/ / Gəncədə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək" mövzusunda elmi-praktiki konfrans keçirilib
Gəncədə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək" mövzusunda elmi-praktiki konfrans keçirilib
17.07.2012 [00:14]
İyulun 14-də Gəncədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, respublikanın nüfuzlu mətbuat orqanlarının və bölgə qəzetlərinin rəhbərləri iştirak ediblər.
Konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Gəncə şəhərində inşa olunacaq Mətbuat evinin təməlqoyma mərasimi keçirilib. Bir il müddətinə tikilməsi nəzərdə tutulmuş dördmərtəbəli binanın ümumi sahəsi 2600 kvadratmetrdir. Mətbuat evində konfrans zalları, inzibati otaqlar, qonaq evi və.s fəaliyyət göstərəcək. Bina müasir avadanlıqla təchiz olunacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada (hazırda burada Azərbaycan Dövlət Aqrar Universiteti yerləşir) öz işinə başlayan konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən başlanan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində qazanılan uğurlardan bəhs edib. O, son illər Gəncədə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən layihələrdən söz açıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın tarixindən və müasir mərhələdə inkişafından bəhs edən geniş məruzə ilə çıxış edib.
Gəncənin Azərbaycanın milli dövlətçilik tarixindəki əvəzsiz yerindən söz açan Əli Həsənov deyib ki, Həsən bəy Zərdabinin 170 illik yubileyi tədbirlərindən birincisinin məhz burada keçirilməsi təsadüfi deyildir. Milli mətbuatımızın banisi, görkəmli ictimai xadim və böyük təbiətşünas alim Həsən bəy Zərdabinin yubileyinə həsr olunmuş tədbirlər Gəncədən sonra digər bölgələrdə də keçiriləcək.
Azərbaycan milli mətbuatının çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçdiyini vurğulayan Əli Həsənov deyib ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
Həsən bəy Zərdabi öz dövrünün ən böyük azərbaycanlısı idi. O, millətinin inkişafı, maariflənməsi naminə bütün ömrünü şam kimi əridib.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb: “1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuatımızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Bu ənənənin də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur”.
ümummilli liderimiz Heydər Əliyevin mətbuata dövlət qayğısı siyasətinin bu gün də davam etdirildiyini söyləyən Əli Həsənov bildirib ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, sözün həqiqi mənasında, azad, demokratik mətbuatın formalaşmasına yönəlib: “Biz azad, demokratik mətbuatı Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edən mühüm amil kimi dəyərləndiririk”.
Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Jalə Əliyeva, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədov və “Azərbaycan” qəzetinin Gəncə üzrə bölgə müxbiri Əhməd İsayev çıxış edərək, Həsən bəy Zərdabinin milli mətbuatımızın yaranması və yeni dəyərlərlə zənginləşdirilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar. Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirən natiqlər, ölkə rəhbərliyinin hər zaman mətbuatımıza xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıblar.
Konfransa yekun vuran Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri çıxışlarda səslənən fikirləri yüksək dəyərləndirib, dövlətimizn hər zaman Həsən bəy Zərdabi irsinə böyük diqqətlə yanaşdığını bildirib və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

