Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə...
31.10.2024 [09:02]
Dəyirmi masa keçirilib
Ötən gün “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Əqli Mülkiyyət Agentliyi tərəfindən təşkil olunub. Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığı vurğulanıb. Bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğu bildirilib.
Yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent
Tədbirdə çıxış edənlər Əqli Mülkiyyət Agentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Agentliyin sədri Kamran İmanov tədbirin əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib: “Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir. Müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji kimi anlayışlar aktual mövzulardır. Təsadüfi deyil ki, Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır.
İqlim problematikasında təbiət və zəkanın maraqları toqquşmayan, ziddiyyətli olmayan mövqedən irəli gələn yeni ekoloji düşüncə və şüur durur. Bu, ilk növbədə, akademik Nikita Moiseyevin dediyi kimi, “ekoloji imperativ”dir. Yəni, sadəcə olaraq təbiət qanunları ilə hesablaşmağın obyektiv zəruriliyi ilə yanaşı, təbiət tərəfindən irəli sürülən “texniki şərtlər”i də nəzərə almaq vacibliyidir. Bu cür yanaşma texnokratik yanaşmaya əks olan, ilk növbədə insan ölçüsü olan yanaşmadır”.
Enerji keçidi indeksində bir sıra ölkələri üstələyirik
K.İmanov qeyd edib ki, hələ 20 il əvvəl Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı qəbul edilib: “O zaman Azərbaycan öz enerji ehtiyaclarını təmin etmişdi, hətta neft və qaz ixracatçısı kimi tanınmış dövlət idi. Təsdiq olunan dövlət proqramı məcburi deyil, düşünülmüş, gələcəyə yönələn atılmış addım idi. 2023-cü ilin Dünya İqtisadi Forumunun hesabatına əsasən, 120 ölkəyə aid enerji keçidi indeksləri müəyyən edilib. Azərbaycanın indeksi 62-yə bərabərdir və dünya reytinqində 32-ci yeri tutur. Azərbaycan eyni zamanda, bir sıra inkişaf etmiş ölkələri üstələyir. Bu sıraya o cümlədən G7, Avropa İttifaqına və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv ölkələr (məsələn, Litva, Yunanıstan, İtaliya, Polşa, Belçika, Slovakiya, Çexiya, Bolqarıstan) daxildir”.
Yaşıl patentlərin sayı 9 ayda 30-a çatıb
Agentlik rəhbəri bildirib ki, yaşıl patentlərin artımı da nəzərə çarpır və onların sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb: “Bunların (114 ədəd) patentlərin ümumi sayına görə nisbəti (1464 ədəd) 7,8 faiz təşkil edir.
Göründüyü kimi, yaşıl patentlərə diqqət yetirilir, bunların ümumi saya nisbət faizi daha da üstündür (7,8 faizə qarşı 8,9 faiz). Lakin yenə də diqqət yaşıl patentlərin artırılmasına yönəldilməlidir”.
Yaşıl gələcəyi quranların ilk sıralarında ixtiraçılar var
K.İmanovun sözlərinə görə, yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur: “Patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı müəllif təfəkkürü və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və səmərəli məhsulların yaradılmasında resurslardan optimal istifadə olunmasına kömək edir. Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir”.
Alimlərin rolunun artırılması vacibdir
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, dünyada baş verən münaqişələrin əksəriyyətinin mərkəzində enerji resursları durur. Burada idarəetmə amili də vacib rol oynayır: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə idarəetmə metodlarının dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Həmçinin ətraf mühitin mühafizəsində, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir. Bu sahədə elm və təhsil müəssisələrinin üzərinə mühüm işlər düşür”.
Fundamental hüquqların təmini...
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır. O, Əqli Mülkiyyət Agentliyi ilə Ombudsman Aparatının əməkdaşlığının daha effektiv şəkildə davam edəcəyini vurğulayıb.
Ombudsman çıxışında iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib. S.Əliyeva Azərbaycanın COP29-a ev sahibliyi etməsinin bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Milli iqtisadiyyatın hərəkətverici qüvvəsi
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, son illər dünyanın əksər inkişaf etmiş ölkələrinin iqtisadiyyatında köklü dəyişikliklər baş verib: “Əqli mülkiyyət milli iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilib. Əqli mülkiyyət iqlim dəyişikliklərinin təsirini azalda biləcək bir çox texnologiyalar təklif edir”.
F.Qurbanov elmi müəssisələrdə edilən ixtiralardan danışıb, gələcəkdə universitetlərdə araşdırmaların gücləndirilməsinin vacibliyini qeyd edib. O, ekoloji mədəniyyətin qorunmasında kadrların hazırlanması üçün imkanlar olduğunu söyləyib.
Nazir müavini iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqinin və texnologiyaların sürətli yayılmasının vacibliyini diqqətə çatdırıb. Nazir müavinin sözlərinə görə, əqli mülkiyyət ekosistemin müxtəlif subyektləri arasında qarşılıqlı əlaqələr təmin olunmalıdır. Elm və Təhsil Nazirliyi də bu sahədə fəaliyyətini gücləndirəcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDiaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12

