Suverenliyini bərpa etmiş Azərbaycanın ilk məzunları...
15.06.2024 [11:10]
Dünən Azərbaycanın bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalındı. 11 il ərzində biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Əslində, builki məzunlar daha fərqli, daha qürurludurlar. Çünki onlar ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ilk məzunları sayılırlar!
2023-2024-cü tədris ilini əlamətdar edən başqa məqamı da qeyd etməliyik. Azad edilən əzəli torpaqlarımızdakı məktəblərdən məzun olanlarımız da var. Onlar Qarabağ torpaqlarındakı məktəbin məzunları olaraq bir məslək, bir əqidə uğrunda təhsil aldılar. Elmli, savadlı və sabahın qurucusu olaraq yetişməkdədirlər. Azərbaycan gəncliyinin bir qismi məhz azad edilmiş rayonlarımızdakı məktəbdən boy atır...
Unutmayaq ki, torpaqlarımızın işğalı nəticəsində təkcə Füzuli rayonunda 100-ə qədər orta təhsil və texniki peşə məktəbi ermənilər tərəfindən məhv edilib. Digər qədim yaşayış məskənlərimizdən biri olan Qubadlıda yaşı 100 ildən çox olan ilk dünyəvi məktəb də ermənilər tərəfindən dağıdılıb. Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin işğalı nəticəsində isə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları məhv edilib. Şuşa Realnı Məktəbi də ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Ağdam şəhərində musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat məktəbi, iki peşə məktəbi, həmçinin Uşaq Şahmat məktəbi uşaq-gənclər idman məktəbi, ekoloji tərbiyə və təcrübəçilik məktəbi, tibb məktəbləri, texniki yaradıcılıq mərkəzi və gənclər yaradıcılıq mərkəzi fəaliyyət göstərirdi.
Amma dövlətimizin Qarabağda apardığı irimiqyaslı tikinti-quruculuq işləri çərçivəsində məktəblərin də tikilib yenidən istifadəsinə start verilib. Bu sahədə ilk müjdə Zəngilanın Ağalı kəndindən oldu. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə 5 ümumi təhsil müəssisəsində 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır. Həmin ərazilərdə 13 ümumi təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 2 ümumi təhsil müəssisəsinin tikintisi yekunlaşıb. 6 ümumi təhsil müəssisəsinin isə təmir-tikintisinə başlanılacaq.
32 il gecikən “Son zəng”...
Zəngilanın Ağalı kəndində ötən tədris ilində “Son zəng”in sədalarını eşitmişdik. Bu il isə işğaldan azad edilmiş digər ərazilərimizdə bu səsin sədası ətrafa yayıldı. Dünən Xocalı şəhər 1 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar. 1992-ci il mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı...
Bu, Xocalı azadlığa qovuşduqdan sonra çalınan ilk “Son zəng”dir.
Füzulidə 8 nəfər məzun oldu...
Dünən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.
Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə məzun günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın şagird son məzun olub. 1993-cü ildə Füzuli rayonunun ərazisi erməni hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il rayonda son zəng qeyd edilməmişdi.
102 min 120 nəfər məzun oldu
Qeyd edək ki, bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirib. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 1 milyon 706 min 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 150 min 445 nəfər IX sinfi bitirib. Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb.
Zəfər qazanmış bütöv Azərbaycanın məzunları, yolunuz uğurlu olsun...!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

