"İslam Əməkdaşlıq Təşkilatı Modeli-2012" beynəlxalq təhsil proqramı layihəsi başa çatıb
05.06.2012 [23:05]
Dünən Bakıda, “Park Inn” otelində “İslam Əməkdaşlıq Təşkilatı Modeli-2012” beynəlxalq təhsil proqramı layihəsinin başa çatması və qaliblərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib. AzərTAc xəbər verir ki, layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyinin, Gənc Sahibkarlar Şəbəkəsinin və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə reallaşdırılıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov “İslam Əməkdaşlıq Təşkilatı Modeli” beynəlxalq təhsil proqramı layihəsi, onun məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, həmin proqram artıq ikinci ildir ki, həyata keçirilir. Layihənin əsas məqsədi İƏT ölkələri məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumlarında və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə kömək etmək, beynəlxalq münasibətlər üzrə nəzəri və praktiki biliklərin artırılmasına nail olmaqdır. Bu proqram, eyni zamanda gənc liderlərin beynəlxalq səviyyədə təmsilçilik işinə töhfə vermək məqsədi daşıyır.
Qeyd olunub ki, bu ilin aprelindən başlanan təhsil proqramında iki ay ərzində Bakıdakı ali təhsil müəssisələrinin 100-dək tələbəsi İƏT-in tarixi, onun struktur prinsipləri, müxtəlif qlobal məsələlər üzrə nəzəriyyələr ilə tanış olublar. İƏT ölkələrinin Bakıdakı səfirləri, səfirlik əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının nümayəndələri müvafiq mövzular üzrə tələbələrə mühazirə oxuyublar. Bundan başqa, tələbələrin yaratdıqları, İƏT-in aparıcı ölkələrini təmsil edən işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, müasir beynəlxalq layihələrdə islam ölkələrinin iştirakını və digər məsələləri müzakirə edərək həmin problemlərin həlli istiqamətində konkret təkliflərlə çıxış ediblər.
Bildirilib ki, layihənin yekunu olaraq, iyulun 4-dən 10-dək Rusiyanın Kazan şəhərində İƏT ölkələrində analoji layihənin qalibi olan tələbələrin iştirakı ilə “Beynəlxalq İƏT Modeli” yarışması keçiriləcək.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb. O deyib ki, İƏT son illər fəaliyyətini daha da genişləndirərək, dünyada BMT-dən sonra ikinci böyük təşkilat kimi formalaşıb. Azərbaycan-İƏT münasibətlərinin əhəmiyyətindən danışan E.İhsanoğlu ölkəmizin təşkilatda mühüm rolunu diqqətə çatdırıb, gənclərə ölkədə gedən quruculuq prosesində fəal mövqe tutmalarını arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək deyib ki, Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasında Ulu öndər Heydər Əliyevin böyük rolu olub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan A.Paşazadə E.İhsanoğlunun ölkəmizə səmimi münasibətinə, İƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyinə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vurğulayıb ki, Azərbaycan islam dünyasının bir parçası, onun ayrılmaz hissəsidir. Bu baxımdan İslam Modelinin Azərbaycanda keçirilməsi və bununla bağlı gənclərin müzakirələr aparması təsadüfi deyildir. ölkəmizdə hər zaman islama böyük önəm verilib. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə məscidlərin təmir edilməsi və müsəlmanların istifadəsinə verilməsi Azərbaycanda hər zaman mövcud olan islami dəyərlərə önəm verilməsinin parlaq nümunəsidir.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Azərbaycan müstəqil ölkədir və onun gənc, intellektual və gələcəyə yeni, təşəbbüskar, kreativ və innovativ ideyalarla baxan bir gəncliyi var. Gənclərimizin əldə etdikləri biliklər, intellektual potensial Azərbaycanın gələcək inkişafına və yeni mərhələyə keçməsinə, eləcə də gənclərin gələcəkdə önəmli mövqelər tutmasına xidmət edəcək.
Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, belə bir ölkəni beynəlxalq səviyyədə təmsil etməyin əhəmiyyətini vurğulayan Elnur Aslanov gənclərə müxtəlif sahələr üzrə biliklərini daim artırmağı, təkmilləşdirməyi və inkişaf yolu ilə irəliləməyi tövsiyə edib, onlara bu işdə uğurlar arzulayıb.
Tədbirdə digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb, İƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
İslam modelində qalib gəlmiş işçi qruplara və daha çox fərqlənən iştirakçılara xüsusi mükafatlar təqdim olunub. Qaliblər arasından Azərbaycanı həmin layihənin beynəlxalq yarışmasında təmsil edəcək qrup müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36

