AQTA: Kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarət gücləndirilib
03.12.2024 [18:16]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarının, mərasim evlərinin və insanların kütləvi qidalanmasının həyata keçirildiyi digər qida obyektlərinin sahiblərinə müraciət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə aparılan nəzarət tədbirləri zamanı bir çox hallarda ziyafətlərdə ilkin və dövri tibbi müayinədən keçməmiş təsadüfi şəxslərin xidmət göstərdiyi məlum olduğu bildirilib.
Müraciətdə qeyd edilib ki, həmin şəxslərin birbaşa, yaxud dolayısı ilə qida ilə təmasda olması isə insanlarda kütləvi mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən halların baş verməsinə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda, bir çox hallarda, xüsusilə də regionlarda qidaların ev şəraitində hazırlanaraq şadlıq saraylarına, mərasim evlərinə və digər belə yerlərə gətirildiyi müşahidə edilir. Qida məhsullarının sanitar-gigiyenik norma və qaydalara uyğun olmayan şəraitdə, texnoloji ardıcıllıq gözlənilmədən, çarpaz çirklənməyə şərait yaratmaqla hazırlanması, həmçinin hazır qidaların isti və soyuq zəncir prinsipi gözlənilmədən antisanitar şəraitdə şəxsi nəqliyyat vasitələri ilə tədbir məkanına daşınması isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, insan həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.
Agentlik bəyan edir ki, rast gəlinən həmin hallar yolverilməzdir: “Baş verən hallarda hər hansı xoşagəlməz hadisəyə görə obyekt sahibləri birbaşa məsuliyyət daşıyır”. Eyni zamanda bildirilir ki, həmin sahədəki mövcud vəziyyətin qiymətləndirilməsi, zəhərlənmə və qida mənşəli xəstəliklərin baş verməsi riskinin azaldılması məqsədilə AQTA əhalinin kütləvi qidalandığı məkanlarda, o cümlədən şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Tədbirlər zamanı qanunvericiliyin tələblərinə zidd faktlar aşkarlandığı təqdirdə, obyekt və onların rəhbərləri barədə zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanununa və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, qida subyektlərində çalışan və qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar müvafiq qaydada ilkin və dövri tibbi müayinədən keçməli, gigiyenik təlimlərə cəlb olunmalı, fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmçinin ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən olunmuş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

