"BizNewsAsia" jurnalının Azərbaycan əlavəsi nəşr olunub
22.06.2012 [10:36]
ölkəmizin neft və qeyri-neft sektorunun inkişafı əsas götürülərək, iqtisadi sahədəki müvəffəqiyyətlərin sadalandığı əlavədə Azərbaycanın tərəqqisini əks etdirən qrafiklər, müxtəlif indikator cədvəlləri dərc olunub.
“Azərbaycan: iqtisadi müvəffəqiyyət tarixi” adlı məqalədə yazılır ki, Azərbaycanın iqtisadi uğuru neft, sistemli islahatlar və möhkəm liderlik faktorları ilə bağlıdır: “Yeni Azərbaycan Partiyasının Sədri və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev birinci dəfə 2003-cü ildə, ikinci dəfə isə 2008-ci ildə ölkə başçısı seçilib. Onun Prezidentliyi dövründə Şərq aləmində hələ görünməmiş iqtisadi inkişaf baş verib və islahatlar həyata keçirilib. İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub”.
Məqalədə vurğulanır ki, qlobal təhlükəsizlikdə yer almaq Azərbaycan üçün təzə deyildir: “Hələ XIX əsrdə Azərbaycan dünyanın neftə olan tələbatının yarısını ödəyirdi”.
Ermənistanın Azərbaycana təcavüzündən də bəhs edən məqalədə deyilir ki, Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olundu, 30.000 insan həyatını itirdi və 600.000 nəfər isə yurdundan didərgin düşdü. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik qazanmış Azərbaycanda yoxsulluğun azaldılmasından söz açan məqalədə daha sonra yazılır ki, hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 7 faizdir: “Bu gün Azərbaycan dünyada modern dövlət kimi tanınır. Azərbaycan hakimiyyəti dövlətin iqtisadiyyatını müasirləşdirir. Həmçinin, Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrini, eyni zamanda, mədəniyyətini, ədliyyə sistemini, təhsilini modernləşdirir”.
“Azərbaycanın qeyri-neft sektorunda 9,4 faizlik artım olub”, - deyə qeyd olunan digər yazıda isə Azərbaycanın neftin qiymətinin düşüb-qalxmasına baxmayaraq, stabil inkişaf etdiyi bildirilir və qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı artır. Həmin məqalədə qeyri-neft sektorundakı inkişaf, ölkə daxilində istehsal tempi araşdırılıb və yekun nəticə qrafiklərlə təsvir edilib.
“Azərbaycan yoxsulluğu və işsizliyi aradan qaldırmaq üçün köməkçi proqramlara müraciət edir” adlı məqalədə isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial islahatlardan və layihələrdən bəhs edilir. Burada Azərbaycan hakimiyyətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, həmçinin, səhiyyə, təhsil, ədliyyə, mədəniyyət, nəqliyyat, şirin su və sanitariya, enerji sektorlarında atdığı mühüm addımlar qeyd olunur.
Bundan başqa, əlavədə dərc olunmuş “Azərbaycan Müsəlman Dünyasında ilk respublika” məqaləsində Azərbaycanın qısa tarixinə toxunulub, ümummilli lider Heydər Əliyevin fəaliyyəti və ölkəmiz haqqında ümumi məlumat verilib, həmçinin, hazırki tərəqqi edən Azərbaycanın ümumi mənzərəsini ehtiva edən fikirlər yazılıb. Bu məqalədə xüsusi olaraq, Yeni Azərbaycan Partiyasına yer verilib: “Hakim Yeni Azərbaycan Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın yaradıcısı Heydər Əliyev 2003-cü ilə qədər onun Sədri olub. Sağ mərkəzçi olan Yeni Azərbaycan Partiyası Azərbaycanda icraedici və qanunverici hakimiyyətdə aparıcı rol oynayır. Yeni Azərbaycan Partiyası 1995, 2000, 2005 və 2010-cu illərdə parlament seçkilərində qalib olub. Hazırda Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatından 71 nəfəri bu partiyaya məxsusdur. Yeni Azərbaycan Partiyasının gənclər və qadınlar qolu da var. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də genişdir. Avropa Xalqlar Partiyası (EPP) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) bu əlaqələrdə əsas yeri tutur. 2009-cu ildən Yeni Azərbaycan Partiyası İCAPP-ın Daimi Komitəsinin üzvüdür”.
Eyni məqalədə Prezident İlham Əliyevin də fəaliyyətdən bəhs edən fikirlər yer alıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədridir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş İlham Əliyev 1985-1990-cı illərdə bu institutda mühazirə oxuyub. O, 1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti işləyib. İlham Əliyev Milli Məclisin üzvü də seçilib (1995, 2000). O, 2001-ci ildə Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, 2005-ci ildə isə Sədri seçilib. İlham Əliyev 2003 və 2008-ci illərdə Azərbaycanın Prezidenti seçilib. Hazırda O, Azərbaycanın modernləşdirilməsi siyasətini həyata keçirir”.
Bununla yanaşı, jurnalda Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsindən, ölkəmizin “Eurovision-2012” mahnı yarışmasına ev sahibliyi etməsindən, yarışmanın yüksək səviyyədə təşkil olunmasından geniş söz açılıb.
Qeyd edək ki, “BizNewsAsia” jurnalı ayrı-ayrı iqtisadi inkişaf fenomenlərini tədqiq edən beynəlxalq səviyyəli dərgidir.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

