Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib YENİLƏNİB
05.03.2024 [15:41]
Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, R. Pənahov martın 5-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.
Aeroporta jurnalistlərə açıqlama verən Ruslan Pənahov qeyd edib: “Vətənə qayıtmaq çox yaxşı hissdir. Hazırda səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”.
R.Pənahov onu Vətənə geri qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. “Mən bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Ruslan Pənahovun Azərbaycana qaytarılması dövlətimizin gücünü, regionda söz sahibi olduğunu, yaratdığı yeni reallıqların bölgə ölkələri tərəfindən məcburi də olsa qəbul edildiyini bir daha göstərdi. Düzdür, Ermənistan tərəfi əsgərin geri qaytarılmasını özünün xoş niyyəti kimi qələmə verməyə çalışır. Amma bu, əslində, qətiyyən belə deyil. Çünki əgər Ermənistanın xoş niyyəti olsaydı, məsələni bu qədər uzatmazdı. Ermənistan bu addımı ölkəmizin heç bir vətəndaşını darda qoymayacağını, onlara sahib çıxdığını, bunun üçün nə lazımdırsa etməyə qadir olduğunu artıq dərk etdiyi üçün atıb.
Təbii, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, heç bir vətəndaşını, hərbçisini darda qoymayacaq və onlara yardım göstərmək, geri, Vətənə qayıdışını təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək. Bunu artıq Ermənistan da anlayır. Ona görə də vəziyyətin daha da gərginləşməməsi, ölkəmizin Ermənistana növbəti dərsi verməməsi üçün rəsmi İrəvan, belə demək mümkündürsə, qabaqdangəlmişlik edərək əsgərimizi Azərbaycana qaytarmağa razılaşıb.
Eyni zamanda, bildirməliyik ki, əsgərimizin geri qaytarılması Azərbaycan dövlətinin qətiyyəti, Ermənistana verilmiş ultimatumun nəticəsidir. Azərbaycan Vətən müharibəsində Qələbə qazanmaqla Ermənistan ordusu barədə mifi darmadağın edib, hərbi, iqtisadi və digər cəhədlərdən İrəvandan üstün olduğunu sübuta yetirib. Ona görə də Ermənistan artıq qəbul edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Dövlətimizin başçısı bununla bağlı bildirib: “Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”. İrəvan onu da yaxşı başa düşür ki, ölkəmiz heç bir şəhidinin, qətlə yetirilən günahsız vətəndaşının qisasını yerdə qoymur və qoymayacaq. Azərbaycan ona qarşı törədilən hər bir təxribata adekvat cavab verib. “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları, həmçinin 19-20 sentyabr tarixli antiterror tədbirləri düşmən təxribatlarına verilmiş layiqli cavabların, sadəcə, bir neçəsidir. Ona görə də Ermənistan anladı ki, bu dəfə bu hadisənin üzərindən təxribat törədərsə, nəticələr onlar üçün daha acınacaqlı ola bilər. Bu gün Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm də bacarıqlıdır. Bizim qisasımızı döyüş meydanında aldığımızı dəfələrlə vurğulayan Prezident İlham Əliyev bəyan edib: “Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik”.
Ermənistanla qarşılıqlı şifahi anlaşmaya əsasən, hava şəraitindən asılı olaraq azıb əsir düşən hərbçilər qısa zamanda, heç bir qeyd-şərt olmadan geri qaytarılmalıdır. Ermənistan öz ənənəsinə sadiq qalaraq bu dəfə də anlaşmanı pozdu, baş vermiş hadisədən öz məqsədləri üçün, siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan Ermənistan bu dəfə də bunu bacara bilmədi. Azərbaycan dövlətinin qətiyyəti və ciddi xəbərdarlığı qarşısında baş əyməyə məcbur oldu. Çünki bu gün qarşısında 1990-cı illərin Azərbaycanı deyil, güclü, qüdrətli, qalib Azərbaycan var. Rəsmi İrəvan artıq qəbul edir ki, Azərbaycana qarşı bütün iddialarından əl çəkmək məcburiyyətindədir. Çünki onun üçün bir yol var – dövlətimizin başçısının dediyi kimi: “... yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Bir sözlə, Ermənistan tərəfinin növbəti təxribat cəhdi fiaskoya uğradı. Azərbaycan isə hər zaman olduğu kimi, bu dəfə də heç bir vətəndaşının, əsgərinin, zabitinin, insanının taleyinə biganə qalmadığını bütün dünyaya göstərdi. Bu hadisə həm də Azərbaycanın regionda baş verən hadisələrdə diktə edən tərəf olmasının növbəti əyani təzahürüdür.
xxx
Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb, şərti sərhədi keçdiyi üçün Ermənistan tərəfindən saxlanılan Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Azərbaycana qaytarılıb.
Trend-in hadisə yerində olan müxbiri xəbər verir ki, Ruslanı gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.
Xəbər lenti
Hamısına baxİdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45

