
Bütün faktorları nəzərdən keçirsək görürək ki, Zəngəzur dəhlizi nəinki Çin və Rusiya, hətta ABŞ və Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Təəssüf ki, hazırki dövrdə regional və bəzi beynəlxalq güc mərkəzlərinin Ermənistan üzərində geostrateji maraqlarının toqquşması bu dəhlizin həyata keçməsinə ciddi əngəl yaradır. Etiraf etməliyik ki, son zamanlar Rusiya, İran, Fransa və ABŞ-nın Cənubi Qafqazla bağlı siyasi gündəmində Ermənistan siyasi mübarizə poliqonuna çevrilib.
İlk növbədə Rusiyanın bu dəhlizə yanaşmasını nəzərdən keçirək. Cənubi Qafqazı hər zaman öz arxa baxçası hesab edən Moskva Zəngəzuru özünün strateji maraqları üçün əhəmiyyətli hesab edir və bu bölgəni öz əlindən buraxmaq istəmir. Moskvanın baxışında bu bölgə Rusiyanın Yaxın Şərqə çıxışına imkan yaradacaq ikinci münasib yol kimi görülür. Bu səbəbdən Rusiya Zəngəzur dəhlizinə birbaşa nəzarət etmək istəyir. Moskva bu dəhliz boyunca öz qoşunlarını yerləşdirmək niyyətindədir.
Təbii ki, Moskva bu məsələdə müəyyən qədər haqlı ola bilər. Çünki 2020-ci ilin noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan bəyanatın 9-cu müddəasına görə, Ermənistanın cənub ərazilərində Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyasının təhlükəsizliyini birbaşa Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir.
Lakin Paşinyan hakimiyyəti ABŞ və Fransanın təlimatlarına boyun əyərək üçtərəfli Bəyanatın bu müddəasına məhəl qoymur. Ancaq Moskva öz hədəfindən əl çəkəsi deyil. Kremldə hesab edirlər ki, Zəngəzur dəhlizi boyunca qoşunların yerləşməsi Rusiyanın Ermənistanda hərbi-siyasi təsir imkanlarını daha da artıracaq, habelə Cənubi Qafqazda geostrateji və geosiyasi mövqeyini möhkəmləndirəcək. Beləliklə, Moskva NATO-nun Ermənistana daxil olmasına imkan verməyəcək.
ABŞ, Fransa və Avropa İttifaqı isə bu dəhlizin Rusiyanın nəzarəti altında olmasını istəmir. Çünki hər üçü hesab edir ki, bu, onların Ermənistanla bağlı bütün planlarını alt-üst edəcək. Vaşinqton Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasında maraqlıdır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını (KTMT) və Avrasiya İttifaqını tərk etməsi və Rusiyanın Gümrüdəki hərbi bazasının ölkədən çıxarılması, bütün bunlardan sonra Ermənistanın Qərbə inteqrasiya etməsi ABŞ-nın Cənubi Qafqaz siyasətində prioritet məsələlər hesab olunur. Avropa İttifaqı da ABŞ ilə eyni mövqeyi bölüşür. Həm ABŞ, həm də Avropa İttifaqı Zəngəzur dəhlizinin ya Ermənistanın yurisdiksiyası, ya da Qərb qüvvələrinin nəzarəti altında olmasının tərəfdarıdır.
Fransa isə Zəngəzur dəhlizinin açılmasının əlehinədir. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 21-də Fransaya rəsmi səfər edib. Sözsüz ki, Paşinyanın bu səfər gündəliyində Fransa ilə Ermənistan arasında ikitərəfli diplomatik-siyasi əməkdaşlığın daha da gücləndirilməsi, Fransanın Ermənistanı müasir silah-sursatla silahlandırması və hərbi təhlükəsizlik sahəsində sazişlərin imzalanması kimi prioritet məsələlər olub.
Eyni zamanda, Nikol Paşinyan ölkəsinin hərbi müdafiəsinə və təhlükəsizliyinə zəmanət duracaq alternativ ölkə axtarışındadır. Bu da, təbii ki, Fransadır. Paşinyanın Azərbaycana qarşı heç bir əsası olmayan ittihamlar səsləndirməsi, ən əsası da Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı qərarı bunu sübut edir.
Rəsmi Parisdə hesab edirlər ki, Fransa Ermənistanda siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənəcəyi təqdirdə bu ölkə üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etməklə yanaşı Azərbaycana asanlıqla təzyiq edəcək. Belə demək mümkünsə, Ermənistan bu dəfə Fransanın koloniyası olacaq.
İran hakimiyyətinin mövqeyinə gəlincə, Tehran Zəngəzur dəhlizini özünün strateji maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə kimi görür. İranın hərbi-siyasi rəhbərliyi hesab edir ki, bu dəhlizin açılacağı təqdirdə Çin və Mərkəzi Asiyadan Türkiyə və Avropaya tranzit yüklərin daşınması İran ərazisindən deyil, məhz Cənubi Qafqaz üzərindən həyata keçəcək. Bu da İranın milyardlarca vəsait itirməsinə gətirib çıxaracaq. İkincisi, Tehranda belə düşünürlər ki, bu dəhliz Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə və Mərkəzi Asiyada təsir imkanlarının artmasına gətirib çıxaracaq. Məhz bu amillər İran hakimiyyətini Zəngəzur dəhlizinə qarşı çıxmağa vadar edir.
Amma Zəngəzur dəhlizinə rus qoşunlarının nəzarət edəcəyi təqdirdə İran hakimiyyəti öz mövqeyində dəyişiklik etməyə məcbur olacaq. Çünki Tehranın bu məsələdə Rusiya ilə qarşıdurmaya gəlmək imkanlarına malik deyil. Həmçinin Tehran Çin faktorunu da nəzərə alacaq.
Göründüyü kimi, Rusiya, İran, ABŞ, Avropa İttifaqı, Fransa və Türkiyənin Ermənistan üzərində geosiyasi maraqlarının toqquşması Zəngəzur dəhlizinin reallaşmasına ciddi əngəl yaradır. Bu, regionda qarşılıqlı əməkdaşlığın formalaşmasına yönələn prosesi ləngidir.
Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması iki halda mümkün ola bilər:
Birincisi, üçtərəfli Bəyanatda əks olunduğu kimi, dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarət edəcəyi halda mümkün ola bilər. Amma buna Paşinyan hakimiyyətinin razılıq verəcəyi inandırıcı görünmür.
İkincisi, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanır, Ermənistanın Türkiyə ilə sərhədləri açılır və münasibətləri normallaşır, ondan sonra isə Ermənistan Rusiyanın təsir dairəsindən tamamilə qopub Qərbə inteqrasiya edir. Təbii ki, bu da çox uzun zaman aparacaq.
Azərbaycanın prinsipal mövqeyinə gəlincə, rəsmi Bakı bu dəhlizin tez bir zamanda açılmasında və təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Azərbaycan təkcə özünün maraqlarını yox, həmçinin regionun gələcək sabitliyini də düşünür. Bu dəhliz Azərbaycan və Türkiyə ilə yanaşı Ermənistanın da xeyrinədir.
Yunis Abdulayev
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

