Xanın kəndini nura boyayan tonqal
20.03.2024 [09:45]
Ulu əcdadlarımızın yazın gəlişinə duyduqları sevinc hissi ilə qeyd etdikləri Novruz bayramı əsrlərdən üzü bəri keşməkeşli və şərəfli yollar keçərək bu gün Xanın kəndində nuru səmanı aydınladan bayram tonqalı ilə rövnəqləndi.
Türlü-türlü adət-ənənələri ilə əlamətdar olan Novruzun sevdiyim atributlarından biridir odlar ölkəsini mənalandıran tonqalı. Tonqal ulularımızdan bizə yadigar qalan ayindir, göndərişdir. Elə bir ayin ki, sevinci də, kədəri də özündə eyni dərəcədə şəkilləndirir. Babalarımız məktubun, radionun, telefonun yox zamanlarında sevinclərini də, kədərlərini də uca yerdə qaladıqları tonqallar vasitəsi ilə bir-birinə xəbər edərmişlər.
Əsrlərin bu tayında, 2024-cü ilin 18 martında qədim Azərbaycan torpağı, Pənah xanın yurdu Xankəndidə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev tərəfindən qalanan bayram tonqalı mənə ilk növbədə məhz bu xəbərləşmə ayinini xatırlatdı. Altı ay öncə azadlığı ilə xalqımızı illərdir həsrəti olduğu suverenliyə qovuşduran Xankəndi şəhərində qalib sərkərdəmiz tərəfindən yandırılan tonqal bu ali xəbəri sanki bütün dünyaya car çəkdi. Onun kor qalan gözlərinə, kar olan qulaqlarına bir daha, təkrarən dedi: “Qarabağ Azərbaycandır!”
Novruz tonqalının daha bir gözəl əlaməti var. O tonqaldan atlanarkən “ağırlığım, uğurluğum odda yansın”- deyərlər. Biz də suverenliyimizin ilk Novruzunda ötüb keçən bütün dərdlərimizin, ağrı-acılarımızın, həsrətlərimizin odda yanmasını dilədik. Azadlığın ilk bayram tonqalı üç onillikdə bu torpaqlarda “hakim olmuş” pislikləri, mənfurluqları yandırıb külə sevirdi, havaya sovurdu. Əvəzində yeni, azad günləri müjdələyən əbədi məşələ çevrildi.
Axı od həm də azadlığın, yeniliyin nişanıdır. Köhnəlikdən azad olmaq, günahlardan arınmaqdır. Azərbaycan xalqı üçün də azad, firavan həyat, yeni gün doğur. Xüsusən, 30 il öz ev-eşiklərindən, doğma ocaqlarından uzaq qalmış yurddaşlarımızın həsrəti sona yetib. Bu gün bayram tonqalı qalanan Xankəndi və bütün Qarabağımız özünün əsl sahiblərinə, doğma övladlarına qucaq açmağa hazırlaşır.
Eyni zamanda, bu, qarşı tərəfə günahlarından arınmaq, yeni və təmiz başlanğıclara rəvac vermək, regionda sülhü bərqərar etmək üçün göndərilən növbəti mesajdır.
Əzəldən od əcdadlarımız üçün gücün, qüvvətin rəmzi olub. Ali Baş Komandan, qalib ölkənin qalib lideri İlham Əliyev Xankəndinin mərkəzində- “Zəfər meydanı”nda qaladığı bayram tonqalı ilə özünün gücünü, qüdrətini, “Dəmir yumruğ”un şücaətini bir daha bütün dünyaya sübut etmiş oldu.
Bəli, artıq Azərbaycan əbədiyyən öz torpaqlarının hakimi, tək sahibidir. Bundan sonra bu Novruz tonqalları onun hər guşəsində xalqının və onun qətiyyətli liderinin gücünü hər kəsə təkrar-təkrar sübut edərcəsinə əbədi yanacaq.
Suveren Azərbaycanımızın ilk Novruz bayramı mübarək olsun!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45

