Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 15 İYUN müstəqillik tariximizin dönüş nöqtəsidir

15 İYUN müstəqillik tariximizin dönüş nöqtəsidir

12.06.2012 [23:40]

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu dövlətçiliyimizin xilas günüdür. Bu baxımdan, Vətənini, xalqını sevən, həmçinin, o çətin və ağrılı günləri görən, yaşayan insanlar 15 İyun-Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldığını yaxşı bilirlər. Hər kəs anlayır ki, 15 İyun - ümummili liderimiz Heydər Əliyevin xalqının, dövlətinin taleyinə sahib çıxdığı bir gün olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda beynəlxalq münasibətlər sistemində xüsusi yerə malik, mühüm iqtisadi göstəricilərə və inkişafa imza atan, qısa müddətdə yerləşdiyi regionun lider dövlətinə çevrilən müasir Azərbaycanın təməlinin atıldığı gündür.
1993-cü ilin iyununda parçalanmanın, sözün əsl mənasında məhvin astanasında dayanan, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə ilə üzləşən Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışının ardından nəinki bu ağır günləri arxada qoydu, hətta qısa bir müddətdə siyasi stabilliyinə qovuşdu.
1994-cü il sentyabrın 20-də ümummilli liderimizin əsasını qoyduğu neft strategiyasının məntiqi nəticəsi və ölkəmizin inkişafında böyük paya malik “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın həyatında, iqtisadiyyatımızda inkişafa təkan verdi. Eyni zamanda, sonrakı illərdə atılan addımlar, görülən işlər modern, qüdrətli, varlı, hər bir vətəndaşının sosial rifahını təmin etməyi bacaran bir Azərbaycanın ortaya çıxmasında rol oynayan səbəblərə çevrildi. Bu mənada, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasının yeri xüsusi və əhəmiyyətlidir. Demokratik inkişaf yolunda əldə olunan nailiyyətlər, insan hüquq və azadlıqlarının qorunması, genişləndirilməsi istiqamətində aparılan davamlı fəaliyyət, ölkəmizdə yaradılan siyasi sabitlik bugünkü müasir və inkişaf etmiş Azərbaycanın təməl prinsiplərinə çevrildi.
Təkzibolunmaz faktdır ki, 15 İyun - Milli Qurtuluş Günü həm də qüdrətli və güclü Azərbaycanın təməlinin atıldığı gündür. Daha dəqiq desək, 15 iyun 1993-cü il bu günümüzün uğurları fonunda tariximizin dönüş nöqtəsidir. çünki 1993-cü ilin 15 iyunu Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük dühası sayəsində siyasi stabilliyinə qovuşmuş Azərbaycanın inkişafının əsasının qoyulduğu tarixdir. Müstəqilliyimizin əldə olunmasından ötən 21 il tarixi baxımdan çox qısa müddət sayılır. Amma əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs ölkəmizin bu qısa müddətdə böyük inkişaf yolu keçməsinə, çoxsaylı göstəricilərə imza atmasına imkan verib.
Azərbaycanın siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni inkişafının dərin təməllərini və respublikamızın iqtisadi, siyasi və sosial siyasətinin konseptual əsaslarını yaradan ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da zənginləşən mükəmməl strateji konsepsiyalar müasir Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ sayılır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da genişləndirməklə yanaşı, ölkəmizin dünya dövlətləri içərisində nüfuzlu və etibarlı tərəfdaşa çevrilməsində müstəsna rol oynayıb.
Xüsusilə qeyd etmək lazımdır ki, 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi strategiyanın daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına təkan verən strateji proqramların gerçəkləşməsi 2008-ci ildən sonrakı dövrdə Azərbaycanın siyasi və iqtisadi həyatında yeni  üfüqlər açdı. Qəbul olunan yeni inkişaf konsepsiyaları, miqyasına görə bütün ölkə ərazisini əhatə edən dövlət proqramları əhalinin sosial rifahının inkişafına, iş yerlərinin artmasına, neft və qeyri-neft sektorunun daha da yüksəldilməsinə, makroiqtisadi göstəricilərdə dayanıqlılığın və inkişafın əldə olunmasına yol açdı.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri qatdı.
Bu baxımdan, 2009-2013-cü illər üçün nəzərdə tutulan və sayca ikinci olan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icrası, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi kimi məsələlər yüksək səviyyədə həyata keçirilir.
ölkəmizdə İKT, sənaye, kənd təsərrüfatı kimi sahələrin inkişaf etməsi, bunun nəticəsində isə ərzaq təhlükəsizliyi məsələsinin öz həllini tapması, hətta süni peykimizin orbitə buraxılması kimi fundamental məqamlar onu deməyə əsas verir ki, Azərbaycan sürətlə inkişaf edir. Bundan başqa, ölkə iqtisadiyyatının ildən-ilə artması, bunun da nəticəsində dövlət büdcəsinin artımı sosialyönümlü layihələrin həyata keçirilməsinə və əhalinin problemlərinin öz həllini tapmasına imkan verir.
Göründüyü kimi, həm dünyanı bürümüş maliyyə-iqtisadi böhranın hələ də davam etməsi, həm də yeni dövrün tələbləri fonunda Azərbaycan mühüm nailiyyətə imza atıb. Yeri gəlmişkən, Azərbaycan az saylı dövlətlərdəndir ki, hər il maaşların və təqaüdlərin baza hissəsinin artmasına baxmayaraq, inflyasiya aşağı düşüb. Məhz, bu mənada Azərbaycan ildən-ilə varlanan bir ölkəyə çevrilir və bu varlanma ən əsası vətəndaşların həyatında özünü göstərir.
Azərbaycanın əldə etdiyi uğurlar təkcə sosial-iqtisadi müstəvi ilə yekunlaşmır. Son 8 ildə möhtərəm Prezident İlham Əliyev cənablarının fəaliyyəti nəticəsində Azərbaycanın bölgədə siyasi sabitliyin təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması təmin olunub. ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətdə açıq və çevik xətt Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla münasibətlərinə yeni çalarlar bəxş edib. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2012” yarışmasını möhtəşəm şəkildə təşkil etməsi bir daha Azərbaycanın nüfuzunu nümayiş etdirdi.
Bir sözlə, bütün bu uğurların və nailiyyətlərin əsasında 15 İyun - Milli Qurtuluş Günü atılmış dövlətçilik təməli dayanır. Bütün Azərbaycan xalqı Heydər Əliyev ideyaları əsasında müstəqil Azərbaycanın uğurlu inkişaf yolu ilə yeni uğurlar əldə edəcəyinə əmindir.
Kamilə Əliyeva,
millət vəkili
Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30