18 gün ərzində "Kapital bank"a sovet əmanətləri ilə bağlı 160 minə yaxın müraciət daxil olub
20.06.2012 [15:09]
İyun ayının 1-dən başlayaraq, ölkəmizdə sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi start götürüb. Məlum olduğu kimi, uzun müddət geniş müzakirələrə səbəb olan bu problem Azərbaycana keçmiş Sovet İttifaqından miras qalıb. Belə ki, uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələrinin pozulması, həmçinin, bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar meydana çıxan inflyasiya digər sovet respublikaları kimi, Azərbaycan vətəndaşlarının da keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Məlumatlara görə, sovet dövründə bankda 2 milyon 400 şəxsi hesab olub. Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılan bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilib və onlara görə 1993-1997-ci illərdə kompensasiyalar verilib. Əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı alsa da, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməyib və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalıb. Müqayisə üçün qeyd edə bilərik ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunub. 2006-cı il yanvarın 1-də isə manatın denominasiyası həyata keçirilib və beləliklə, beş min Azərbaycan manatı - köhnə manat bir yeni manata bərabər olub. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alır. Bu da onu göstərir ki, keçmiş SSRİ respublikaları arasında ən yüksək əmsal Azərbaycandadır. Bu da Azərbaycan dövlətinin sözügedən məsələyə həssas yanaşmasının göstəricisidir. Halbuki, Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli Qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb.
Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alan dövlət başçısı keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə dair Fərman imzalayıb.
Bu istiqamətdə artıq texniki işlərə start verilib. Məlum olduğu kimi, “Kapital bank”ın xidmət məntəqələrində əmanətçilərdən müraciətlərin qəbulu davam etdirilir. Müraciətlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi məqsədi ilə “Kapital bank” tərəfindən ümumilikdə, 143 məntəqə yaradılıb. Bu məntəqələrdən 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında fəaliyyət göstərir.
Bundan başqa, itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə məntəqə təşkil edilib. Digər rayon və şəhərlərdə bu qəbildən olan müraciətlər “Kapital bank”ın yerli filiallarında qəbul olunur.
Məlumat üçün bildirək ki, hazırda harada yaşamasından və ya harada qeydiyyatda olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşları əmanəti qoyduğu filiallara müraciət etməlidir. Onu da qeyd edək ki, məntəqələrin dislokasiya cədvəli Maliyyə Nazirliyinin www.maliyye.gov.az və “Kapital bank”ın www.kapitalbank.az internet saytlarında yerləşdirilib. Əmanət kitabçalarındakı kassa nömrəsini həmin cədvəldə axtarmaqla hansı məntəqəyə müraciət edəcəyinizi müəyyənləşdirə bilərsiniz. Eyni zamanda, kassa nömrəsini Maliyyə Nazirliyinin və “Kapital bank”ın saytında yaradılan “öz məntəqəni tap” bölməsinə daxil etməklə məntəqənin dəqiq ünvanını interaktiv xəritə üzərində də tapmaq olar. Nazirliyin və Bankın saytında yerləşdirilmiş kalkulyator vasitəsilə isə 1 yanvar 1992-ci il tarixinə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini hesablamaq mümkündür.
Maliyyə Nazirliyinin və “Kapital bank”ın saytlarında müvafiq ərizə formaları da yerləşdirilib. Odur ki, ərizəni doldurmaq üçün bankın filiallarında növbə gözləyib vaxt itirməyə dəyməz. Ərizə formasını əvvəlcədən dolduraraq çap etməklə, digər sənədlərlə birgə məntəqəyə hazır şəkildə gətirmək mümkündür.
Araşdırılması uzun zaman tələb etməyən hər bir müraciət cəmi bir neçə gün ərzində icra edilir. Prezident Fərmanına görə, sənədləri qaydasında olan bütün əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2013-cü il tarixinədək başa çatdırılacaq.
Hələ qarşıda böyük vaxt intervalı olmasına baxmayaraq, bank filiallarına böyük insan axını müşahidə olunur. Əmanətlərini daha tez almaq məqsədi ilə, “Kapital bank”a üz tutanların sayı gündən-günə artır. “Kapital bank” ASC-nin mətbuat xidmətinin açıqladığı məlumata əsasən, 18 iyun 2012-ci il tarixinə qədər fərdi birdəfəlik ödəmələrlə bağlı banka, ümumilikdə 151805 müraciət daxil olub. Bu müraciətlərdən 92227-si məntəqələrdən bankın Əmanətçilərə Birdəfəlik ödəmələrin Verilməsi Mərkəzinə ötürülüb. Göstərilən müddət ərzində 48146 əmanətçiyə ümumilikdə 28 322 095 manat məbləğində fərdi birdəfəlik ödəmə verilib.
İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə banka daxil olan müraciətlərin sayı isə 2719 olub.
ümumilikdə, 97 385 müraciət daxil olub. Bu müraciətlərdən 47 541-i məntəqələrdən bankın Əmanətçilərə Birdəfəlik ödəmələrin Verilməsi Mərkəzinə ötürülüb. Göstərilən müddət ərzində 17 896 əmanətçiyə ümumilikdə, 10 236 725 (10 milyon 236 min 725) manat məbləğində fərdi birdəfəlik ödəmə verilib.
İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə banka daxil olan müraciətlərin sayı isə 1 753 olub.
Cəmi 18 gün ərzində banka 160 minə yaxın müraciətin daxil olması əhalinin Prezidentin bu qərarına münasibətinin göstəricisidir. Bank filiallarına olan insan axını bu qərarı əhalinin çoxdan gözlədiyinə işarədir. Gözü yolda qalan insanlar onların sovet banklarında batmış əmanətini müstəqil Azərbaycan Respublikasının ödəməsini böyük təəccüb və minnətdarlıq hissi ilə qarşılayır.
Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşmasında dövlətin atdığı növbəti addım olan əmanətlərin qaytarılmasını ədalətin bərpası kimi dəyərləndirib. Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı deyib: “Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik”.
Ruhiyyə DAŞSALAHLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

