AŞPA-da islamofobiya ən yüksək həddədir
08.03.2024 [10:20]
Təşkilat müxtəlif dini konfessiyalara, xüsusilə İslam dininə qarşı dözümsüzlük nümayiş etdirir
Hazırda dünyanın mənzərəsi olduqca mürəkkəbdir. Müəyyən beynəlxalq güclər milli dövlətləri özlərindən asılı vəziyyətə salmaq üçün siyasət aparır və bu da qarşıdurmalar, qanlı toqquşmalarla müşayiət olunur. Eyni zamanda, Avropada dini zəmində süni gərginliyin yaradılması, ictimai ziddiyyətlərin dərinləşdirilməsi cəhdləri mövcuddur. Bu da islamofobiyanın aşkar göstəriciləridir. Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir.
İslamofobiyanın kök saldığı məkan...
İslamofobiyanın kök saldığı beynəlxalq təşkilatlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Təşkilat tərəfindən yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması buna bariz nümunədir. Bu qərarın qəbul olunması üçün ciddi əsas yoxdur. Təşkilatda iki müsəlman ölkəsi var ki, onun da biri Azərbaycandır.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti AŞPA-nın işində həmişə fəal iştirak edib, müzakirələrə çıxarılan məsələlərə öz münasibətini bildirib, deputatlarımız qurumun komitə sədrləri, məruzəçiləri qismində çalışıblar. Azərbaycan nümayəndə heyətinin fəaliyyətində ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin bu məsələdə hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. Eyni zamanda, AŞPA-nın bəzi dairələrin əlində alətə çevrilməsi Azərbaycanın bu qurumdakı aktiv fəaliyyətinə obyektiv yanaşılmasına imkan verməyib. Yanvar ayında təşkilatın qəbul etdiyi qərəzli qərar da bunu təsdiqləyir.
30 il ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.
Mariya Zaxarova: İkili standartlar siyasəti, eqoizm, özünü başqalarından üstün tutmaq AŞPA-nın xarakterinə uyğundur
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında deyib ki, Avropa Şurası Parlament Assambleyasının bütün fəaliyyəti siyasiləşib. Bu qurum müxtəlif dini konfessiyalara, xüsusilə də İslam dininə qarşı dözümsüzlük nümayiş etdirir. O bildirib ki, Azərbaycanın vəkilə ehtiyacı yoxdur, özü AŞPA-nın cavabını verib. İkili standartlar siyasəti, eqoizm, özünü başqalarından üstün tutmaq AŞPA-nın xarakterinə uyğundur.
M. Zaxarova qeyd edib ki, AŞPA-da islamofobiya özünün ən yüksək səviyyəsinə çatıb, bu qəbuledilməzdir: “Rəsmi Bakı AŞPA-nı prezident seçkilərini müşahidə üçün dəvət etmədiyinə görə Azərbaycan anti-demokratiyada, insan hüquqlarını pozmaqda əsassız ittiham olundu. Bu ittihamlardan əvvəl Azərbaycan nümayəndə heyəti AŞPA-nın prezident seçkilərinə əsassız müdaxiləsi barədə məlumat verdi və qurumun ölkəyə yanaşmasında ikili standartlar siyasətinin tətbiq edildiyini diqqətə çatdırdı”.
Artıq bir sıra ölkələrin parlamentləri AŞPA-nın Azərbaycana qarşı qərarını yanlış adlandırıb və təşkilat rəhbərinə müraciət edərək öz səhvlərini düzəltməyə çağırıblar. Aydındır ki, AŞPA-nın qərəzli qərarının gerçək səbəbi müsəlman ölkəsi olan Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Lakin hər hansı ikili standartlar Azərbaycanın haqq yolunda irəliləməsinin qarşısını ala bilməz!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45

