Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Veteranlar Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin atdığı addımlara dəstək verirlər

Veteranlar Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin atdığı addımlara dəstək verirlər

23.06.2012 [10:47]

Azərbaycan Respublikası Veteranlar Şurasının bu istiqamətdə fəaliyyəti örnək təşkil edir
Heç kəsə sirr deyil ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən rəsmi Bakı bütün səylərini problemin həllinə yönəldib. Bunun üçün ölkənin iqtisadi potensialı xeyli gücləndirilib, aparılan düşünülmüş və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxil olub. Bununla yanaşı, Azərbaycan digər sahələrin də inkişafı, o cümlədən, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində ciddi işlər görür. Son bir neçə il ərzində həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin böyük inkişaf yolu keçməsi bunun bariz göstəricisidir. Eyni zamanda, münaqişənin diplomatik yolla həllinə yönəlmiş çox mühüm addımlar da atılıb və bu gün də atılmaqdadır. Bu istiqamətdə Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, xarici müttəfiqlərimizin sıralarının genişləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Təbii ki, ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin səyləri ilə kifayətlənməməliyik. Dövlətin bütün strukturları ilə yanaşı, ictimai institutlar və vətəndaş cəmiyyətinin üzvləri də güclərini səfərbər etməli, bu ümummilli işə dəstək verməlidirlər. Sevindirici haldır ki, bu gün cəmiyyətimizin əsas etibarilə, bütün təbəqələri dövlətin bu istiqamətdə apardığı qətiyyətli, ardıcıl siyasətə dəstək verir, onlar da öz əməli fəaliyyətləri ilə Azərbaycanın haqq işinin müsbət sonluqla tamamlanmasına yardımçı olurlar. Azərbaycan Respublikası Veteranlar Şurasının fəaliyyəti də bu mənada örnək təşkil edir. Şura üzvləri bütün görüşlərində və iştirak etdikləri tədbirlərdə Dağlıq Qarabağ münaqişəsini əsas prioritet olaraq gündəmə gətirir, diqqətin bu yönə cəlb edilməsinə nail olurlar.
Qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar Şurası beynəlxalq təşkilatlara və onların rəhbərlərinə, diplomatik korpus təmsilçilərinə müxtəlif dövrlərdə müraciətlər edərək onları Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərməyə çağırıb. Dünya Veteranlar Federasiyasının 2010-cu ildə keçirdiyi “Veteranlar və Müharibə Qurbanları ilə bağlı Qanunvericilik üzrə Beynəlxalq Konfrans”da bəyanat yayaraq bir daha diqqəti Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktdır, işğalçı ölkə və işğal edilən ölkə var. Lakin təəssüflər olsun ki, bir sıra qüvvələr xalqların taleyini düşünməyərək öz mənafeləri mövqelərindən hərəkət edir, işğalçı dövlətlə işğal ediləni bərabərləşdirir və bu ədalətsiz münaqişənin illərlə uzanmasına səbəb olurlar. Azərbaycan və azərbaycanlılar bu gün bu faciəni yaşayırlar”.
Veteranlar Şurasının 2012-ci il iyun ayının 12-də ATƏT sədri İmon Gilmora müraciətində də işğal faktı ilə bağlı məlumatlar verilir, Azərbaycanın haqq işi onun diqqətinə çatdırılır: “Sizdən xahiş edirik ki, bizim 21 dekabr 2011-ci il tarixli 357 nömrəli məktubumuzu və ona əlavə edilmiş, Azərbaycan İkinci Dünya müharibəsi veteranlarının ATƏT-in Minsk qrupu ölkələri prezidentlərinə 29 sentyabr 2011-ci il tarixli Müraciəti, orada qaldırılmış məsələləri geniş və ətraflı müzakirə edib, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsi üçün qəti sözünüzü deyəsiniz”.
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə ünvanlanan məktubda isə bir müddət öncə Senatda müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” iddialarını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinə etiraz bildirilir. Qeyd olunur ki, Azərbaycan veteranları beynəlxalq qanunlara, konkret qərarlara məhəl qoymayaraq, Azərbaycan torpaqlarını işğal və talan edən, soydaşlarımıza qarşı soyqırımı həyata keçirən Ermənistan rəhbərliyinin əsl faşist və nasist cinayətlərinə göz yummaqla qəbul edilmiş bu qanuna kəskin etirazını bildirir.
Veteranlar Şurasının, həmçinin, ABŞ prezidenti Barak Obamaya, dövlət katibi xanım Hillari Klintona, Rusiyanın keçmiş prezidenti, indiki baş naziri Dmitri Medvedevə ünvanlanan müraciətlərində də erməni faşizminin iç üzü açılır, Ermənistan dövlətinin işğal siyasətinin bölgənin gələcəyi üçün yaratdığı təhlükələr vurğulanır. Veteranlar beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa, beynəlxalq konvensiyaların və hüququn ali prinsiplərinin yerinə yetirilməsinə, işğal faktına son qoyulmasına çağırırlar.
AQŞİN
Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30