Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ICAPP rəhbərliyi "Yeni Azərbaycan" və "Səs" qəzetlərinin redaksiyalarında olub

ICAPP rəhbərliyi "Yeni Azərbaycan" və "Səs" qəzetlərinin redaksiyalarında olub

22.06.2012 [10:36]

Dünən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) rəhbərliyi ölkəmizin aparıcı mətbu orqanları - “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin redaksiyalarında olub. Görüşdə YAP-ın xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, ICAPP-ın yaradıcısı və həmsədri Jose de Venecia, ICAPP-ın baş katibi və həmsədri Chung İyu Yung, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və mətbuat nümayəndələri iştirak ediblər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetin yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. H.Babaoğlu “Yeni Azərbaycan” qəzetinin Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başladığını və sonrakı mərhələdə ictimai-siyasi qəzet kimi formalaşdığını qeyd edib. Hazırda bu qəzet gündəlik tirajına görə respublikada ilk üçlükdə yer alır.
Baş redaktor qəzetin nəşr olunmağa başladığı dövr olan 1990-cı illərin əvvələrinin ölkə üçün ağır bir mərhələ olduğunu bildirib: “ölkəmiz yeni müstəqillik əldə etdiyi ərəfədə Ermənistan ordu birləşmələri tərəfindən təcavüzkar hücumlara məruz qaldı. Bunun nəticəsində 250 mindən artıq azərbaycanlı öz tarixi torpaqları olan Ermənistan Respublikasından didərgin salındı. Eyni zamanda, Azərbaycanın BMT tərəfindən tanınan dövlət sərhədləri içərisində yerləşən 7 rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan tərəfindən işğal olundu. Lakin hamımıza yaxşı məlumdur ki, Ermənistan bu işğalda tək deyildi. Ona havadarlıq edən şimal qonşumuz ayrı-ayrı siyasiləşmiş hərbi hissələrinin köməyilə Ermənistana yardım göstərib. O dövrdə Azərbaycan iqtisadi baxımdan da böyük çətinliklərlə üzləşmişdi. ölkə iqtisadiyyatı çökmüşdü, güclü inflyasiya müşahidə olunurdu. Bütün bunları xatırlatmaqda əsas məqsədimiz qəzet nəşrinin o dövrdəki çətinliyini ifadə etməkdir”.
Hikmət Babaoğlu onu da qeyd edib ki, müstəqilliyin ilk illərindən fərqli olaraq bu gün Azərbaycanda mətbuatın inkişafı üçün hər bir şərait var. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu öndər bütün sahələrdə olduğu kimi mətbuatın inkişafı istiqamətində də əsaslı addımlar atdı. Bunun bariz göstəricisi kimi KİV üzərində senzura ləğv olundu, media qurumlarının müstəqil inkişafına şərait yaradıldı. Onun qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafına xüsusi diqqət göstərir. Mətbuatın, bütövlükdə kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı dövlət başçısının sərəncamları əsasında həyata keçirilən çoxsaylı tədbirlər də bunu sübuta yetirir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində qonaqlara qəzetin tarixi əhəmiyyəti haqda məlumat verərək bugünki inkişaf perspektivlərinə toxunub: “Səs” qəzeti Azərbaycan müstəqilliyə qovuşmazdan öncə - 1991-ci ildən başlayaraq fəaliyyət göstərir. Həmin dövrlərdə Yeni Azərbycan Partiyasının təşkilatlanma mərhələsi məhz bizim qəzetimizdə dərc olunan məqalələr, çıxışlardan başlayıb. 1992-ci ildə partiya yarandıqda artıq qəzetimizdə partiya ilə bağlı məlumatlar dərc olunurdu. Biz öz fəaliyyətimizi dünya standartlarına uyğun formada qurmuşuq. Belə ki, qəzetin bazasında bir neçə qurum fəaliyyət göstərir. Bunlar “Səs” İnternet Televiziyası, “Səs” İnformasiya Agentliyi, “SİAsport” idman portalıdır. Bu qurumların hər birinin beynəlxalq aləmə çıxışı var. Biz düşünürük ki, gələcəkdə internet televiziyamız da bir neçə dildə faəliyyətini davam etdirməlidir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk”.
Sonra ICAPP-ın həmsədri Jose de Venecia Bakıya səfərlərinin məqsədi haqda məlumat verib və qəzetləri fəaliyyətlərinə görə təbrik edib: “Biz sabah (bu gün - red.) keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq konfransında iştirak edəcəyik. Qurumda 350-dən artıq hakim, müxalif, müstəqil partiyalar fəaliyyət göstərir. Biz sizin qəzetlərinizlə belə yaxından tanış olduğumuza görə məmnunuq. Eyni zamanda informasiya yayımı baxımından kifayət qədər önəmli rol oynayan fəaliyyətinizə görə də təbrik edirik. ölkə başçısı İlham Əliyevin uğurlu beynəlxalq və daxili siyasəti, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun fəaliyyəti, ölkə daxilində yoxsulluğun bu qədər azaldılması və bir sıra digər faktlar analoqu olmayan göstəricilərdir. Bütün bunlar Azərbaycanın sürətli inkişafının bariz nümunələridir. Eyni zamanda qeyd etmək istərdim ki, YAP xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Azərbaycanın ən tanınmış siyasi xadimlərindən biri olaraq beynəlxalq aləmdə kifayət qədər önəmli işlər görür. O, gördüyü işlər timsalında Azərbaycanı kifayət qədər uğurla təmsil edir”.
Daha sonra çıxış edən ICAPP-ın baş katibi və həmsədri Chung İyu Yung da öz növbəsində bu gün keçiriləcək tədbirin əhəmiyyətindən və beynəlxalq aləmdə Azərbaycana bəslənən etimaddan danışıb: “Bu konfrans bizlər üçün çox önəmlidir. Biz əminik ki, konfrans indiyə kimi ICAPP tarixində keçirilən ən önəmli tədbirlərdən biri olacaq. Biz bu tədbirin təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Hamıya məlumdur ki, Azərbaycanda bir çox siyasi uğurlara imza atmış Yeni Azərbaycan Partiyası ən önəmli təşkilatdır. Eyni zamanda YAP yalnız ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuza sahibdir. Noyabrda Baş Assambleya keçiriləcək və sonda deklorasiya qəbul olunacaq. Biz həmin deklorasiya ilə bağlı fikir mübadiləsi aparacağıq. 20 ildir fəaliyyət göstərən qurumumuz son iki ildə uğurları ilə xüsusi seçilir. Sabahkı iclasda 50 nəfər iştirak edəcək və kifayət qədər önəmli məsələlər müzakirələr ediləcək. Bir sıra beynəlxalq tədbirlərdə öz gücünü sübut etmiş Azərbaycan dövlətinin bu tədbiri və noyabrdakı məsuliyyətli assambleyanı da uğurla başa vuracağına əminik”.
Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30